|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Xəbər verildiyi kimi, Novruz bayramı ərəfəsində 9 gün iş olmayacaq. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən martın 20-dən 29-dək bayram günləri elan edildiyindən rəsmi idarələr işləməyəcək. Bu tətil ölkəyə neçəyə başa gələcək? 9 gündə Azərbaycan nə itirəcək, nə qazanacaq? İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu suala cavab verərkən Yaponiya tarixində baş verən məşhur hadisəni xatırlatdı. Hadisənin qısa məzmunu belədir ki, ölkənin geri qalması səbəblərini araşdırmaq üçün ölkəyə dəvət olunan xarici mütəxəssislərin verdiyi təkliflərdən biri bayramların sayının azaldılması ilə bağlı olub: “Yaponiyada zamanın qiymətini düzgün vermirmişlər, çox vaxt itirirmişlər. O zaman yapon imperatoru Meydzi fərman verərək imperatorun doğum günündən başqa bütün bayramları ləğv edir. Demirəm ki, bundan sonra Yaponiya dərhal inkişaf etməyə başladı, amma bu ölkənin inkişaf tarixini öyrənənlər bu amilə həmişə diqqət yetirirlər ki, bayramların sayının çox olması həmişə ölkənin inkişafını əngəlləyən amillərdən biri olub. Təbii ki, əgər Azərbaycan iqtisadiyyatı neftdən asılı olmasaydı, bayram günlərinin sayının çox olmasının iqtisadiyyata təsiri daha çox olardı. İndiki halda bilirsiniz ki, neft hasilatında fasiləsiz proseslər davam edir və o baxımdan bayram günlərinin çox olmasının iqtisadiyyata təsirini o qədər də hiss etmirik”. HƏBİBƏ 1633 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|