13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

FÜZULİ ƏLƏKBƏROV 50 MİLYON MANATI “TAPIB”

2010-03-14

Ünvanlı sosial yardımlar bərpa edilib, amma ötən ilin qalıqları verilmir

Ünvanlı sosial yardımların verilməsində ötən ildən yaranan problemlər artıq demək olar ki, aradan qaldırılıb. Müşahidələr göstərir ki, yardımlar bu ilin əvvəlindən etibarən verilməyə başlanıb. Lakin proses yenə də bir sıra problemlərlə müşahidə olunur. Belə ki, aztəminatlı ailələrə təyin olunmuş sosial yardımlar əvvəlcədən razılaşdırıldığı kimi, yarı bölünür. Vəsaitlərin yarısı yerli sosial təminat şöbələrinin əməkdaşlarına çatır. Üstəlik, ötən ilin qalıqları verilmir. Bu barədə aztəminatlı statusu alan ailələrlə söhbətdən aydın olub.

Xatırladaq ki, Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımların ödənilməsi ötən ilin mayından dayandırılmışdı. Yardımları təyin edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi problemi nazirliyin müvafiq idarəsinin kompüter sistemində yaranmış nasazlıqla əlaqələndirirdi. Belə ki, guya kompüter sistemi çökdüyü üçün ünvanlı sosial yardım alanların məlumat bazası da dağılıb və hazırda nazirlik problemin aradan qaldırılması ilə məşğuldur. Lakin parlamentin İqtisadi siyasət komitəsinin sədri Hadı Rəcəbli bu ilin əvvəlində açıqlama verərək əsl səbəbi bəyan etdi. Onun sözlərinə görə, ünvanlı sosial yardım üçün ayrılan vəsaiti ötən ilin oktyabrından bitibmiş. Deputat bildirmişdi ki, aztəminatlı ailələrin sayı əvvəlcədən düşünüldüyündən çox olduğuna görə vəsait çatışmazlığı yaranıb.
Qeyd edək ki, ləngimənin büdcə daxilolmalarında yaranan problemlə bağlı olduğu fikrini səsləndirənlər də oldu. Lakin hökumətdən bu versiyanı da təkzib etdilər və bildirdilər ki, ünvanlı sosial yardımların verilməsi üçün vəsait problemi yoxdur.
Problemin səbəblərindən biri də dövlət büdcəsindən nazirliyə ünvanlı sosial yardımlar üçün ayrılan vəsaitlərin bir hissəsinin “yoxa çıxması” göstərilirdi. Bildirilirdi ki, 2009-cu ildə dövlət büdcəsindən ünvanlı sosial yardımların verilməsi üçün ayrılan 210 milyon manat təqribən 50 milyon manatı itib. Pulun əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tərəfindən mənimsənildiyi də deyilirdi. Elə ünvanlı sosial yardımların ötən il dayandırılıb bu il bərpa edilməsi də danışılanların doğru olduğunu deməyə əsas verir. Ötən ilin büdcəsindən ayrılan vəsaitin bir hissəsi mənimsənildiyi üçün proses dayandı və bu ilin büdcəsindən ayrılan vəsaitlə bərpa edildi. Özü də ötən il yardımların dayandırılması nəticəsində yaranan qalıqlar bu il verilmədi. Belə çıxır ki, həqiqətən də ötənilki vəsaitin bir hissəsi “yoxa çıxıbmış”.

HƏBİBƏ

1705 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008