13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İKİLİ MÜHASİBATLIĞI YARADANLAR ELƏ DÖVLƏT ORQANLARIDIR

2010-03-12

Nazim Məmmədov: “Dövlət müəssisələrində də zərflərdə vəsait verilir”

Xəbər verildiyi kimi, üç dövlət orqanı özəl müəssisələrdə ikili mühasibatlığa qarşı mübarizəyə başlayır. Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi ilə birgə özəl müəssisələrdə ikili mühasibat və əmək haqlarının leqallaşdırılması üzrə araşdırmalara başlayıb. Araşdırmalar zamanı özəl sektorda əmək haqlarının leqallaşdırılması sahəsində çoxlu nöqsanlar aşkarlanıb.

Qeyd edək ki, başladılan proses birmənalı qarşılanmır. Bir çoxları bunu özəl sektora təzyiq kimi dəyərləndirirlər. Üstəlik, ekspertlər hesab edirlər ki, ikili mühasibatlığa qarşı mübarizə özəl sektordan yox, elə aidiyyati dövlət orqanlarından başlamalıdır. Yəni sahibkarların, müəssisələrin ikili mühasibatlığa üstünlük vermələrinin əsl səbəbi araşdırılmalıdır. Bu isə təbii ki, ilkin olaraq gömrük sənədləşməsindən başlamalıdır. Belə ki, ölkəyə mal gətirən heç bir iş adamı gömrükdə heç də rəsmi rüsumla canını qurtara bilmir. Dəfələrlə yazıldığı kimi, gömrükdə real rüsumdan qat-qat artıq rüşvət alınır və bunun müqabilində idxal olunan mal həcmi dəfələrlə azaldılır. Yəni əgər bir adam ölkəyə 10 vaqon mal gətirirsə, bunun cəmi 1 vaqonu rəsmiləşdirilir, qalanı isə rəsmi rüsumdan qat-qat artıq rüşvət müqabilində ölkəyə buraxılır. Bu zaman təbii ki, sahibkar gömrükdə verdiyi pulu satışa çıxardığı malın qiymətinə əlavə etməlidir. Sonrakı mərhələdə isə vergi iş adamlarını sıxma-boğmaya salır. Sahibkar gömrük bəyannaməsi ilə satış qiymətləri arasındakı fərqi əlində əsas tutan vergi işçilərinə də xeyli miqdarda pul verməklə işini “sahmana salır”. Bütün bunların sonunda isə ortaya ikili mühasibatlıq çıxır. Bu, o deməkdir ki, dövlət orqanları səbəbi qoyub nəticənin üzərinə gedirlər.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədovun sözlərinə görə, ikili mühasibatlığı yaradan obyektiv və subyektiv səbəblər var. Onun fikrincə, sosializmdən kapitalizmə keçid sahibkarlıq fəaliyyətini daha da genişləndirdi: “İnsanlar bir növ dövlətə yox, özlərinə işləməyə üstünlük verdilər. Ancaq hər bir vətəndaş bilməlidir ki, ödədiyi vergi dövlət büdcəsinə gedir. Bütün ölkələrdə belədir, hamı istəyir ki, vergini az ödəsin. Vergilər optimal olmalıdır, mən bununla razıyam. Amma başqa ölkələrdə də eyni dərəcədə vergi ödənir”. N.Məmmədov hesab edir ki, inzibati metodlar artırılmalıdır. Deputat qeyd etdi ki, əmək müqavilələrinin imzalanmaması, iş alanların öz hüquqlarını bilməməsi problemi ciddidir. Həmsöhbətimizin fikrincə, özəl müəssisələrlə yanaşı, dövlət müəssisələrində də ikili mühasibatlıq var: “Biz etiraf etməliyik ki, dövlət müəssisələrində zərflərdə vəsait verilir. Düzdür, qanunvericilikdə bu var. Yəni ştat maaşından əlavə müxtəlif formalarda ödənişlər etmək üçün qanunvericilik imkan verir. Amma vergiyə cəlb edilməsi şərti ilə”. N.Məmmədovun fikrincə, işini qanunla quran sahibkara qanunun sərtləşdirilməsi problem yaratmır. Bəs qanunla işləyə bilən sahibkar varmı? Onun sözlərinə görə, kənar auditə cəlb olunan kifayət qədər müəssisələr var: “Bunların arasında banklar da var, sığorta şirkətləri də, səhmdar cəmiyyətlər də. Lakin əfsuslar olsun ki, özəlləşmədən sonra yaranmış səhmdar cəmiyyətlərin rəhbərləri qazanclarını gizlətmək üçün ikili mühasibatlığa üstünlük verirlər”. N.Məmmədovun sözlərinə görə, ikili mühasibatlıqda maraqlı olan məmurlar da var.

HƏBİBƏ

938 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008