 |
İqtisadiyyat
YER QURULUŞU İDARƏSİNDƏ 4 AYDIR MAAŞ YOXDUR 2010-03-11
|
Rayonlararası Yer Quruluşu İdarəsinin işçiləri 4 aydır maaş ala bilmir. Bu barədə idarənin işçiləri modern.az saytına bildirib. Maaşını ala bilməyən işçilərin idarənin Gəncə, Şəmkir, Qazax şöbələrində çalışdığı qeyd olunur. Adlarının çəkilməsindən ehtiyatlanan işçilər deyib ki, onlara son iki ilin ezamiyyət xərcləri də ödənilməyib: “Bununla bağlı dəfələrlə müraciət etmişik. Söz verilmişdi ki, 2010-cu ilin əvvəlində həm maaşlarımızı, həm də ezamiyyət xərclərini ödəyəcəklər. Amma hələ ki bu, baş verməyib”. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətinin rəhbəri Eldar Sadıq bildirib ki, idarə təsərrüfat hesablıdır deyə işçilərin əməkhaqqı dövlət tərəfindən ödənilmir: “Bu müəssisənin işçiləri müəyyən təşkilatla müqavilə əsasında çalışır. Ola bilər, müqavilə bağlayan təşkilat onların əməkhaqqını gecikdirsin. Ancaq bununla bağlı bizə hər hansı müraciət daxil olmayıb”. VÜQAR 564 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” ARXIV
|