13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

ŞƏKİDƏ SAHİBKARLARIN FORUMU KEÇİRİLİB

2010-07-23

Forumda ATƏT-in Bakı ofisinin nümayəndəsi Jan Olsson da iştirak edib

Şəkidə sahibkarların forumu keçirilib. Bu barədə musavat.com-a İnsаn Hüquqlаrı üzrə Mааrifləndirmə İctimаi Birliyinin rəhbəri İradə Cavadova məlumat verib.

 O bildirib ki, rəhbərlik etdiyi birliyin АTƏT-in Bакı оfisinin dəstəyi ilə həyata keçirdiyi “Kiçik və orta  sahibkarlar üçün  hüquqi məsləhət  mərkəzləri” аdlı lаyihə çərçivəsində Şəkidə “Azərbaycanda  kiçik və orta sahibkarlığın inkişaf perspektivləri : Biznes mühit” mövzusunda iyulun 22-də “Karvan Saray” otelində forum keçirilib. İ.Cavadovanın sözlərinə görə, forumda 34 nəfər sahibkar və dövlət strukturlarının nümayəndələri iştirak edib: “Forumda Azərbaycan iqtisadiyyatın mövcud vəziyyəti, sahibkarlıq mühiti, sahibkarlıq fəaliyyəti sahəsində hüquqi baza, qeyri”“neft sektorunun inkişafının prioritet sahələri, maliyyə mənbələri və maliyyə mənbələrinin əlyetərliyi, qeydiyyat, vergi məsələləri, sosial və digər ödəmələr,  malların ixrac-idxalı üçün gömrük rüsumları, gömrük rəsmiləşdirilməsi  və s. məsələlər, həmçinin mövcud оlаn vəziyyətin hüquqi və praktiki aspektləri müzakirə olunub”.
İ.Cavadova bildirib ki, forumda Şəki şəhərinin biznes, bələdiyyə orqanlarının, İqtisadi İnkişaf  Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin , Gömrük Komitəsinin, Şəki Reqional Ədliyyə şöbəsinin, Dövlət Qulluqçuları Həmkarlar Konfederasiyanın Şəki şöbəsinin nümayəndələri, sahibkarlar və QHT nümayəndələri iştirak ediblər: “Tədbirdə ATƏT-in Bakı ofisinin nümayəndəsi Jan Olsson də iştirak edib və İnsan Hüquqları üzrə Maariflədirmə İctimai Birliyinin Şəki Hüquq Mərkəzində olub. Tədbirdə həmçinin  Milli Məhsuldarlıq və Rəqabətə davamlılıq mərkəzinin ekspertləri Sədaqət Qəmbərova və İlqar Əsədov prezentasiyalarla çıxış ediblər”.
İ.Cavadova qeyd edib ki, təşkilatın həyata keçirdiyi bu layihə  kiçik və orta müəssisələrə (və fərdi sahibkarlara) təmənnasız hüquqi yardım etməklə Azərbaycanda dayanıqlı iqtisadi inkişaf və mükəmməl idarəetməni təşviq etməyi və öz bizneslərini həyata keçirmək üçün kiçik və orta müəssisələrin potensialının artırılması məqsədilə müxtəlif təlim proqramlarının təşkil olunmasını hədəf seçib.

S.Kazımlı

428 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008