 |
İqtisadiyyat
MİLYONLARLA ƏMANƏTÇİNİN VƏSAİTİ TƏHLÜKƏDƏDİR 2010-03-10 Bankların sayının azaldılacağı xəbəri əhalidə təşviş yaradıb
|
Azərbaycandakı bankların 50 faizdən çoxu ləğv ediləcək. Xəbər verildiyi kimi, bu barədə Mərkəzi Bank rəhbərliyi qərar verib. Xatırladaq ki, Azərbaycanda 46 bank fəaliyyət göstərir. Ekspertlər hesab edirlər ki, ölkənin ərazisini və əhalisinin sayını nəzərə alsaq, bu qədər bank çoxdur. Mərkəzi Bankın sədr müavini Alim Quliyev isə mətbuata açıqlamasında bildirib ki, bankların sayı 20-yə qədər azaldılacaq. Onun sözlərinə görə, bir sıra banklara birləşmək təklif ediləcək, bəzilərinin isə ümumiyyətlə lisenziyası alınacaq. Belə bir vəziyyətdə təbii ki, ilk olaraq banklara qoyulan əmanətlərin taleyi sual altına düşür. Vətəndaşlarda haqlı olaraq öz vəsaitlərinin batacağı ilə bağlı narahatlıq yaranıb. Redaksiyamıza müraciət edən oxucular yeni “Vahidbank” olayının yaşanacağından qorxduqlarını dilə gətirirlər. Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən 46 bankdan təxminən 10-u Mərkəzi Bankın minimum nizamnamə kapitalını (10 milyon manat-H.) yerinə yetirməkdə çətinlik çəkir. Təxminən 5 bankın isə minimum nizamnamə kapitalı normadan çox az artıqdır. Beləliklə, bütövlükdə 15 bank funksiyasını tam olaraq yerinə yetirə, öhdəliklərə cavab verə bilmir. Onu da vurğulayaq ki, Mərkəzi Bank ötən ilin sonunda bu cür banklara nizamnamə kapitalını birləşdirməyi təklif etdi. Lakin həmin banklar bu təklifdən imtina etdilər. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yalnız banklar deyil, sahibkarlıq subyektləri bir çox hallarda müflisləşməyi birləşməkdən üstün tuturlar: “Əslində bir sıra banklar 2008-ci ilin sonundan başlayaraq öz fəaliyyətlərini dayandırıblar. Mərkəzi Bank onların lisenziyasını ona görə almayıb ki, bu, əhali arasında kommersiya banklarına və bütövlükdə bank sisteminə inamın daha da azalmasına, eyni zamanda müəyyən təşvişin yaranmasına gətirib çıxara bilər. Ölmüş banklara həyat vermək mümkün deyil və Mərkəzi Bank bütün hallarda onların lisenziyasını geri almalıdır”. Bankların sayının azaldılması bank sektoruna nə verəcək bu zaman əmanətçilərin hüquqları necə qorunacaq? V.Bayramovun sözlərinə görə, bankların sayının azalması sistemin sağlamlaşdırılması baxımından uğurludur. Çünki bu zaman bank funksiyasını yerinə yetirən qurumlar qalacaq: “Bu isə həm kütləvi kredit verilişləri bərpa olunacaq, həm də kredit faizləri aşağı salına biləcək. Qeyd edək ki, hazırda Mərkəzi Bankın uçot stavkası 2 faiz olduğu halda kommersiya banklarının kredit faizi 24-dən başlayır. Bu, kifayət qədər anormal bir haldır”. Ekspertin fikrincə, bankların sayının azaldılması bank sektorunun inhisarlaşmasına gətirib çıxaracaq: “Azərbaycan üçün 46 bank çox ola bilər, amma bankların sayının az və ya çox olması ilə bağlı heç bir standart yoxdur. Nə Mərkəzi Bank, nə də başqa bir qurum müəyyənləşdirə bilməz ki, Azərbaycanda bankların sayı nə qədər olmalıdır. Bu istiqamətdə ixtisarlar inhisarlaşmaya və təmərküzləşməyə təkan verə bilər. İxtisarlar o deməkdir ki, himayə olunan banklar qalır, himayə olunmayan banklar sıradan çıxarılır”. O ki qaldı əmanətlərin taleyi ilə bağlı yaranmış narahatçılığa, qeyd edək ki, hazırda 30 min manatadək olan və 15 faizdən az divident verən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən sığortalanır. V.Bayramovun sözlərinə görə, narahatçılıq doğuran məqam ondan ibarətdir ki, bu gün heç də 46 bankın 46-sı da həmin fonda üzv deyil: “Bu, o deməkdir ki, müflis elan olunan bank fonda üzv deyilsə, həmin bankdakı əmanətləri qaytarmaq mümkün olmayacaq. Çünki bu istiqamətdə heç bir mexanizm yoxdur. Ona görə də vətəndaşlar əmanət yerləşdirərkən diqqətli olmalıdırlar. Yaxşı olar ki, fonda üzv olmayan banklardakı əmanətləri geri götürsünlər. Bəzi banklar var ki, müflis olma təhlükəsi ola-ola əmanətlərə kifayət qədər yüksək faizlər təklif edirlər. Bu isə kifayət qədər qorxuludur. Vətəndaşlar vəsaitlərini 15 faizdən az dərəcə ilə yerləşdirsələr yaxşıdır”. Ekspertin fikrincə, orta təbəqənin çox az nümayəndəsi var ki, 30 min manatdan artıq əmanət yerləşdirib. Qeyd edək ki, bu ilin yanvarına olan məlumata görə, fiziki şəxslərin ƏSF-yə üzv banklardakı əmanətlərin yalnız 69 faizi sığortalanıb. Üzv banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 170 milyon manata bərabər olub ki, bunun da 31 faizi və ya 674 milyon 885 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir. Fondun məlumatına görə, qorunan əmanətçilərin sayı 5 milyon 77 min 670 nəfərdir. Əgər əmanətlərin 31 faizi qorunmursa, o deməkdir ki, əmanətçilərin də 3-də biri qorunmur. Bu isə milyonlarla insanın əmanətinin təhlükədə olması deməkdir. Bir şeyi də qeyd etmək yerinə düşər ki, sovet dövründən qalma əmanətlərin verilməsinin dalana dirənməsi hətta fond tərəfindən sığortalanmış əmanətlərin taleyinin də sual altında olduğunu düşünməyə haqq verir. HƏBİBƏ 1078 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|