12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

QHT-lərin CƏMİ 10 GÜN VAXTI QALIB

2010-03-11

Maliyyə hesabatları hazırlanır, bununla belə, mübarizə də davam edəcək

Aprelin 1-nə kimi maliyyə hesabatı təqdim etməyən QHT-lər 2500 manat məbləğində cərimə olunacaqlar. Bundan sonra da hesabat təqdim etməyən QHT-ləri isə ləğv olunmaq təhlükəsi gözləyir. Xatırladaq ki, “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 25 dekabr, 2009-cu il tarixli, 201 saylı qərarı ilə yerli QHT-lər bu ildən başlayaraq aprelin 1-dək ötən ilin yekunları əsasında Maliyyə Nazirliyinə illik maliyyə hesabatları təqdim etməlidir.

QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib olunan bu hesabata maliyyə vəziyyəti haqqında hesabat (forma â„– 1), maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat (forma â„– 2), xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat (forma â„– 3), pul vəsaitlərinin hərəkəti haqqında hesabat (forma â„– 4), əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər daxildir. Qaydalara görə, hesabatları vaxtında təqdim etməyən QHT-lərin əvvəlcə cərimə olunması, sonra isə ləğv edilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, qanuna görə, Azərbaycan QHT-ləri Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi, Sosial Müdafiə Fondu, Məşğulluq İdarəsi qarşısında hesabatlıdır. Qeyd edək ki, donorlara və ictimaiyyətə dövri olaraq hesabat təqdim edən yerli QHT-lərin əlavə olaraq 4 formada Maliyyə Nazirliyinə hesabat verməsi tələbi vətəndaş cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. QHT təmsilçiləri hesab edirlər ki, bu dəyişiklik onların fəaliyyətinə bürokratik əngəllər yaradır.
Qeyd edək ki, bayram günlərini də nəzərə aldıqda QHT-lərin hesabatlarını təqdim etmək üçün cəmi 10 gün vaxtları qalıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentindən bildirildi ki, dəyişiklik qanuni qüvvəyə mindiyi üçün tələb olunan hesabat hazırlanır. Departamentin rəhbəri Dünya Camalovanın sözlərinə görə, təşkilat 2007-ci ildən etibarən “Soros” fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə üç illik layihə həyata keçirib: “Həmin layihə çərçivəsində hazırladığımız maliyyə hesabatları hazırda tələb olunan formaya çox yaxındır. Ona görə də o hesabatları doldurmaq elə bir problem deyil. Odur ki, hesabatı hazırlayıb təqdim edəcəyik. Amma çoxlu sayda QHT-lər var ki, onlar üçün 4 istiqamətdə hesabat hazırlamaq çətinlik yaradır. Ona görə də təşkilatımız hesabat formalarının sadələşdirilməsi, yaxud hesabatın tələb olunduğu müddətin ertələnməsi ilə bağlı təkliflər verib”. D.Camalova onu da qeyd etdi ki, İTM digər QHT-lərə metodiki-texniki yardım təklifi edib: “Qanunvericiliyə edilən dəyişikliklərlə bağlı mübarizəyə gəlincə, ötən il həmin mübarizənin aparıcı qüvvələrindən biri bizim təşkilat idi. Hansı ki, həmin mübarizə nəticəsində qanuna dəyişikliklərin bir çoxunun aradan qaldırılmasına nail olduq. Təəssüf ki, maliyyə hesabatı ilə bağlı dəyişikliklərə qarşı mübarizəmiz nəticə vermədi və qanuni qüvvə aldı”. Dünya xanımın fikrincə, gələcəkdə bu sahədə dəyişiklik edilməsi gözləniləndir: “Biz bunu QHT-lərin fəaliyyətinə əngəl yaradan bir tələb kimi qəbul edirik. Hətta maliyyə ayıran donorlar belə hesabat tələb etmir. Bu hesabatın tələb olunması vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə ciddi şəkildə problemlər yaradır”.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə də bildirdi ki, bu dəyişiklik qanun halını aldığı üçün hesabatlar təqdim olunacaq: “Qanun varsa, əməl olunmalıdır. Pisdi, yaxşıdı, o müzakirə predmeti ola bilər, amma qanunun tələbinə əməl etməyə borcluyuq”. Ç.Qənizadənin sözlərinə görə, bu məsələ Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin Azərbaycana səfəri zamanı da müzakirə mövzusu olub: “Onun diqqətinə çatdırdıq ki, onsuz da QHT-lərin vəziyyəti pisdir, hər tərəfdən sıxılırıq. Üstəlik, yeni hesabat formasının tələb olunması da bizə təzyiq mexanizmi kimi dəyərləndirildi tərəfimizdən”. Komitə sədri tələb olunan hesabat formasının sadələşdirilməsi istiqamətində mübarizənin davam edəcəyini dedi.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Azər Mehtiyevin sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti hesabatlılığın əleyhinə deyil: “Mənə elə gəlir ki, artıq QHT-lər hesabatlarını hazırlayırlar. Sadəcə, burada iki məsələ var. Əvvəla, biz özəl qurumlardan daha çox hesabat verməli oluruq. Bildiyiniz kimi, heç özəl qurumlar, kommersiya qurumları Maliyyə Nazirliyinə hesabat vermirlər, amma QHT-lər buna məcbur edilir. Biz buna aydınlıq gətirilməsini istəyirik”. A.Mehtiyev ikinci məsələ kimi təsdiq olunan formanın sadələşdirilməsinə ehtiyac olduğunu qeyd etdi. Onun sözlərinə görə, yeni qanunda bir sıra tələblər var ki, QHT-lərin yox, daha çox özəl şirkətlərin fəaliyyətini əks etdirən göstəricilərdir: “Növbəti addım kimi yəqin ki, həmin hesabatın sadələşdirilməsi və QHT-lərin fəaliyyət tələblərinə uyğunlaşdırılması məsələsi gündəmdə olacaq”.

Həbibə ABDULLA

756 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008