 |
İqtisadiyyat
PAYIZDA ÇÖRƏK BAHALAŞACAQ 2010-07-28
|
Taxılın qiyməti günü-gündən bahalaşmaqdadır. Biçin vaxtı 16 qəpiyə satılan buğdanın kiloqramı indi 25-30 qəpik təşkil edir. Qiymət artımının səbəbi kimi isə taxıl qıtlığının yaranması göstərilir. Hazırda cəmiyyəti narahat edən məsələ taxılın bahalaşmasının çörəyin qiymətinə nə dərəcədə təsir göstərəcəyidir. Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin açıqlamalarına inansaq, ölkədə hələ taxıl ehtiyatı çoxdur və məhsul qıtlığı çörəyin bahalaşmasına gətirib çıxarmayacaq. Lakin nazirlikdən fərqli olaraq un istehsalçıları bahalaşmanı qaçılmaz hesab edirlər. Bildirirlər ki, bahalaşmanın indi müşahidə olunmaması əvvəlcədən ucuz buğda ehtiyatının alınması ilə bağlıdır. Diqqəti çəkən məqam isə Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə də iqlim şəraiti ilə bağlı məhsuldarlığın aşağı olmasıdır. Hansı ki, həmin dövlətlərdə taxılın qiyməti bahalaşsa, bu artım Azərbaycanda da hiss olunacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirirlər ki, ötən ilə nisbətən 2010-cu ildə taxıl istehsalının azalacağı gözlənilən idi: “2010-cu ildə taxıl istehsalı 2009-cu illə müqayisədə ən azı 500 min ton az olacaq. Kənd Təsərrüfatı Nazirliyi bunu əkin sahələrinin azalması və taxıl istehsalında məhsuldarlığın aşağı düşməsi ilə bağlasalar da, səbəb təkcə bu deyil. 2009-cu ildə istehsal olunan taxılın Dövlət Taxıl Fondu tərəfindən alınması yönündə xeyli problemlər yaşandı. Eləcə də Taxıl Fondu tərəfindən alınan taxıl üzrə keyfiyyət standartlarının müəyyənləşdirilməsi məsələsinin uzadılması 2009-cu ildə bəzi fermerlərin məhsullarını vaxtında fonda satmasına imkan vermədi. Bir sıra hallarda isə fermerlərin istehsal etdikləri məhsul əkin sahələrində qalaraq məhv oldu. Digər tərəfdən, Maliyyə Nazirliyinin fermer təsərrüfatlarına verilən subsidiyaların ödənilməsi ilə bağlı apardığı monitorinq 2010-cu il üçün nəzərdə tutulan subsidiyaların verilməsində müəyyən yubanmalar yaratdı. Bu da birbaşa fermerlərin taxıl əkini sahələrinə, taxıl istehsalına marağının azalmasına gətirib çıxardı”. Mərkəz ekspertləri bildirirlər ki, Azərbaycanın daxili xüsusiyyətlərini nəzərə alsaq, taxıl istehsalı olduqca vacibdir: “Çünki bu, birbaşa çörəyin qiymətinə təsir göstərir. O baxımdan güman edilir ki, taxıl istehsalının azalması çörəyin qiymətinə təsir göstərəcək. Lakin bunun yaxın aylarda baş verəcəyi gözlənilmir. Bu da onunla bağlıdır ki, indi istifadə edilən taxıl məhsullarının əksəriyyəti 2009-cu ildə istehsal və ya idxal olunub. Amma 2010-cu ildə taxıl istehsalının azalması, həmçinin dünya bazarında bu məhsulun bahalaşması payızda çörəyin qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Praktiki, daxili tələbatla istehsal olunan taxılın arasında böyük fərq yaranıb. Çörəyin qiymətində artımlar olacağını, ya da yeni yaranmış fərqi kompensasiya etmək üçün çörəyin çəkisinin və keyfiyyətinin azaldılması ənənəsinin tətbiq ediləcəyini gözləmək olar”. HƏBİBƏ 704 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” ARXIV
|