 |
İqtisadiyyat
TAXIL BAHALAŞIR... 2010-07-27 ”¦Çörəyin də qiyməti arta bilər İş adamları monopoliyanın yaratdığı qıtlıq və bahalıqdan dad-aman edirlər
|
Taxılın qiyməti bahalaşır. Bu barədə redaksiyamıza çörəkçilik sahəsində çalışan iş adamları məlumat veriblər. İş adamları həyəcanla bu sahədə qiymətlərin gündən-günə artdığını deyirlər: “Belə getsə, biz də məcbur olub ya qiymətləri qaldıracağıq, ya da sexlərimizi bağlayacağıq. Məsələ ondadır ki, qiyməti qaldırsaq, dərhal başımızın üstünü alacaqlar. Heç bizim vəziyyətimizi düşünən yoxdur”. Qeyd edək ki, biçin vaxtı 16 qəpiyə olan buğdanın kiloqramının indi 25-30 qəpiyə qalxdığı bildirilir. Bahalaşmanın səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir. Fermerlər deyirlər ki, buğdanın ötən illə müqayisədə indi xeyli baha olması əslində bu sahəyə lazımi diqqət yetirilməməsi ilə bağlıdır. Belə ki, ölkənin ehtiyacı daha çox xaricdən gətirilən buğda hesabına ödənildiyindən ölkədə neçə illərdir taxıl istehsalına lazımi diqqət yetirilmir. Mütəxəssislərə görə, əsas problem toxum məsələsi və torpağa lazımi qulluğun göstərilməməsi ilə əlaqədardır. Fermerlər bildirirlər ki, 1992-ci ildən bəri torpaqlara gübrələr verilmir. Nəticədə yer də qüvvədən düşüb, keyfiyyətli toxum yoxdur, bir yandan da məsuliyyətsizlik baş alıb gedir. Bu istiqamətdə narahatlıqlar artıq uzun illərdir ki, qeyd edilir. Həm taxıl əkini ilə məşğul olan fermerlər, həm də mütəxəssislər toxumçuluq və torpağa qulluqla bağlı xüsusi dövlət qayğısına ehtiyac olduğunu deyirlər. Lakin bu problemlər qalıb bir kənarda, məmurlar korrupsiya tutumlu tədbirlərə daha çox önəm verirlər. Məsələn, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi. Heç kimə sirr deyil ki, bu sahədə güclü yeyinti, mənimsəmə halları var. Məsələ ondadır ki, rəsmilər taxıl qıtlığının olduğunu etiraf edirlər, lakin onun səbəbi düzgün izah edilmir. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bunu ötən illə müqayisədə bu il az taxıl əkilməsi və daşqın nəticəsində xeyli sahələrin su altında qalması ilə izah edir. “Azadlıq” radiosuna açıqlamasında o bildirib ki, əgər ötən il 1 milyon 200 min hektara yaxın ərazidə taxıl əkilmişdisə, bu il 160 min hektar az taxıl əkilib: “Bu da istər-istəməz istehsala təsir edib”. Amma buna baxmayaraq, Sabir Vəliyev hesab edir ki, ölkədə hələ taxıl ehtiyatı çox olduğundan builki məhsul qıtlığı çörəyin bahalaşmasına gətirib çıxarmayacaq: “Çörəyin qiyməti qalxa bilməz, ehtiyatımız çoxdur. Buğda hələ fermerlərin əlində çox qalıb, ehtiyat kifayət qədərdir”. Əslinə qalsa, çörək indiyəcən bahalaşmalı idi. Bunun baş verməməsi hələlik xaricdən alınan ehtiyat taxılın olmasıdır. Odur ki, hazırda Azərbaycanda çörəyin qiyməti xaricdə taxılın qiymətinə bağlıdır, əgər taxıl idxal etdiyimiz ölkələrdə qiymət bahalaşarsa, bizdə də çörək bahalaşacaq. Çünki yerli buğdanın əksər hissəsi un istehsalına yaramır. Çörəyin qiymətində bahalaşma olmasa da artıq bəzi şirniyyat mağazalarında bahalaşma müşahidə olunmaqdadır. Bəzi un, biskvit məmulatlarının qiymətində az da olsa bahalaşma var. Satış mərkəzlərində bunu unun bahalaşması ilə əsaslandırırlar. İqtisadçılar isə yerli məhsulun azlığı səbəbindən Azərbaycanda unun və çörəyin qiymətində bahalaşmanın belə tezliklə özünü büruzə verəcəyini proqnozlaşdırmırlar. İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri yaxın aylarda bahalaşacağı gözlənən məhsulların siyahısını açıqlayıblar. Mərkəz ekspertlərinə görə, aqrar sektorda, xüsusilə meyvə-tərəvəz, bostan məhsullarının, sərinləşdirici içkilərin qiymətinin artacağı gözlənilir. Qeyri-ərzaq məhsullarından tədris ilinin başlanması ilə bağlı geyim, məktəbli formaları, məktəbli ləvazimatı, həmçinin mənzil kirayəsi bazarında bahalaşma proqnozlaşdırılır. İTM-in bahalaşacağını gözlədiyi məhsullar arasında çörək yoxdur. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev isə bildirir ki, Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə də iqlim şəraiti ilə bağlı məhsuldarlıq aşağı olub. Əgər bu ölkələrdə taxılın qiyməti bahalaşsa, təbii ki, bu bahalıq Azərbaycanda hiss oluna bilər. Amma ekspert indiyə qədərki təcrübəni yada salır. Deyir ki, bir neçə dəfə belə vəziyyət yarananda dövlət taxıl idxalına əlavə dəyər vergisini ləğv etməklə unun və çörəyin qiymətini sabit saxlamağa nail olub. Redaksiyamıza müraciət edən iş adamı isə deyir ki, qıtlığı və bahalığı daha çox monopoliya yaradır: “Bəylər Əyyubovun (Prezidentin Şəxsi Mühafizə Xidmətinin rəhbəri-H.) təkcə Haramı düzündə 80 min hektar taxıl zəmisi var, hansı ki, bu, Qusar boyda 3 rayonun əkin sahəsindən daha böyük ərazi deməkdir. Bu qəbildən monopoliyalar olduğu müddətdə taxılın qiyməti hələ çox bahalaşacaq”. HƏBİBƏ 1483 dəfə baxılıb
|
[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” [05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI ARXIV
|