 |
İqtisadiyyat
ELMAN RÜSTƏMOV MÜAVİNİNİN “SƏHVİ”ni DÜZƏLTDİ 2010-03-12 Bank sektorunda ajiotaj
|
Azərbaycanda bankların sayının 20-dək azaldılacağı ilə bağlı xəbər bank sektorunda ajiotaj yaradıb. Artıq əhali banklardakı əmanətlərini geri çəkməyə başlayıb. Bir sıra bankların müflis olmaq təhlükəsi ilə üz-üzə qalaraq maliyyə əməliyyatlarını məhdudlaşdırması həyəcanı daha da artırıb. Xatırladaq ki, ötən həftə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev yaxın vaxtlarda bankların konsolidasiyasına başlanacağını bildirmişdi. Həmçinin qeyd etmişdi ki, bankların konsolidasiyası zamanı onların sayı 20-dək azaldıla bilər. Çünki Azərbaycanda 46 bankın fəaliyyət göstərməsi onun ərazisi və əhalisinin sayı ilə uyğun deyil. Həmin açıqlamadan sonra yaranmış ajiotajı sakitləşdirmək üçün artıq MB rəsmiləri əl-ayağa düşüblər. Qurumun İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, bankların bağlanmasından yox, konsolidasiyasından söhbət gedir. Bu isə MB sədrinə görə, uzun müddətə həyata keçiriləcək bir prosesdir: “Hazırda Mərkəzi Bankda heç bir bankın, maliyyə qurumunun bağlanması ilə bağlı məsələ müzakirə edilmir”.
Mərkəzi Bank bəyanat yaydı: “Banklar fəaliyyətini normal iş rejimində davam etdirirlər”
Dünən Mərkəzi Bank məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bank sistemi qlobal maliyyə böhranını hazırlıqlı qarşılayıb və bu sektorun maliyyə sabitliyi qorunub: “Bank sistemi qlobal maliyyə böhranı şəraitində də inkişaf templərini qoruyub və öz funksiyalarını səmərəli şəkildə icra etdirib. Banklar fəaliyyətini normal iş rejimində davam etdirirlər. Hazırda onların maliyyə vəziyyətinə və sağlamlığına hər hansı mənfi təsir göstərəcək risklər mövcud deyil. Bankların bağlanması məsələsi hazırda müzakirə edilmir və bununla bağlı hər hansı qərar yoxdur”. Görünür, MB sədrinin müavini A.Quliyev hələlik qurum daxilində müzakirə olunan və ictimailəşməsi məqsədəuyğun sayılmayan bir məsələni açıqlamaqla ümumi maraqlara zərbə vurub. Elə ona görə də hətta E.Rüstəmov səviyyəsində onun açıqlaması təkzib olunur. Qeyd etmək yerinə düşər ki, 46 bankın Azərbaycan üçün çox olduğunu Beynəlxalq Valyuta Fondunun ekspertləri də bildiriblər və bankların sayının azaldılmasını tövsiyə ediblər. Elə A.Quliyev də bununla bağlı sualı cavablandırarkən bildirmişdi ki, MB-də də hesab olunur ki, 46 bank Azərbaycan üçün çoxdur. Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən bankların yalnız 15-20-si əhəmiyyətli hesab oluna bilər. Ekspertlər isə hesab edirlər ki, MB-nin əl-ayağa düşməsi normaldır. Çünki bankların bağlanacağı ilə bağlı yayılan xəbərlər ümumilikdə bank sektoru üçün ciddi problemlər yaradır. Əslində isə bankların ixtisar olunması zərurəti həqiqətən də yaranıb. Ölkədə fəaliyyət göstərən özəl bankların böhrandan uğurla çıxa bilməmələri də bu prosesi qaçılmaz edir. Ekspertlərə görə, hazırda 10-dan çox bank nizamnamə kapitalını yerinə yetirməkdə çətinlik çəkir. “Olaylar” İnformasiya Agentliyi isə konkret 5 bankın bağlanma təhlükəsi ilə üzləşdiyini yayıb. Bildirilir ki, həmin banklar verdikləri kreditləri və dövriyyədəki pulları yığa bilmədikləri üçün fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Agentlik bəzi bankların tam olaraq fəaliyyətini dayandırdığını da bildirir. Bunlar “Günaybank”Açıq Tipli Səhmdar Bankı, “Kövsərbank” ASC, “Kredobank”, “Gəncəbank” SKB və “Əmrahbank”dır. Məlumatda qeyd edilir ki, artıq 3 aydan çoxdur ki, adıçəkilən banklar fiziki və hüquqi şəxslərə kreditlərin verilməsini dayandırıb. Nəticədə həmin banklar martın 1-dən fəaliyyətini tam dayandırıb.
Əli Məsimli: “Mərkəzi Bankın banklara “yardım əli uzatmağa” qəti həvəsi yoxdur”
“Dünyada hökm sürən qlobal maliyyə böhranı bank sektorunu olduqca sarsıdıb. Hətta dünyanın tanınmış iri banklarına belə bu böhran olduqca böyük zərbə vurub. Bəzi MDB və Baltikyanı ölkələrdə isə bir sıra banklar zəifləyib, bəziləri isə sıradan çıxaraq bağlanıblar”. Bunu Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili, iqtisadçı-ekspert Əli Məsimli məsələyə münasibət bildirərkən deyib. Onun fikrincə, görünür, bu durum artıq bankları vəziyyətdən çıxış yolları axtarmağa və bu istiqamətdə atılacaq addımlar barədə düşünməyə vadar edir: “Artıq Mərkəzi Bank da bu istiqamətdə araşdırmalara başlayıb. Bilirsiniz ki, dəfələrlə beynəlxalq maliyyə təşkilatları da bunu etiraf ediblər”. Millət vəkili düşünür ki, bu vəziyyətdən üç çıxış yolu var. Əvvəla, beynəlxalq maliyyə qurumları, maliyyə bazarları çətin vəziyyətdə olan banklara ucuz maliyyə resursları verməlidir: “Yaxud Mərkəzi Bank özü bu tip maliyyə qurumlarına, banklara ucuz maliyyə resurslarının cəlb edilməsində yardımçı olmalıdır. Amma açıq-aşkar görünür ki, Mərkəzi Bankın ucuz maliyyə resursları verməyə, yəni ”yardım əli uzatmağa" qəti həvəsi yoxdur. Çünki gələcəkdə bu da ayrıca bir problemlər yarada bilər". Ekspertə görə, ikinci çıxış yolu hər şeyin öz axarına buraxılmasıdır və zamanın hər şeyi öz yerinə qoyacağı, hər şeyi yerbəyer edəcəyi prinsipini üstün tutmaqdır. Üçüncü çıxış yolu isə bankların birləşdirilməsidir: “Üçüncü yol ölkədə fəaliyyət göstərən bankların, maliyyə qurumlarının səviyyəsini, nüfuzunu və imicini də artırar. Həm də bu bankların valyuta ehtiyatlarının da möhkəmlənməsinə gətirər”. Beləliklə, Mərkəzi Bank bu üç yoldan birini, daha məqbul olanını və məqbul saydığını seçməlidir. Digər hallarda onların səsləndirdikləri heç bir söz və ifadələr yerində sayıla və məsələnin əsl mahiyyətini aça bilməz. HƏBİBƏ 1626 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|