13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“PREZİDENTƏ YALAN MƏLUMAT VERİLİB”

2010-03-14

Qubad İbadoğlu: “Aidiyyəti orqanlar ölkə başçısına real olmayan statistik məlumatlar verir”

“2010-cu ildə görüləcək işlər haqqında geniş müzakirələr aparılmalıdır. Bu il üçün nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir. Bunu etmək üçün bütün imkanlar var. Dövlət Proqramının icrası, eyni zamanda, Azərbaycan dövlət büdcəsinin xərclərində də öz əksini tapır”. Bunu İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində deyib. Son illər Azərbaycana çoxsaylı xarici istehsallı texnika gətirildiyini deyən ölkə başçısı yerli istehsalın gücləndirilməsi sayəsində artıq texnikanın bir hissəsinin Azərbaycanda istehsal edildiyini vurğulayıb: “Azərbaycanda rəqabət qabiliyyətli müəssisələr işə salınır. Onlar həm daxili tələbatı ödəyir, eyni zamanda, ölkəmizin ixrac potensialı da genişlənir”.

İ.Əliyev bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin nəzərdə tutulduğunu, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin xətti ilə ölkənin inkişafı üçün vacib olan layihələrin icra edildiyini bildirib.
Ölkə başçısı deyib ki, bugünkü Azərbaycanda elektrik enerjisi ilə təminat 100 faiz nəzərdə tutulub, qazlaşdırma 85 faiz təşkil edilib, içməli su, kanalizasiya və suvarma məsələləri ilə bağlı konkret proqramlar icra edilməyə başlayıb: “Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcək. Yerli icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur”.
İlham Əliyev bildirib ki, 2009-cu il sahibkarlar üçün ağır il olub: “Azərbaycan dövləti və vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1,5 faiz oldu. Əhalinin pul gəlirləri 10 faizdən çox artıb, sosial ödəmələr tam şəkildə təmin edilib, maaşlarda, pensiyalarda heç bir yubanma olmayıb. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər”. Onun sözlərinə görə, ümumi daxili məhsulun 85 faizi özəl sektorda formalaşıb.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan özünü dənli bitkilər üzrə 76 faiz təmin edir: “Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, yəni ki, 50 faizi ixraca gedir, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmayıb”. Prezident deyib ki, bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaq.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlunun fikrincə isə məmurlar ölkə başçısına səhv məlumat veriblər. Q.İbadoğlu həmçinin düşünür ki, hökumətin hesabatına az qalmış bir vaxtda belə bir konfransın təşkil olunması artıq parlamentdə nələrin və hansı səviyyədə müzakirə olunacağını proqnozlaşdırmağa imkan verir: “Çox təəssüf edirəm ki, aidiyyəti orqanlar prezidentə real olmayan statistik məlumatlar verir. Azərbaycanda hər bir vətəndaş bilir, gündəlik həyatında hiss edir ki, ölkədə kərə yağına olan tələbatın 83 faizini daxili istehsal hesabına ödəmirik. Düzdür, son vaxtlar daxildə istehsal olunan kərə yağları var, amma onların bazarda xüsusi çəkisi elə də böyük deyil. Deyilən rəqəmin əksi olaraq, bəlkə də 85 faiz kərə yağına olan tələbat idxal hesabına ödənir. Çünki Azərbaycanda bu problemi həll etmək elə də asan deyil. Bu gün bizdə emal sənayesinin zəif inkişaf etməsinin, yerli məhsulların təklifinin az olmasının, idxalı əvəz edən istehsalın formalaşmamasının əsas səbəbi odur ki, ölkədə istehsal amilləri, məhsulun maya dəyərinə daxil olan məsrəf elementləri çox bahadır. Adi bir misal deyim, 20 kq süddən 1 kq kərə yağı alınır. Südün zavod maya dəyəri 50 qəpikdir. Bu, o deməkdir ki, istehsalçı 20 kq südə görə 10 manat ancaq xammala xərc çəkməlidir. Südün emalı, qablaşdırılması, satış şəbəkələrinə çatdırılması ilə bağlı xərclər də əlavə etsək, təxminən 12 manat edəcək. Amma idxal kərə yağının orta qiyməti 5-6 manatdır. Kərə yağı, süd və süd məhsulları ilə bağlı məhsuldarlığın aşağı olması imkan vermir ki, daxili tələbatı yerli istehsal hesabına ödəyək. Buna görə də mən təəssüf edirəm ki, bütün vətəndaşlar üçün aydın olan bir məsələdə də ölkə başçısına yalan məlumatlar verilir və bu məlumatlar onun dilindən geniş auditoriyada səslənir”.
Q.İbadoğlu ölkə başçısına verilən digər bir yalan məlumatı da qeyd etdi. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının neftdən asılı olduğunu son statistik məlumatlar da çılpaqlığı ilə təsdiq edir: “Statistika göstərir ki, 2009-cu ilin yekunlarına görə, ixracatın 81,6 faizini xam neft, 10,1 faizini isə neft və neft məhsulları təşkil edir. Bu isə o deməkdir ki, bütövlükdə ixracın 91,7 faizini neft və neft məhsulları təşkil edir. Eyni zamanda nəzərə alaq ki, bütövlükdə neft sektorunun ÜDM-də xüsusi çəkisi 47 faizdir. Bunlar bəlli ola-ola neftin iqtisadiyyatda dominant rolunun zəifləməsi ilə bağlı ölkə başçısına düzgün məlumat verilməməsi anlaşılan deyil”.
Meyvə-tərəvəz istehsalı ilə bağlı açıqlanan rəqəmlərə gəlincə, Qubad bəyin sözlərinə görə, əvvəlki illə müqayisədə meyvə-tərəvəz ixracında 10 faiz azalma var: “Göstərilir ki, biz öz tələbatımızı meyvə ilə 127, tərəvəzlə 102 faiz təmin edirik. Hesab edirəm ki, bu yalan rəqəmlər prezidentin ictimai reputasiyasına mənfi təsir göstərir. Real rəqəmlərlə vəziyyəti xarakterizə etmək daha düzgündür. Təbii ki, mən o tədbirdə bir əhəmiyyətli nəticə də gördüm. Prezident səviyyəsində etiraf olundu ki, Azərbaycan sahibkarları böhrandan əziyyət çəkib. Ölkə başçısı dövlətin sahibkarlara daha böyük həcmdə yardım göstərməli, eyni zamanda sahibkarların əsassız yoxlamalarının dayandırılmalı olduğunu qeyd etdi. Prezident səviyyəsində bunun deyilməsi çox vacib idi”.

Həbibə ABDULLA

2493 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008