05 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

NEFT PULLARI HARA XƏRCLƏNİR?

2010-07-25

Fonddan ən çox pay alan dövlət büdcəsi və Oğuz-Qəbələ su kəməri layihəsidir

Azərbaycanda neft pullarının göyə sovrulduğu sirr deyil. İstər Neft Fondu, istərsə də büdcə vəsaitləri hesabına reallaşan layihələr ildən-ilə uzadılır və onların maliyyə tutumu görünməmiş dərəcədə şişirdilir. Nəticədə dünyanın heç bir yerində rast gəlinməyən fantastik rəqəmlər ortaya çıxır. Məsələn, aparılan hesablamalar göstərir ki, ən müasir yolun tikintisi dünyada 14 milyon dollara başa gəlir. Azərbaycanda isə Bakı-Aeroport yolunun hər kilometri üçün artıq 34 milyon dollar “xərclənib”.

Təkcə bu fakt deməyə əsas verir ki, ölkəyə gələn neft pulları açıq-aydın korrupsiya yemi olur. O da hamının bildiyi həqiqətdir ki, dövlət büdcəsi neftdən asılıdır. Büdcənin təxminən 50 faizi birbaşa, 40 faizdən çoxu isə dolayı neft gəlirləri hesabına formalaşır. Qeyri-neft sektorunun büdcədə payı bir rəqəmlə ifadə olunur. Hər il milyardlarla manat investisiya adı altında korrupsiyanın qurbanı olur.
Üstəlik, birbaşa Neft Fondundan maliyyələşən layihələr var ki, illərlə uzanır, ona çəkilən “xərclər” artdıqca artır. Fondun bu günlərdə açıqlanan 2009-cu il üzrə büdcəsinin icrası və 2010-cu il büdcəsinə edilən dəyişikliklər də bunu deməyə əsas verir. Ölkə başçısının iyulun 22-də imzaladığı sərəncamla Dövlət Neft Fondunun 2009-cu il büdcəsinin gəlirləri 8 176 692,0 manat təsdiq edilib. Fondun büdcəsinin gəlir və xərclər hissəsi hər biri 7 maddədən ibarətdir.
Fondun ötən il üzrə büdcəsinin xərclər hissəsində ən böyük payı 2009-cu il dövlət büdcəsinə transfert təşkil edib - 4 915 000,0 manat. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi məqsədilə fonddan 89 883,0 manat xərclənib. Bundan başqa, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinə 119 956,5 manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi layihəsinə 129 999,6 manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 22 117,2 manat, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 7 912,1 manat, fondun idarə edilməsi ilə bağlı xərclərə 9 628,2 manat ayrılıb.
Ölkə başçısının iyulun 22-də imzaladığı daha bir fərman Dövlət Neft Fondunun 2010-cu il üçün büdcəsinə dəyişikliklər edilməsi ilə bağlıdır. Fondun mətbuat xidmətindən verilən məlumata görə, fərmana uyğun olaraq, bu il xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını, eyni zamanda bu il üçün dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar ARDNF-in büdcəsində dəyişikliklər edilməsi zərurətini nəzərə alaraq, Neft Fondunun 2010-cu il büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərlə bağlı gəlir maddəsi 5 564 476,9 min manatdan 8 615 782,1 min manata qədər artırıb.
Həmçinin Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərlə bağlı gəlir maddəsi 241 936,0 min manatdan 250 002,7 min manata qədər artırılıb. Büdcəyə neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərlə bağlı 9 640,8 min manat məbləğində gəlir maddəsi əlavə edilib.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlə bağlı xərc maddəsi 4 915 000 min manatdan 5 915 000 min manata qədər artırılıb və müvafiq olaraq Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin ümumi həcmi 5 963 126,7 min manatdan 9 032 139,4 min manata qədər, xərcləri 5 428 431,2 min manatdan 6 428 431,2 min manata qədər artırılıb.
2010-cu il büdcəsindən qaçqın və məcburi köçkünlərə 80 000,0, Oğuz-Qəbələ su kəməri layihəsinə 200 000,0, Samur-Abşeron su kəmərinə 110 000,0, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə 80 000,0, 2007-2015-ci illər xaricdə təhsil dövlət proqramına 10 000,0, fondun idarə olunmasına 33 431,2 manat nəzərdə tutulub.

Xəbər xidməti

2007 dəfə baxılıb

Xəbəri paylaş

[04.02.2012] - “CAHANGİR HACIYEVİN ADAMLARI PREZİDENTİN FƏRMANINI SAYMIR”

[02.02.2012] - NEFTİN BAHALAŞMASI FƏLAKƏT GƏTİRİR

[01.02.2012] - ZİYA MƏMMƏDOVUN MƏMURU FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB

[01.02.2012] - ARDNŞ “TOTAL” la MÜQAVİLƏLƏRİ LƏĞV ETMƏLİDİR

[31.01.2012] - PARLAMENT ƏMANƏTLƏR MƏSƏLƏSİNƏ BU İL DƏ BAXMAYACAQ

[31.01.2012] - ZÜLFÜQARLILARIN ƏMLAKI KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN SÜRÜCÜSÜNÜN ADINA KEÇİRİLİB

[30.01.2012] - ANTİKORRUPSİYA İDARƏSİNİN RƏİSİNƏ SƏRT TƏNQİDLƏR

[30.01.2012] - HACIBALA ABUTALIBOV VƏ CAVİD QURBANOVA CİNAYƏT İŞİ AÇILMALIDIR

[29.01.2012] - İQTİSAD UNİVERSİTETİNDƏ REPRESSİYA KÜLƏKLƏRİ

[29.01.2012] - RUSİYADA SAXLANILAN QATAR VƏ ARİF ƏSGƏROVUN MİLYARDLIQ KORRUPSİYASI

[28.01.2012] - QAPALI TENDERLƏRİN BAHALI QALİBLƏRİ

[27.01.2012] - MƏRKƏZİ BANK “BANK MELLİ İRAN”LA BAĞLI AÇIQLAMA VERDİ

[27.01.2012] - CAVİD QURBANOVUN BANKINDA YOXLAMALAR BAŞLADI

[27.01.2012] - OLİQARXLARIN BANKLARI BAĞLANIR

[26.01.2012] - ABŞ-dan SEVİNDİRİCİ XƏBƏR

[26.01.2012] - CAHANGİR HACIYEVİN ADI 20 MİLYONLUQ FINDIQ MAXİNASİYASINDA

[25.01.2012] - “AZƏRENERJİ” XƏBƏRINI TƏKZIB ETDI?

[25.01.2012] - DÜNYADA ƏRZAĞA ƏN ÇOX AZƏRBAYCANLILAR PUL XƏRCLƏYİR

[24.01.2012] - KƏBİRƏ MƏMMƏDOVA VERGİ ORQANLARINI ALDADIB

[24.01.2012] - «BAKCELL» KLASS ABUNƏÇİLƏRİNƏ İKİ TARİF TƏQDİM EDİR

ARXIV

Yeni MÜSAVAT © 2008