13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ HESABAT VERDİ

2010-03-12

Qubad İbadoğlu: “Vətəndaş cəmiyyəti institutlarının dövlət proqramlarında iştirakı məhduddur”

İqtisadi Tədqiqatlar Mərkəzi 2009-cu ildə gördüyü işlərlə bağlı hesabat verib. Təşkilat üzərinə götürdüyü öhdəliklərin necə reallaşması, onunla əlaqədar olaraq proqram və maliyyə fəaliyyəti, eləcə də 2010-cu ilin cari planları barədə geniş auditoriyaya hesabat vermək, əldə edilən nəticələri dəyərləndirmək, perspektiv yanaşmaları və əməkdaşlıq imkanlarını aydınlaşdırmaq məqsədilə “İTM-2009-cu ildə: yekun-hesabat konfransı” təşkil edib.

Konfransda təşkilatın İdarə Heyətinin sədri Qubad İbadoğlu mərkəzin fəaliyyəti barədə hesabat təqdimatı ilə çıxış edib. Bildirib ki, mərkəzin daim diqqət mərkəzində saxladığı məsələlər cəmiyyətdə iqtisadi və biznes biliklərinin artırılması, şəffaflıq və hesabatlılığın genişləndirilməsi, vətəndaş iştirakçılığının və əksmərkəzləşdirilmiş idarəetmənin təminatıdır. Odur ki, mərkəz dövrü olaraq müxtəlif istiqamətlərdə tədqiqatlar aparır.
Q.İbadoğlunun sözlərinə görə, İTM 2009-cu ildə 13 donor təşkilatla 14 layihə çərçivəsində effektiv əməkdaşlıq edib. Ümumiyyətlə, mərkəz öz fəaliyyəti dövründə çoxsaylı beynəlxalq təşkilat və şəbəkələr, yerli vətəndaş cəmiyyəti, dövlət strukturları ilə effektiv əməkdaşlıq əlaqələri qurub. Mərkəzin tədqiqatlarına yalnız yerli deyil, xarici mənbələr (“The Financial Times”, “Əl Cəzira”, “CNN Turk” və sair) istinad edirlər.
Qeyd edək ki, İTM Azərbaycanda yeganə QHT-dir ki, institutsional dəstək alır. Belə ki, “Soros” Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə həyata keçirdiyi institutsional yardım layihəsi çərçivəsində təşkilatın daxili idarəetmə sistemi və layihələrin idarə edilməsi standartlaşdırılıb, şəffaflıq və hesabatlılıq artırılıb. 2007-ci ildən başlayaraq İTM-də İctimaiyyətlə əlaqələr, İnsan resursları, Keyfiyyətə nəzarət və Xarici əlaqələr üzrə menecerlər daimi əsaslarla tam ştatla işləyirlər. Hazırda təşkilatda 14 nəfər (9 nəfər tam ştatla, 5 nəfər isə müqavilə əsasında) işləyir. Regionlarda qiymətlərin müşahidəsini aparan 22 nəfər sorğuçu da İTM-dən ödəniş alır. 2009-cu ildə həyata keçirilən layihələr çərçivəsində İTM dövlətə 22600,63 manat vergi və sosial ödəniş edib.
Təşkilatın çətinliklərindən danışan Q.İbadoğlu ölkədə vətəndaş cəmiyyəti institutlarının dövlət proqramlarında iştirakının məhdudluğunu önə çəkib. Bundan başqa, özəl bölmə ilə tərəfdaşlıq imkanlarının zəifliyi, vətəndaş cəmiyyətinin institutlarının inkişafı ilə bağlı problemlərin çoxluğu, azad mətbuata qarşı basqıların olması, bir sıra mühafizəkar hökumət məmurlarının İTM ekspertləri ilə açıq debatlardan, müzakirələrdən yayınması da çətinlik yaradan amillər kimi qeyd edilib.
Bütün çətinliklərə rəğmən, mərkəz gələcəklə bağlı mütərəqqi planlara malikdir. Bunlar İTM-in iqtisadi və kommersiya fəaliyyətinin genişləndirilməsi, dövlət sifarişlərində və tenderlərə müraciətlərin edilməsi, tədqiqat təşəbbüslərinin və proqramlarına fokusunun artırılmasıdır.

Həbibə ABDULLA

859 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008