13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

BİZDƏ İŞIQPULUNU VERMƏYƏNİ AĞACA BAĞLAYIB DÖYÜRLƏR

2010-03-14

Türkiyədə isə bu işə görə vətəndaş 5 ay toya getməkdən məhrum edilir

Türkiyədə elektrik sayğacının möhürünə müdaxilə edən 77 yaşlı qadına qeyri-adi cəza verilib. Qardaş ölkənin mətbuatı xəbər verir ki, borcunu ödəmədiyi üçün evinin elektrik enerjisi kəsilən və sayğacı möhürlənən qadın möhürü qıraraq qanunsuz şəkildə elektrikdən istifadə edib. Bu hərəkətinə görə məhkəmə önünə çıxarılan qadın qəribə cəza ilə cəzalandırılıb - onun barəsində 5 ay toya getməmək qərarı çıxarıb.

Maraqlıdır, Azərbaycan qanunvericiliyində digər cəza növləri kimi bu cür qeyri-adi qərarlar varmı?
Hüquqi Dövlət Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışın sözlərinə görə, hər bir cinayət halına görə cəza təyin edilməsi çox müsbət haldır: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəki cəzaların hər biri alternativdir. Bu cəzalara ictimai işlərlə bağlı cərimə, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə, əmlak müsadirəsi, azadlıqdan məhrumetmə, Azərbaycan Respublikasından məcburi kənara çıxartma və s. daxildir. Bizdə əlavə və əsas cəzalar var. Bəzən əsas cəzaya əlavə cəza da təyin edilir. Hər bir cinayət halına görə cəza təyin edilməsi çox müsbət haldır. Amma Azərbaycandakı ən böyük problem odur ki, törədilən cinayətlərə görə əksər insanlar məsuliyyətə cəlb edilmir. Bu hal hüquq pozuntularına görə insanların cəzalandırılmaması fikrinə gətirib çıxarır”.
M.Baxış ictimai məzəmməti cəza növü olaraq görmür: “Sovet dövründə ”ictimai məzəmmət" var idi. Amma yeni cinayət məcəlləsində belə bir cəza növü nəzərdə tutulmayıb. Mən ictimai məzəmməti cəza növü olaraq görmürəm. Çünki Azərbaycanda ictimaiyyət hüquq pozuntularına qarşı biganədir. Cəmiyyət elə bir həddə çatmalıdır ki, ictimai nəzarət çox güclü olmalıdır və məzəmmətdən çəkinməlidir. Amma bizim cəmiyyət elə bir həddə çatıb ki, heç bir ictimai qınaqdan qorxmur. Əksinə, ictimai qınağa heç bir əhəmiyyət vermir".
Türkiyədəki kimi Azərbaycanda da bu cür yüngül və məzəli alternativ cəzaların olması çox vacibdir. Elə elektrikdən qanunsuz istifadəyə görə vətəndaşın toya getməsinə qadağanın özü bizim ölkənin insanları üçün göydəndüşmə olardı. Təəssüf ki, son illər Azərbaycan toyları insanlar üçün sözün əsl mənasında cəza yerinə, işgəncə məkanına çevrilib. Ona görə də məhkəmə kimin barəsində toy qadağası çıxarmış olsa əslində həmin vətəndaşa böyük yaxşılıq etmiş olar.
Onu da xatırladaq ki, Azərbaycanda işıqpuluna görə çox biabırçılıqlar olub. Məsələn, Naxçıvanda dəfələrlə işıqpulunu verməyən insanları ağaca bağlayıb o ki, çırpıblar. Bu “ənənə” hələ də davam edir...

Şahnaz NOVRUZQIZI

639 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008