 |
İqtisadiyyat
RÖVNƏQ ABDULLAYEVLƏ BƏRZANİNİN 2 MİLYARDLIQ İŞ BİRLİYİ 2010-07-28 ARDNŞ Şimali İraqa investisiya qoymağı planlaşdırır
|
Son illər xarici ölkələrə böyük sərmayələr qoyan ARDNŞ Şimali İraqda, əsasən kürdlər yaşayan bölgəyə də investisiya yatırmağa hazırlaşır. Bu barədə bizi məlumatlandıran ARDNŞ-in Xarici Əlaqələr Şöbəsinin qəzetdə adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, bu barədə razılıq bu ilin iyun ayında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə İraq hökuməti arasında əldə olunub. Məlumata görə, ARDNŞ Mosul və Kərkuk şəhərlərində neft hasilatı ilə məşğul olmalı, bir sıra sosial və infrastruktur layihələri maliyyələşdirməlidir. Bu məqsədlə yaxın 2 ildə şirkət Şimali İraqa 2 milyard dollara yaxın vəsait yatırmalıdır. Sosial layihələr içərisində məktəb, xəstəxana tikilməsi, dəmir yolunun çəkilməsi, yeni yolların salınmasını və s. var. Maraqlıdır ki, ARDNŞ-in Şimali İraqa "girməsi" Türkiyə tərəfini də razı salıb. Türkiyə Şimali İraqda sosial-iqtisadi vəziyyətin yaxşılığa doğru dəyişməsini terror mübarizəsində həlledici faktor sayır. Lakin Türkiyə şirkətlərinin hazırda Şimali İraqda işləməsi problemlidir. Başqa tərəfdən, türk iş adamları Şimali İraqda işləməyə də risk etmirlər. Çünki Türkiyə iş adamlarına qarşı bölgədə antipatiya yaradan kürd faktoru ilə yanaşı, sünni-şiə məsələsi də var. Bu üzdən də Şimali İraqda ARDNŞ-nin işləməsi məsləhət bilinib. Mənbə ARDNŞ rəhbərliyinin də Şimali İraqda işləməsinə böyük həvəs göstərdiyi bildirdi. Onun sözlərinə görə, ARDNŞ-in geoloji-kəşfiyyat işlərini aparan mütəxəssislər qrupu hazırda Şimali İraqa yollanıb: "İlin sonuna kimi İraq hökuməti ilə ARDNŞ arasında müqavilə imzalanacağı gözlənilir. Hələlik tərəflər arasında iş gedir". Mənbə ARDNŞ-nin bu layihələrinin Kərkükdə yaşayan türkmənlərin durumuna necə təsir edəcəyinin hələlik açıq qaldığını da əlavə etdi. Qeyd edək ki, ARDNŞ son illər Türkiyəyə, Gürcüstana böyük həcmdə investisiya yatırıb. Şirkət bu ölkələrdə neft hasilatı ilə məşğul olmasa da, neft və qaz satışı, neft-kimya sahələrinə böyük miqdarda investisiya yatırıb. ARDNŞ təkcə Gürcüstana 470 milyon dollar məbləğində investisiya qoyub. Gürcüstandakı onlarca qazpaylayıcı şəbəkə, yanacaqdoldurma stansiyaları və "Kulevi" terminalı ARDNŞ-nin idarəçiliyindədir. Türkiyəyə isə ARDNŞ 5 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır. Bununla belə, ARDNŞ neft hasilatı ilə bağlı böyük təcrübəyə malik olsa da, xaricdə investisiyaların müəyyən sahələrə yatırılması və onların idarə edilməsi işində təcrübəsizdir. Mənbə Şimali İraqda böyük neft və qaz ehtiyatlarının olmasına baxmayaraq, oraya investisiya qoymağın riskli olduğunu da qeyd etdi. Onun sözlərinə görə, ARDNŞ rəhbərliyi ilə Şimali İraqın kürd administrasiyası arasında yaxşı əlaqələr var. Rövnəq Abdullayevin bacısı oğlu, Azərbaycan neftinin xaricdə satışı ilə məşğul olan "Raf oil" şirkətinin prezidenti Rauf Məmmədovun Məsud Bərzaninin qohumları ilə ərəb ölkələrində böyük biznes layihələrində ortaq olduğu da gələn məlumatlar sırasındadır. İdrak CAMAL 1895 dəfə baxılıb
|
[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR [13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR? [13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI [12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB ARXIV
|