12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“FORBES” MİLYARDERLƏRİN ADINI AÇIQLADI

2010-03-12

Maaşla “dolanan ” Azərbaycan oliqarxları siyahıda yoxdur

Nüfuzlu “Forbes” dünyanın ən varlı adamlarının illik reytinqini açıqlayıb. Dünyanın ən varlı adamı meksikalı telekommunikasiya maqnatı Karlos Slimdir. Onun təxmini varidatı ötən il ərzində artaraq, 53.5 milyard dollara çatıb. 70 yaşlı Karlos Slimə məxsus şirkətlər Meksika rabitə xidmətlərinin 90 faizinə nəzarət edirlər. Son 16 ildə ən varlı adamın amerikadan olmadığını yazan “Forbes” diqqəti Asiya mənşəli milyarderlərin sayının artmasına yönəldir. Dünyanın zənginlər siyahısına daxil edilən 97 milyarderdən əksəriyyəti məhz asiyalıdır.

İqtisadi çətinliklərə baxmayaraq, milyarderlər klubunun sayı bu il ərzində artıb. Ötən il siyahıda 793 adamın adı çəkilirdisə, bu il həmin siyahıya 1001 adamın adı əlavə olunub. Onlardan 89-u qadındır. Bu arada milyardlara malik olanların sayına görə Moskva New Yorkdan sonra ikinci yeri tutub. “Forbes” jurnalına əsasən, burada 50-dək milyarder yaşayır. Uçüncü yerdə London gəlir. Britaniya paytaxtında “cəmi” 32 milyardçı var. Ən varlı adam Amerikalı olmasa da, milyarderlərin ümumi sayına görə ABŞ ənənəvi liderliyini yenə də saxlayıb. “Forbes” siyahısında təmsil olunmuş 403 amerikalının 1.3 trilyon dollara malik olduğu qeyd olunur.
Dünyanın ikinci ən varlı adamı isə “Microsoft”un sahibi Bill Qeytsdir. Onun sərvəti 53 milyard dollara yaxındır. Amerikalı investor Uorren Baffet isə bir qədər kasıblayaraq üçüncü pilləyə enib, onun sərvəti 47 milyard dollardır. İqtisadi böhrana baxmayaraq, onların hər ikisinin sərvəti artıb. Rusiyanın ən varlı adamı statusunu isə bu dəfə çoxlarının tanımadığı Vladimir Lisin qazanıb. Metallurgiya kombinatının sahibi olan Lisin jurnalın ümumi siyahısında 32-ci yeri tutur. Mixail Proxorov Lisindən sonra Rusiyanın ikinci ən varlı adamıdır. Onun sərvəti 13.4 milyard dollardır. Mixail Fridman isə 12.7 milyard dollarla üçüncü yerdədir. Bir vaxtlar Rusiyanın ən zəngini olan Roman Abramoviç geriləyərək jurnalın ümumi siyahısında 50-ci yerlə kifayətlənib, onun 11.3 milyard dolları var. Siyahıda sonrakı yerləri Oleq Deripaska və “Lukoyl” prezidenti Vahid Ələkbərov tutur. Ələkbərovun sərvəti 10.6 milyarddır. Siyahıda yer alan digər azərbaycanlı İsgəndər Mahmudovun isə cəmi 8.5 milyard dolları var.
Qeyd edək ki, siyahıda bu dəfə də Azərbaycandan heç kim yer almır. Baxmayaraq ki, ölkədə milyarder statusunu çoxdan qazanmış bir neçə yüksək rütbəli məmur-oliqarx var. Onların siyahıda yer almaması əslində təəccüblü deyil. Çünki “Forbes” siyahısını zənginlərin bəyan etdikləri sərvətlərinin həcminə, habelə onların leqal bizneslərinin və malik olduqları səhm paketlərinin hazırkı birja dəyərlərinə əsaslandırır. Azərbaycan kimi ölkələrdə isə milyarderlər pullarını korrupsiya yolu ilə əldə edirlər və əksər hallarda bizneslərini öz adalarına rəsmiləşdirmirlər. Yəni milyarder olsalar da rəsmən onların hamısı maaşla “dolanır”, bu üzdən nəinki milyarderlər, heç milyonçular siyahısında da yer almır.

Siyasət şöbəsi

3235 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008