13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İŞ ADAMLARI İQTİSADİ REPRESSİYAYA MƏRUZ QOYULUR

2010-03-13

İkili mühasibatlıq özəl sektoru hədəfə alıb

Özəl sektorda ikili mühasibatlıqla bağlı araşdırmaların başlaması ticarətçiləri təşvişə salıb. Xatırladaq ki, üç dövlət orqanı - Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi özəl müəssisələrdə ikili mühasibat və əmək haqlarının leqallaşdırılması üzrə araşdırmalara başlayıb.

Ticarət sektorunda fəaliyyət göstərənlər isə bu araşdırmalardan ciddi narahatçılıq keçirirlər. Çünki ikili mühasibatlıq daha çox məhz bu sahədədir. Ticarətlə məşğul olan iş adamları deyirlər ki, əslində obyektlərdə ikili mühasibatlığa qarşı yoxlamalar aparılması düzgün deyil. Ona görə ki, onların öz işlərini qanunla qurmalarına mane olan məhz dövlət orqanlarıdır. Bu barədə redaksiyamıza müraciət edən ticarətçilər daha ətraflı danışıblar. Onlar bizə gömrük və vergi orqanlarında necə qanunsuzluğa məcbur edildiklərini, bunun ardınca DSMF və Əmək Müfəttişliyi tərəfindən necə şantaj olunmalarını detalları ilə açıqlayıblar. İş adamları ilə söhbətdən aydın olur ki, bu sahədə ən başlıca problem ölkədəki inhisarçılıqdır: “Elə mallar var ki, onları ölkəyə idxal etmək səlahiyyətləri yalnız bir adama, yaxud bir qrupa məxsusdur. Başqaları o malları gətirmək istəsə ondan o qədər rüşvət alırlar ki, nəinki qazanmır, əksinə, itirir. Gömrükdə külli miqdarda rüşvət verən sahibkar da gətirdiyi malın qiymətini verdiyi rüşvəti çıxaracaq qədər artırsa sata bilmir, artırmasa ziyana işləyir”.
Gömrükdə sahibkarların üzləşdiyi növbəti problem sənədləşmə ilə bağlıdır. Həmsöhbətimiz deyir ki, gömrükdən keçən malların onda biri ancaq sənədləşir: “Qalanı rüşvət hesabına keçir. Sual verə bilərsiniz ki, rəsmi rüsumlar dəfələrlə ucuz başa gəldiyi halda, nədən sahibkar on qat artıq rüşvət verir? Məsələ ondadır ki, qanuni iş görmək istəyən adama çoxlu sayda problem yaradılır. Əvvəla, heç bir səbəb olmadan malını saxlayırlar. Bundan əvvəl gətirdiyi yük heç açılmamışdısa, indi gətirilən mal tamamilə açılır, təhlükəsizlik tədbiri adı altında dağıdılır yenidən yığılır. Bütün bunlar üçün də sahibkardan pul verib fəhlə tutmağı tələb edirlər. O qədər süründürürlər ki, axırda sahibkar özü yalvarır rüşvət vermək üçün. Bir az səbirlə, dözümlə yanaşanı isə gələn dəfə ümumiyyətlə mal gətirməyə qoymurlar”.
Çox az-az firmalar var ki, onlar gətirdikləri malları gömrükdə normal sənədləşdirə bilirlər. Qalan bütün firmalar öz mallarını satış qiymətindən on dəfələrlə ucuz rəsmiləşdirirlər: “Təsəvvür edin ki, 1 kiloqramı 8,40 manata satılan İtaliya şokolad məhsulları vergi hesab-fakturasında 1,20 manata rəsmiləşdirilir. Yağa ümumiyyətlə sənəd vermir firmalar. Sənəd istəyəndə isə deyirlər alırsan al, almırsan alma. Yağ satılmayan mağazaya kimdi girən?!” Ticarətçilər deyirlər ki, vicdanla işləmək istəyən sahibkarlar bunu bacarmırlar.
Gömrükdə qazılan quyu vergi orqanları ilə əməkdaşlıqda sahibkarı çıxılmaz duruma salır. Nəticədə bünövrəsi gömrükdə qoyulan rüşvət vergidə davam edir. Malı tam sənədləşmə ilə ala bilməyən sahibkar məcburdur ki, dövriyyəsini gizlətsin: “Firma 10 vaqon mal gətirirsə, bunun cəmi 1-cə vaqonunu ”rastamoşka" edə bilir. Elə həmin 1 vaqon malı da işlədiyi mağazalar arasında paylayır. Nəticədə firmalardan 10 min manatlıq mal götürən sahibkar da bunun min manatına sənəd alır. Bir də görürsən səyyar vergi yoxlaması gəldi. Vitrindən istənilən bir malı götürür əlinə üstündə yazılan qiymətə baxır və səndən bunun alınması haqda sənədi istəyir. Həmin sənəddə də satış qiymətindən dəfələrlə ucuz məbləğ göstərilib. Vergi müfəttişi başlayır səni şantaj etməyə. Guya bunun niyəsindən xəbəri yoxdur. Sahibkar irad tutanda ki, get firmadan soruş niyə 76 qəpiyə verdiyi şəkər tozuna sənədi 12 qəpikdən verir, müfəttiş deyir ki, o, firma ilə mənim öz aramda olan işdir, nə zaman ora yoxlamaya getsəm maraqlanacam. Etiraz edən sahibkara təzyiq etmək üçün yüz cürə səbəb tapırlar".
Sahibkarları soyan təkcə gömrük və vergi müfəttişləri deyil. Daha doğrusu, gömrükdən başlayan soyğun vergi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu, Əmək Müfəttişliyi tərəfindən davam etdirilir: “Bir müəssisə 40 işçi işlədirsə sənədlərdə onun 10-nu göstərməyə məcburdur. Çünki təkcə əməkhaqqından tutulmalar bəs edir ki, müəssisə ziyanla işləsin. Öz növbəsində SMF və Əmək Müfəttişliyi bu ”boşluğu" boş buraxmır".
Bir sözlə, bu sistem elə qurulub ki, insanlar qanunsuzluğa avtomatik məcbur edilirlər. Qanuni gömrük rüsumundan, qanuni vergidən on qat artıq rüşvət verməyən sahibkar Azərbaycanda fəaliyyət göstərə bilməz. Bütün bunların müqabilində dövlət orqanlarının ikili mühasibatlığa qarşı mübarizə adı altında sahibkarlara qarşı iqtisadi repressiya həyata keçirmədiyini kim iddia edə bilər?!

HƏBİBƏ

1052 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008