|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Martın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə “Meridian” kompaniyası, “Emal” istehsal müəssisəsi, “Everest” firması və başqalarının 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsindən verdikləri şikayətə baxılacaq. Bu müəssisələr Azərbaycan Dövlət Neft Şirkətinin “Azərneftyağ” Neft Emalı Zavoduna, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyətinə, “KAT LTD” MMC-yə, “ADEC” Azərbaycan İnkişaf Şirkətinə qarşı iddia qaldırıblar. İddiaçılar Bakı Şəhər İcra Hakimiyyətinin 7 iyun 2006-cı və 11 iyun 2007-ci il tarixli sərəncamlarının ləğvini tələb ediblər. Çünki Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti bu sərəncamlar vasitəsilə vaxtilə “Azərneftyağ” Neft Emalı Zavodunun ərazisi olmuş torpaq sahələrini bu 19 müəssisədən alaraq yuxarıda adlarını çəkdiyimiz şirkətlərə veriblər. Mübahisəli ərazi “A.M.A.Y.” Ticarət Şirkətinin ətrafındakı ərazilərdə yerləşir. Əvvəllər dövlət müəssisələrinin istifadəsində olub və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşüb. Buna görə də icarədar razılıq verib ki, şirkətlər oraları öz vəsaitləri hesabına əsaslı təmir etdirsinlər. Həmçinin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində şirkətlər yeni inzibati binalar və istehsal yönümlü tikililər, anbarlar və s. tikiblər. 20 ilə yaxın icarəyə götürdükləri sahələrdən istifadə ediblər. Bu müddət ərzində müxtəlif təyinatlı istehsal sahələrində 600-dən çox işçi işlə təmin edilib. Şirkətlər icarəyə götürdükləri qeyri-yaşayış sahələrinin icarə haqlarını vaxtlı-vaxtında dövlət büdcəsinə ödəyiblər. Bu vaxta qədər onların istifadələrində olan qeyri-yaşayış sahələri ilə bağlı dövlət və ya icarədar qarşısında hər hansı öhdəlikləri yaranmayıb. Bu şirkətlər on il fəaliyyət göstərəndən sonra 1998-ci ildə özəlləşmə ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Mərhum prezident Heydər Əliyevə müraciətdən sonra bu məsələ ilə əlaqədar iki komissiya yaradılıb. Hər iki komissiyanın qərarı ilə Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyinin razılığı əsasında hazırkı iddiaçı şirkətlər də daxil olmaqla, 39 müəssisə Dövlət Əmlak Komitəsinin sərəncamına verilib. Bu şirkətlər qanunun verdiyi hüquqdan yararlanaraq, sahibkarlıq fəaliyyətlərini genişləndirmək, işçilərinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq məqsədilə uzun müddət icarələrində olmuş qeyri-yaşayış sahələrini özəlləşdirmək və öz vəsaitləri hesabına orada tikdikləri tikililərə mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamənin verilməsi üçün ƏMDK-ya müraciət ediblər. Sözügedən ərazidəki müəssisələrdən 20-si özəlləşdirilsə də, 19 şirkət ayrı-seçkiliyə məruz qalıb. Maraq1ıdır ki, Rövnəq Abdullayev ARDNŞ prezidenti təyin olunandan sonra 19 şirkətin özəlləşmə üçün razılıq verilməsi istəyinə qanunvericiliklə müəyyən edilməyən əsaslarla rədd cavabı verilib. E.HÜSEYNOV 2101 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|