13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

MƏRKƏZİ BANKDA KADR DƏYİŞİKLİYİ

2010-03-16

Rüfət Aslanlı İdarə Heyətinin üzvlüyündən uzaqlaşdırıldı

Dünən Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib. “Media forum” saytının məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə bildirib ki, gündəliyə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi və Rüfət Cəbrayıl oğlu Aslanlının başqa işə keçməsi ilə əlaqədar olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi barədə məsələlər daxil edilib.

Rüfət AslanlıZ.Səmədzadə qeyd edib ki, konstitusiyaya və Milli Məclisin əsasnaməsinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri prezident tərəfindən Milli Məclisə təqdim olunur və parlament məsələyə baxıb münasibət bildirir. Prezident Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun və Xəqani Abdullayevin namizədliklərini irəli sürüb. İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verilib.
Komitə üzvləri öz münasibətlərini bildirdikdən sonra hər iki məsələnin Milli Məclisin plenar iclasına təqdim olunması barədə qərar qəbul olunub.
Elman Rüstəmov Mərkəzi Bankın sədri, Xəqani Abdullayev baş direktorudur.
Rüfət Aslanlı 2001 və 2006-cı ildə Mərkəzi Bankın İdarə Heyətinə üzv seçilib. Bankın baş direktoru, İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2008-ci ilin noyabrından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədridir.

Xəbər xidməti

1043 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008