 |
İqtisadiyyat
TAXIL FONDU NƏ İŞLƏ MƏŞĞULDUR? 2010-08-28 Ölkədə taxıl ehtiyatının toplanıb-toplanmaması barədə ictimaiyyətə məlumat verilmir
|
Artıq iki ildir ki, ölkədə taxıl tədarükünə cavabdeh olan Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib. Xatırladaq ki, prezident İlham Əliyev 2008-ci ilin aprelində imzaladığı fərmanla Taxıl Fondu FHN-in sərəncamına verilib və bununla əlaqədar ölkədə taxıl və un üzrə dövlət ehtiyatlarını tənzimləmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyindən alınaraq Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Beləliklə də Dövlət Taxıl Fonduna taxıl məhsulları tədarükünü təşkil etmək məqsədilə dövlət sifarişçilərini və onların səlahiyyətlərini müəyyən etmək, tədarük üçün müvafiq maliyyə vəsaitləri ayırmaq, taxıl tədarükü zamanı taxıl birjasında faktiki qiymətlər yüksək olduqda Dövlət Taxıl Fonduna tədarük edilən taxıl məhsullarının qiymətinin təminatlı minimum həddinə müvafiq əlavələr etmək, Dövlət Taxıl Fondunun nəzərdə tutulan həcminin və çeşidinin formalaşmasına məsuliyyət daşıyan dövlət sifarişçilərindən hər ilin yanvar ayında fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə hesabat almaq, idxal hesabına Dövlət Taxıl Fondu üçün taxıl məhsullarının tədarükünə zərurət yarandıqda alınası taxıl və taxıl emalı məhsullarının həcmi barədə qərar qəbul etmək kimi səlahiyyətlə FHN-ə verilib. Ötən il Taxıl Fondu daxildə istehsal edilən buğdanı bəyənməməklə və yerli fermerlərdən taxılı qəbul etməməklə yadda qaldı. Bu istiqamətdə böyük bir qalmaqal yaşandı. Kənd Təsərrüfatı Nazirliyi və FHN arasında yaranmış gərginlik bir xeyli davam etdi. Fermerlər Taxıl Fondunun onlardan taxılı almamasının səbəbi kimi, fond üçün xaricdən alınan taxıla ƏDV tətbiq edilməməsini göstərirdilər. Qeyd edək ki, ötən il Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarına edilən dəyişiklik nəticəsində ölkəyə idxal edilən ehtiyat taxıl əlavə dəyər vergisindən azad edilib. Hökumət rəsmiləri bildirirlər ki, bu qərar fövqəladə hallarda istehlakçıların taxıl və taxıl emalı məhsullarına tələbatını ödəmək, dövlət taxıl və taxıl emalı məhsulları ehtiyatlarını formalaşdırmaq, lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə qəbul olunub. Artıq ölkədə fövqəladə vəziyyət həddi yaranmaqdadır. Bölgələrdə çörəyin qiyməti süni şəkildə qaldırılır, taxıl təxminən 50-60 faiz bahalaşıb, un da həmçinin. Amma Taxıl Fondu deyəsən, öz ehtiyatlarını hələ bazara çıxarmaq fikrində deyil. Görünür, indiyədək baş vermiş qiymət artımlarını bahalaşma hesab etmirlər. Həm də ki, ölkənin taxıl ehtiyatlarının məhdudluğu barədə deyilənlər yalan deyil. Bu ilin iyulunda Taxıl Fondu buğda tədarükü elanı verib. Fond üçün buğda tədarükü bir neçə müəssisə vasitəsilə aparılır. Bunlar “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “FATOĞLU”, N.Quliyev adına Bakı-Taxıl, “Araz ASC”, “Aveta”, “EL” KM, “Bəxtiyar” İstehsalat-ticarət və “Neon” firmasıdır. Bu müəssisələr cari ilin iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi yerli taxıl istehsalçılarından buğda tədarükünü həyata keçirməlidirlər. Buğdanın 1 tonu üçün 160 manat ödənilməsi nəzərdə tutulub. Lakin fermerlər bu qiymətlə razı deyillər. Etirazlar həm də ona görədir ki, Taxıl Fondu ərzaq buğdası tədarük edir. Bu isə istehsal olunan taxılın çeşidlənəndən sonra əla növü deməkdir. Təklif olunan qiymət bu növə çəkilən xərci ödəmir. Qeyd edək ki, fonda aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edilir: dənin naturası (bir litrlik purkalarda qramla): buğda üçün - 750 q/l-dən az olmamaqla, alaq otları (zibil) buğda üçün 2 faizdən çox olmamaqla, dən qarışığı buğda üçün 5 faizdən çox olmamaqla, nəmlik - bütün bitkilər üçün 13 faizdən çox olmamaqla, yapışqanlıq - 3-cü sinif buğda üçün 23 faizdən az olmamaqla, yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla, şüşəvarilik - 1-ci və 2-ci sinif buğdalar üçün 60 faizdən az olmamaqla, üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən digər iy və dad olmayan, sürmə ilə yoluxmamış, anbar ziyanvericiləri daraşmamış və s. Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 1 nömrəli əlavədə göstərilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcək. Yuxarıda da qeyd etdiyimiz kimi, Taxıl Fonduna taxıl tədarükü sentyabrın 1-dək davam edəcək. Artıq təyin olunmuş vaxtın bitməsinə 3 gün qalıb, fonda nə qədər taxıl yığılması hamı üçün maraqlıdır. Lakin təəssüflər olsun ki, FHN-dən bu barədə hər hansı məlumat ala bilmədik. Qurumun Material Ehtiyatları Agentliyindən bildirdilər ki, baş idarənin (nazirliyin) ictimaiyyətlə əlaqələr idarəsinə müraciət edək. FHN-in mətbuat xidmətinin nə dərəcədə qapalı bir qurum olması isə artıq hamıya bəllidir. Mövcud qanunvericiliyə görə, hökumət çalışmalıdır ki, daha çox yerli istehsalçılardan taxıl alsın, yalnız zərurət yarananda taxıl idxal etsin. Xatırladaq ki, 2009-cu ildə Dövlət Taxıl Fondu üçün xaricdən 115 min ton taxıl gətirilib. Bu il yerli fermerlərdən fonda nə qədər taxıl tədarük edilməsi, xaricdən nə qədər gətirilməsi ilə bağlı məlumatlar dövlət sirri kimi qorunsa da, məlum olan odur ki, həm daxili istehsal azalıb, həm də əsas taxıl idxal etdiyimiz ölkələrdən Qazaxıstan ixracın həcmini azaldıb, Rusiya isə bu ilin sonunacan ixracı tamamilə qadağan edib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu ilin sonuna kimi 900 min ton taxıl ehtiyatının toplanması nəzərdə tutulub. Bu, ölkənin taxıla olan illik tələbatının təxminən üçdə biridir. Qeyd edək ki, Azərbaycanın taxıla olan illik tələbatı 3 mln. ton, ərzaq buğdasına olan tələbat isə 1,650 mln. tondur. H.ABDULLA 535 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” ARXIV
|