10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

PENSİYA VƏ ƏMƏK HAQLARI SEÇKİQABAĞI ARTIRILACAQ

2010-07-24

Qubad İbadoğlu: “Artım sentyabr-oktyabrda reallaşa bilər”

“Azərbaycan hökuməti bir sıra Avropa təşkilatlarının üzvü kimi orta aylıq əmək haqqı ilə minimum əmək haqqı arasında fərqin azaldılması ilə bağlı müəyyən öhdəliklərə malikdir. Bura pensiyaların minimum baza hissəsinin artırılması da əlavə edilə bilər. Hökumət həmçinin minimum yaşayış tərzini də yaxşılaşdırmaq barədə öhdəlik götürüb”.

Qubad İbadoğluBunu “ANS PRESS”-ə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirib. Qeyd edək ki, artıq iki ilə yaxındır ki, ölkədə pensiya və əməkhaqqı artımı istiqamətində qərar verilmir. Mövzu ilə bağlı fikirlərini bölüşən ekspertin sözlərinə görə, qeyd edilən sahələr üzrə müşahidə aparılan zaman bəlli olur ki, bir çox öhdəliklər yerinə yetirilmir. Hətta qanunvericilikdə hökumətin qarşısında maaş və pensiyaların artırılması ilə bağlı da müəyyən öhdəliklər qoyulub: “Baş Kollektiv Saziş və Avropa Şurasının Sosial Xartiyası üzrə götürülən öhdəliklərdən əlavə yerli qanunvericiliyin də tələbləri var. Xüsusilə büdcədən maliyyələşən müəllimlər, səhiyyə və mədəniyyət işçilərinin maaşı hətta orta aylıq əmək haqqından da aşağıdır. Onların maaşlarının artırılması çox ciddi problemdir. Fikrimcə, hökumət hətta qlobal iqtisadi böhran zamanı da bu sahəyə diqqət yetirməli idi. Çünki adını çəkdiyim sosial sferaya aid olan insanlar yalnız büdcə vəsaitləri hesabına maaş alırlar. Ancaq ölkədə elə sahədə çalışan insanlar var ki, onlar hətta xaricdən Azərbaycana transfer olunan maliyyə vəsaitlərindən də paya malikdirlər. Yeri gəlmişkən, bizim apardığımız tədqiqatlar göstərir ki, belə maliyyə vəsaitlərinin ölkəmizə transferi də azalır. Rəsmi statistika da göstərir ki, bu ilin 6 ayı ərzində ölkədə qeydə alınan inflyasiya ilə əmək haqlarının artımı arasında elə bir xətt yoxdur. İnflyasiyanı bilirsiniz ki, 585 məhsul üzrə hesablayırlar. Ancaq əhali bu məhsulun 150-180 növünü ancaq istehlak edir. Sosial inflyasiyanı hesablasaq, bəlli olar ki, əslində inflyasiya əhalinin gəlirlərinin artımını və eyni zamanda orta aylıq əmək haqqının artımını üstələyir”.
Q.İbadoğlu deyir ki, hökumətin daha bir öhdəliyi odur ki, orta pensiya orta aylıq əmək haqqının 40 faizi həcmində olmalıdır. Azərbaycanda orta aylıq əmək haqqı 315 manatdırsa, onda orta pensiya 130 manat olmalıdır. Ancaq rəsmi statistika göstərir ki, orta pensiya 104 manatdır. Ekspertin sözlərinə görə, bu tip öhdəlikləri Azərbaycan hökuməti maaş və pensiyaların artmaması ucbatından yerinə yetirə bilmir: “Başqa yollara əl atılır, bu da heç də yaxşı hal deyil. Məsələn, vergi orqanları biznes strukturlarına müdaxilə edirlər ki, əmək haqları hesablananda orta aylıq əmək haqqını əsas götürsünlər. Hesab edirəm ki, bu, qanunazidd müdaxilədir. Vergi orqanlarının belə müdaxilələri üçün qanunla heç bir səlahiyyəti yoxdur. Hökumət əksinə, maaşları artırmalıdır ki, büdcə təşkilatları ilə özəl şirkətlər arasındakı maaş göstəricilərində bu qədər disbalans yaranmasın. Təzyiqlə özəl şirkətlərdə maaşların artmasına nail olmaq çıxış yolu deyil”. Q.İbadoğlu bildirir ki, maaşların artırılması iyun ayının sonu-iyulun əvvəlinə gözlənilirdi: “Bu, baş vermədi. İndi biz gözləyirik ki, maaş və pensiyalar ən geci oktyabrda, ən tezi isə sentyabrda artırıla bilər”.

HƏBİBƏ

1112 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

[05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI

[04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR”

[02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR

[01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB

[01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR

[31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ

[31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB

[30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008