12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

YAP-çı DEPUTATDAN İLGİNC BƏYANAT

2010-03-10

Nazim Məmmədov: “Dövlət müəssisələrinin büdcəyə ödədiyi vəsaitlər ilbəil azalır”

“Beynəlxalq təcrübədə auditor rəyinə böyük önəm verilir. Bütün səhmdar cəmiyyətləri, banklar, sığorta şirkətləri, ümumiyyətlə, korporativ idarəetməyə cəlb olunan bütün şirkətlər illik balansı, vergi hesabatlarını təqdim etməmişdən öncə məcburi auditdən keçməli, müstəqil audit rəyini açıqlamalıdırlar”. Bunu qaynar.infoya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov deyib. Deputatın sözlərinə görə, dövlət başçısı da sahibkarlığın fəaliyyətinə qiymət verərkən bildirib ki, artıq bizim milli şirkətlər özləri yerli beynəlxalq auditoru cəlb etməklə maliyyə fəaliyyətlərinin yoxlanılmasında maraqlı olmalıdırlar: “Bu, yaxşı tərəfdaş tapmaq üçün də ən əlverişli yoldur. Şirkətin hansı səviyyədə olmasını auditor rəyi əsasında qiymətləndirmək mümkündür.

Bu yolla hər bir şirkət öz maliyyə fəaliyyətinin sözdə yox, əməldə şəffaf, hesabatlı olduğunu təsdiq etmiş olur. Belə olan halda xarici tərəfdaşlar həmin şirkətlə etibarlı əməkdaşlığa maraq göstərəcəklər. Öz fəaliyyətini gizlətsə, əlbəttə, bu cür əməkdaşlıqdan söhbət gedə bilməz”.
Deputatın qənaətinə görə, hazırda ölkədə audit prosesini həyata keçirənlərin bir çoxunun peşəkarlıq səviyyəsi aşağıdır: “Onların əksəriyyəti audit keçirmək iqtidarında deyil. Şəxsi təcrübəmizdə gördüyüm bir faktla fikirlərimə aydınlıq gətirmək istəyirəm. Neçə illərdir ki, ”Avtoqarant" SC-nin 30 faizlik səhm payına malik səhmdarıyam. Məndən başqa həmin cəmiyyətin 110 nəfər səhmdarı da var. Onların hüquqlarının qorunmasında nə qədər əziyyət çəkmişəm. Ötən müddətdə çətinliklə də olsa, müəssisədə müstəqil audit aparmağa nail olduq. Səhmdarlara 1 milyon manata yaxın ziyan vurulduğu aşkarlanıb. Məhkəmə rəhbərlik qarşısında tələb qoysa da, həmin zərərin ödənməsinə nail ola bilmirik. Açıq-aşkar müstəqil auditor rəyi olduğu halda, qarşı tərəfin seçdiyi sifarişli auditor başqa rəy ortaya çıxarır. Bu da nəticə etibarilə müstəqil, şəffaf fəaliyyət göstərən auditorları belə nüfuzdan salır. Onlar bu problemlə üzləşməmək üçün düzgün işləməli, obyektiv rəylərini verməlidirlər. Audit institutunun düzgün işləməsinə əngəl yaradılmamalıdır".
Müstəqil auditə maraq oyatmaq üçün şirkətlərin beynəlxalq mühasibatlığa keçməsi də əsas şərt hesab edilir. Standartlar qəbul edilsə də, onların həyata keçirilməsi müşahidə olunmur. N.Məmmədov ilk növbədə dövlət müəssisələrinin bu standartlara keçməsini məqsədəuyğun sayır: “Hər halda, ölkəmizdə maliyyə intizamını yaratmaq üçün dövlət müəssisələrindən başlamalıyıq. Dövlət müəssisələrinin büdcəyə ilbəil ödədiyi vəsaitlərin azalmasını müşahidə edirik. Bu, auditin düzgün aparılmaması ilə bağlıdır. Onlar deyə bilər ki, hər il auditdən keçirik. Ancaq fikir versək, hansı auditə cəlb olunublar, hansı rəyləri yazdırıblar, hər şeyin göz qabağında olduğu məlum olacaq”.
İri vergi ödəyiciləri ilə bağlı məsələnin tez-tez Milli Məclisdə qaldırıldığını qeyd edən N.Məmmədov bu sahədə islahatların dərinləşməsini təklif edir: “Şirkətlər sosial yüklərdən azad edilməli, tam beynəlxalq mühasibatlığa keçməlidirlər. Çünki bəzi şirkətlər təbii inhisarçılıqla, dövlətin yaratdığı imkandan milyonlar qazanmaqla, guya zərərlə işləyən bir sahəyə maliyyə köməkliyi edib, əməllərini ört-basdır etməyə çalışırlar. Daxili audit bu problemi heç vaxt ortaya çıxara bilməz. Çünki burada bütün məsələlərdə müəssisəni idarə edənin mövqeyi əsas götürülür. Bu baxımdan daxili auditorun şəffaf fəaliyyətinə inanmaq çətindir”.

HƏBİBƏ

793 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008