13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

DAHA BİR BANK MÜFLİS OLMAQ ƏRƏFƏSİNDƏ

2010-03-11

“RoyalBank”ın başqa bankla birləşdiriləcəyi deyilir

“RoyalBank” başqa bir banka birləşir. Bu barədə məlumatı bizə bu günlərdə bankdakı əmanətini geri çəkən oxucularımızdan biri verib. Onun sözlərinə görə, bankla əlaqəsi olan adamlara xəbərdarlıq edilir ki, əmanətlərini geri götürsünlər. Bildirilir ki, bank yaxın zamanlarda digər bir bankla birləşdiriləcək. “RoyalBank”ın hansı bankla birləşəcəyi barədə əlavə məlumat ala bilmədik. Lakin öyrəndik ki, bu bankda kredit verilişləri demək olar ki, dayandırılıb. Bankda yalnız istehlak kreditləri verilir ki, onlar da məhdudiyyətlə. Belə ki, buradan kredit götürmək istəyən şəxs girov kimi yalnız qızıldan istifadə etməlidir, qalan şərtlər əsasında kredit verilişi isə dayandırılıb. Bankın müştəri xidmətlərindən bildirildiyinə görə, kredit verilişləri müvəqqəti dayandırılıb. Ancaq nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Bankdan onu da öyrəndik ki, əmanətlər qəbul edilir. Amma fərqli şərtlərlə: “Bunun üçün filiallara da, baş ofisə də yaxınlaşa bilərsiniz. Amma filiallarla baş ofisdə faizlər fərqlidir. Baş ofisdə yalnız 15 faizlə qəbul edilir əmanətlər, filiallarda isə müştərinin istəyinə uyğun olaraq 16 fazilə də götürülə bilər”. Məlumat üçün bildirək ki, “RoyalBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Həmin fonda üzv olan bankların qəbul etdiyi kreditlər isə yalnız illik 15 fazilə 30 min manat civarında olduqda dövlət tərəfindən sığortalanır.
“RoyalBank” müştərilərinə beş növ əmanət təklif edir. Bankın 2 baş ofisi, 29 filialı, 4 şöbəsi var. Bank ən çox ipoteka krediti və adi kredit verən qurumlardan sayılır. Bildirildiyinə görə, götürülən kreditlər geri qaytarılmadığından bankın problemləri yaranıb. Belə ki, hazırkı şəraitdə əhalinin kredit qaytarmaq imkanları məhduddur, bu isə banka öz təsirini göstərib. Daha bir məlumata görə isə “RoyalBank”ın əsas səhmdarları İrandan olan iş adamlarıdır. Bildirilir ki, onların səhmlərini çəkməsi bankı müflis olmaq təhlükəsi ilə üz-üzə qoyub.
Bu məlumatları dəqiqləşdirmək üçün bank rəhbərliyi ilə əlaqə saxladıq. Qurumun Beynəlxalq əlaqələr və marketinq departamentindən bildirildi ki, bankın birləşdirilməsi ilə bağlı xəbərlər yanlışdır: “Mərkəzi Bankın müəyyən etdiyi qaydalarla fəaliyyət göstəririk”. Departamentdən o da bildirildi ki, bankın əsas səhmdarı 70 faizlik payla İranda yaşayan Amerika vətəndaşıdır: “Onun da səhmlərini geri çəkməsi ilə bağlı hər hansı məlumat yoxdur”.
Mərkəzi Bank riskli bankların siyahısını niyə açıqlamır?
Vurğulamaq yerinə düşər ki, adıçəkilən bank bu cür problemlə üzləşən ilk bank deyil. Bundan əvvəl də “Bank of Azerbaijan”ın ciddi problemlərinin yarandığı açıqlandı. Mərkəzi Bank rəhbərliyi də həmin qurumun zərərlə işlədiyini və ona özünü düzəltmək üçün müəyyən vaxt verildiyini açıqladı. Ümumiyyətlə, ölkədə bir çox bankların vəziyyəti ürəkaçan deyil. Mərkəzi Bank bu günlərdə bankların konsolidasiyası ilə bağlı qərarını açıqlayıb. Bildirilir ki, ölkə üzrə fəaliyyət göstərən bankların sayı 46-dan təxminən 20-yə qədər azaldılacaq. Bu zaman banklara birləşmə, lisenziyanı geri vermə, yaxud da kredit təşkilatına çevrilmə təklif olunacaq. Hazırda təxminən 15-ə qədər bank minimum nizamnamə kapitalını yerinə yetirməkdə çətinlik çəkir. Mərkəzi Bank həmin bankların adlarını açıqlamır. Bu, həmin qurumların reputasiyasını qorumaq məqsədilə edilsə də, əhalinin düzgün seçim etməsinə əngəl yaradan amildir. Riskli bankların siyahısı açıqlansa, insanlar da hansı bankın xidmətlərindən yararlanmağın daha məqsədəuyğun olması ilə bağlı qərar verə bilər. Əks halda, həmin bankların problemi yarandıqda vətəndaşlara dəyən zərərin kim tərəfindən və necə ödənəcəyi, məsuliyyətin kimin üzərində qalacağı ciddi sual altındadır.
Mərkəzi Bankdan bildirilir ki, riskli banklarla bağlı hər hansı açıqlama verilməsi gözlənilmir: “Bankların konsolidasiyası deyiləndə söhbət bank sisteminin şəffaflığının artırılması, gücləndirilməsi məqsədilə kiçik bankların birləşdirilməsindən gedir. Onlar da özləri qərar qəbul edəcəklər bu barədə. Amma bu, yaxın zamanlarda olmayacaq, müəyyən qədər vaxt çəkəcək”. O ki qaldı bankların kredit və depozit əməliyyatlarını dayandırmasına, MB-nin mətbuat xidmətindən bildirildi ki, bu, həmin qurumların daxili qərarı ilə olduğundan hər hansı bir mövqe açıqlamaq mümkün deyil.

Həbibə ABDULLA

1948 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008