13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİNİN QHT-lərlə BAĞLI LAYİHƏSİ BAŞA ÇATDI

2010-07-29

Dünya Camalova: “QHT-lərin şəffaflığı və hesabatlılığı sahəsində dünya təcrübəsinin Azərbaycanda tətbiqi üçün təkliflər hazırlamışıq”

İqtisadi Tədqiqatlar Mərkəzi “Vətəndaş cəmiyyəti institutlarına effektiv ictimai əlaqələrin qurulması, hesabatlılığın təmin olunması sahəsində yardım” adlı layihəni icra edib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihə dörd ay davam edib. Layihə çərçivəsində QHT-donor, QHT-dövlət orqanları, QHT-biznes müstəvisində qarşılıqlı əlaqələrə dair müzakirələr, Gəncə və Bakı şəhərlərində QHT nümayəndələrinə effektiv ictimai əlaqələrin qurulması sahəsində təlimlər təşkil olunub.

Mərkəzin ekspertlərinin layihə çərçivəsində hazırladıqları tövsiyələr, həmçinin bütövlükdə layihənin nəticələrinə dair məlumatlar dünən keçirilən yekun konfransda ictimaiyyətə açıqlanıb. Konfransda xarici və yerli donorların, biznes və dövlət orqanlarının, mətbuatın, QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə ilk olaraq İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu çıxış edərək 10 ildir fəaliyyət göstərən İTM-in təcrübəsini həmkarları ilə bölüşmək niyyətində olduqlarını bildirib: “Birinci məqsədimiz öz təcrübəmizi sizlərlə bölüşmək, məsləhət və təkliflərinizi eşitmək və tövsiyələrimizi verməkdir. Bu layihə də məhz həmin məqsədlərə xidmət edir. Hesab edirəm ki, məqsədimizə çatmışıq. QHT-lərin donorlar, dövlət qurumları və biznes strukturları ilə effektiv əlaqələrinin qurulmasına müəyyən qədər nail ola bilmişik. Məlum layihənin bir istiqaməti də hesabatlılığın təmin olunması ilə bağlıdır. İTM olaraq biz öz fəaliyyətimizdə hesabatlılığı daim təmin edir və bu haqda ictimaiyyətə geniş məlumat veririk. Yaxşı olardı ki, bu hesabatlılıq bütün sahələrdə, o cümlədən də dövlətin büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təmin ediləydi”.
İTM-in İctimaiyyətlə əlaqələr departamentinin və layihənin rəhbəri Dünya Camalova layihə çərçivəsində görülən işlərdən danışıb. Onun sözlərinə görə, QHT-lərin üç istiqamətdə əlaqələrinin mövcud vəziyyətini öyrənmək üçün mayın 18-də QHT-donor, 31-də QHT-dövlət orqanları, iyunun 17-də QHT-biznes münasibətlərinə dair müzakirələr təşkil edilib: “Layihə çərçivəsində növbəti tədbirlərimiz iyunun 25-də Gəncədə, iyulun 14-də isə Bakıda ümumilikdə 48 QHT təmsilçisinə effektiv ictimai əlaqələrin qurulması yollarına dair təlimin keçirilməsi olub. Təlim iştirakçıları arasında aparılmış sorğudan aydın olur ki, onlar belə tədbirlərin müntəzəm olaraq təşkil edilməsini zəruri sayırlar”. D.Camalova daha sonra QHT-lərin donorlarla, biznes strukturları və dövlət orqanları ilə əlaqələri sahəsində qeydə alınan problemlərdən danışıb, onların həlli yolları ilə bağlı təklif və tövsiyələr səsləndirib. Layihə rəhbərinin sözlərinə görə, İTM ekspertləri layihə çərçivəsində QHT-lərin şəffaflığı və hesabatlılığı sahəsində mütərəqqi dünya təcrübəsini də öyrənərək, yerli vəziyyət nəzərə alınmaqla, onun Azərbaycanda tətbiqi istiqamətində təkliflər hazırlayıblar.
Təqdimatdan sonra başlanan müzakirələrdə ilk olaraq Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov çıxış edərək mətbuata qapalı olan qurumların QHT-lər üçün də açıq olmadığını söyləyib: “Bu baxımdan, belə qurumlarda bir deyil, bir neçə şöbə də olsa QHT-lərlə əməkdaşlıq olmayacaq. Hesab edirəm ki, dövlət orqanları ilə əlaqələri genişləndirmək üçün ilk növbədə QHT-lərin özləri aktiv olmalı, real və əsaslandırılmış təkliflər irəli sürməlidirlər”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov QHT-lərin ictimai əlaqələrinin gücləndirilməsi məsələsinin dəfələrlə müzakirə olunduğunu deyib: “Bu sahədə mövcud olan problemlər həllini tapanadək belə müzakirələr də davam edəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Şövkət Bəkirov təmsil etdiyi nazirliyin daha çox ekoloji təmayüllü QHT-lərlə əməkdaşlıq etdiyini və bu əməkdaşlıqdan çox məmnun olduqlarını qeyd edib.
QHT rəhbəri Telman Zeynalov isə daha çox dövlət qurumlarının şəffaflıqdan qaçdıqlarına diqqət çəkib: “Qoy ilk növbədə dövlət qurumları işlərini şəffaf qursunlar. İctimaiyyətə açıq olsunlar, tədbirlərinə QHT-ləri də dəvət etsinlər. Belə olarsa, onda heç kim heç kimdən narazı qalmaz”.
Tədbir müzakirələrlə davam etdirilib.

Həbibə ABDULLA

380 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008