12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

BANKLARI NECƏ XİLAS ETMƏK OLAR?

2010-07-29

Ekspertə görə, ilk növbədə problemli kredit məsələsi həllini tapmalıdır
Vüqar Bayramov: “Hər bir halda dövlətin müdaxiləsinə ehtiyac var”

Azərbaycan banklarının təhlükəli durumda olması ilə bağlı yazmışıq. Qeyd edək ki, dünya maliyyə böhranından sonra ən böyük çətinliklərlə üzləşən ölkənin bank sektorudur. Qəzetimizin dünənki sayında problemlər bağlı danışan iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, bankların ən başlıca problemi onların öz vəsaitlərini idarə etmək üçün şəraitin olmamasıdır. Belə ki, ölkə iqtisadiyyatının tikinti və əmlak bazarı kimi önəmli sahəsində ciddi problemlər yaşanır və bu səbəbdən də banklar əllərində olan pulları idarə edib qazanc götürməkdə çətinlik çəkirlər. Bir yandan da problemli kreditlərin həcmi artmaqdadır. Belə ki, böhranın təsiri və banklarda kredit risklərinin idarə edilməsinin lazımi səviyyədə olmaması problemli kreditlərin həcmini artırıb.

Ekspertlərin hesablamalarına görə, 2010-cu ilin sonunda Azərbaycanın bank sektorunda problemli borclar ən yüksək həddə çatacaq. Elə bu təhlükəni önləmək üçün girov əmlaklarının satışa çıxarılması məsələsi müzakirə edilib. Lakin ən yuxarı səviyyədə belə bir addımın atılmasına icazə verilməyib. Aydın məsələdir ki, banklar kütləvi şəkildə girov əmlaklarını satışa təqdim etsələr, əmlak bazarında vəziyyət daha da pisləşəcək. Çünki əmlak bazarında satışa yönələn təkliflərin artması son nəticədə bazarda qiymətlərin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxara bilər. Bu isə nəticədə bank bazarına daha mənfi təsir göstərəcək.
Vüqar BayramovBəs bankları mövcud durumdan necə çıxarmaq olar? İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, kredit şərtləri ağır olaraq qalır və bu da bankların inkişafına təsir edir, aktivlərin keyfiyyətini pisləşdirir: “Diqqəti çəkən isə yaranmış situasiyada hökumətin bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirləri həyata keçirməməsidir. Halbuki, Rusiyada hökumət problemli kreditlərin həlli ilə bağlı konkret addımlar atmağı qərara alıb. Hansı ki, həmin qərara Rusiya kommersiya banklarından alınan, amma ödənilməyən kreditlərə güzəşt müddətinin verilməsi daxildir”. Ekspert bildirir ki, problemli kreditlərin yaranması və çoxalmasında bankların rolu kifayət qədər böyükdür. Azərbaycan banklarının maliyyə böhranından əvvəlki dövrlərdə -2006-2008-ci illərdə MDB ölkələri arasında ən yüksək faizlə kreditlər təklif etdiklərini xatırladan iqtisadçı deyir ki, hətta bəzi dövrlərdə istehlak kreditlərinin faiz dərəcələri 35 faizə qədər yüksəlib: “35 faizlə verilən kreditlərin geri qaytarılması imkanları olduqca məhduddur. Banklar qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksək faizlə kreditlər veriblər. Nəticədə müştərilər kreditləri qaytarmaqda çətinlik çəkirlər. 2009-cu ilin ortalarından başlayaraq problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Ötən ilin ortalarında problemli kreditlərin payı bank aktivlərinin 2,7 faizini təşkil edirdisə, həmin rəqəm artıq 5 faizə çatıb. Beynəlxalq standartlara görə, problemli kreditlərin payı bank aktivlərinin 3 faizindən çoxdursa, bu, artıq kritik həddir. Yəni belə hal kommersiya bankları üçün ciddi baş ağrısıdır”. Problemin necə həll edilməsinə gəlincə, V.Bayramov təəssüflə kommersiya banklarının bu istiqamətdə addımlar atmadığını vurğulayır. Onun sözlərinə görə, banklar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmirlər. Problemin digər tərəfi, bankların kreditlər qaytarıla bilməyəndə girov şəklində olan avtomobil və ya mənzili satacaqlarını güman etmələridir: “Bununla dəyən ziyanın ödəniləcəyini düşünürlər. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq praktiki banklara girovu sataraq dəyən ziyanı ödəməyə imkan vermir”.
Mütəxəssis deyir ki, problemli kreditlər yalnız Azərbaycanda deyil, Ukrayna, Rusiya, Qazaxıstanda bank sektorunda müşahidə edilən ciddi problemlərdəndir. İSİM rəhbəri həmçinin problemli kreditlərin həlli istiqamətində inzibati üsulların əlverişsiz olduğunu düşünür. Onun fikrincə, inzibati üsullar problemin daha da dərinləşməsinə səbəb olacaq. Rusiyada problemli kreditlər məsələsinin aradan qaldırılması üçün dövlət səviyyəsində addımlar atılır. Bu ölkənin Nazirlər Kabinetinin qərarı ilə krediti qaytarmaq imkanı olmayan, böhran nəticəsində sosial vəziyyəti ağırlaşan insanlar üçün kreditləri qaytarmaqla bağlı güzəşt müddəti müəyyən edilib. Güzəşt müddətində vətəndaşlar sosial vəziyyətlərini yaxşılaşdıraraq sonrakı müddətdə krediti qaytarmaq imkanı qazanırlar. Ekspertə görə, Azərbaycanda problemli kreditlərin həlli üçün Rusiya variantı daha məqsədəuyğundur. V.Bayramov bütün hallarda hökumətin müdaxiləsinə ehtiyac olduğunu deyir: “Bizdə də kredit götürüb qaytara bilməyənlərə müəyyən güzəşt müddəti verilməlidir. Belə bir müddətin müəyyən edilməsi həm də bankların öz gəlir və xərclərini proqnozlaşdırmaq imkanına malik olmaları baxımından vacibdir. Banklar virtual olsa da belə, öz gəlirlərini proqnozlaşdıran zaman problemli kreditləri də gəlirlərinə daxil edirlər. Bu isə onların gəlir və xərc təhvilinin düzgün aparılmasına imkan vermir”.

Həbibə ABDULLA

612 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008