13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“QIRMIZI KÖRPÜ”də RÜŞVƏT VERMƏYƏNLƏRİN ƏŞYALARINI KÜRƏ TÖKÜRLƏR

2010-03-10

Gürcüstan azərbaycanlılarına sərhəddə zülm edilir

Azərbaycanın Gürcüstanla “Qırmızı körpü” sərhəd məntəqəsində azərbaycanlı vətəndaşların başına olmazın müsibətlər gətirilir. Dəhşətlisi odur ki, vətəndaşlara zülm edənlər Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarıdır.

Bu məlumatı sərhəddə baş verənlərin şahidi Cavanşir Osmanlı verib. O, redaksiyamıza təşrif buyurub və gördüklərini danışıb. C.Osmanlı sərhəddə vətəndaşların başına açılan oyunları əyani şəkildə göstərmək üçün orada şəkillər də çəkib. Onun sözlərinə görə, təqribən bir həftə əvvəl Gürcüstandan Bakıya qayıdanda sərhəddə azərbaycanlılara qarşı ağlasığmaz hərəkətlərin şahidi olub: “Gürcü sərhədçiləri bizimlə mədəni rəftar edir. Ancaq özümüzünkülər qəddarlıq göstərir. Bunların bir məqsədi var ki, millətimizi yadların yanında gözdən salsınlar”.
C.Osmanlı deyir ki, Azərbaycan DSX-nin həmin məntəqədəki hərbi qulluqçuları Gürcüstan azərbaycanlılarının Bakıda, eləcə də Azərbaycanın başqa bölgələrində yaşayan qohumlarına sovqat aparmasına maneçilik törədir. Həmin məntəqədə Qalib və Taleh adlı hərbi qulluqçuları vətəndaşlara yüklərini 100 metr aralıda boşaltmağı əmr edirlər. Heç bir məntiqə sığmayan bu tələb azərbaycanlılara işgəncə vermək məqsədi daşıyır. Hərbi qulluqçular “gedin, kimə istəyirsiniz şikayət edin” deyə vətəndaşların üstünə qışqırır. C.Osmanlı “Qırmızı körpü” sərhəd məntəqəsinin növbətçi rəisi olan Mehman adlı şəxsin bu özbaşınalıqlara başçılıq etdiyini bildirdi: “Borçalılıların öz tələbə övladlarına gətirdiyi ət, yağ və başqa məhsulları əllərindən alınır, bir çox hallarda Kür çayına atılır. Elə vaxtlar olur ki, zibilliklərə tökülür. Eşitdiyimə görə, bəzən həmin ərzaq məhsullarını mənimsəyirlər. Kiminsə əlində üç bağlama görürlərsə, onu avtobusdan düşürürlər”.
Müsahibimizin sözlərinə görə, avtobusdan düşürülən soydaşlarımız soyuq havada palçıqlı yolları piyada gəlməyə məcbur olur. Bundan əlavə, sərhədçilər ilk növbədə avtobus sürücüsündən 200 dollar rüşvət tələb edir. Eyni zamanda çoxlu sovqat gətirənlərdən də rüşvət istənilir. Əks təqdirdə, sovqat bağlamalarını alıb məhv edirlər. Bu da tez-tez sərhədçilərlə azərbaycanlılar arasında mübahisələrə səbəb olur. C.Osmanlı sərhəd məntəqəsində rüsum alınmasına rast gəlinmədiyini deyir. Onu da bildirir ki, sözügedən sərhəd məntəqəsində bu hallar hər gün təkrarlanır.

Emil SALAMOĞLU

902 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008