|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Nabucco” qaz kəməri ilə bağlı Ankarada qərar qəbul olunub. Səhmdarların Türkiyənin paytaxtında keçirilən iclasında kəmərə qazın verilməsi konsepsiyasına dəyişikliklər edilib. Komitənin rəhbərliyi kəmərin 2 xətt üzrə - Türkiyə-Gürcüstan və Türkiyə-İraq sərhədindən qaz ilə təchizatını planlaşdırıb. Hansı ki, bu marşrutlar üzrə Azərbaycan, İraq və Türkmənistan qazı nəql ediləcək. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, “Nabucco” üçün üç tədarükçüdən ikisi - Azərbaycan və İraq ən aktual tədarükçülərdir. Nazirin sözlərinə görə, kəmərə üç təməl nöqtədən qaz nəql oluna bilər. Bunlardan birincisi, Gürcüstan sərhədindən Azərbaycan qazının girişidir. İkincisi, İraqın şimalından qaz nəqlidir. Üçüncü nöqtə ilə bağlı, yəni Türkmənistan qazının nəqlinə dair danışıqlar isə hələ davam edir. Diqqəti çəkən bölgədəki yaranmış siyasi vəziyyətlə əlaqədar səhmdarların Türkiyə-İran sərhədindən planlaşdırılan üçüncü xətdən imtina etməsi olub. Belə ki, səhmdarlar bildiriblər ki, Xəzər regionu və Yaxın Şərq dünyanın ən iri qaz ehtiyatları olan bölgələrdir. Bu regionlar qaz xətlərinin şaxələndirilməsi üzrə və layihənin təhlükəsizliyində ən başlıca rol oynayırlar. “Nabucco” qaz kəmərinin inşasına 2011-ci ildə başlanılması nəzərdə tutulur. 7,9 milyard avro məbləğində qiymətləndirilən bu kəmər vasitəsilə 2016-cı ildə 31 milyard kubmetr həcmində qaz nəqli planlaşdırılır. Xəbər xidməti 952 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|