 |
İqtisadiyyat
CƏNUB RAYONLARINDA UNLA TAXIL BAHALAŞIB 2010-08-29 Hökumət isə qiymət artımı haqda xəbərləri təkzib edir
|
Ölkənin regionlarında çörəyin və taxılın bahalaşması ilə bağlı yazılanlara hökumətdən reaksiya gəldi. İqtisadi İnkişaf Nazirliyi (İİN) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörək və unun qiymətinin gündəlik monitorinqinin aparılması haqda açıqlama yayılıb. Açıqlamada bildirilir ki, indiyədək bütün ölkə ərazisini əhatə etməklə aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib, çörəyin və unun pərakəndə satış qiymətində artım, habelə çörəyin çəkisində azalma qeydə alınmayıb: “Bundan başqa, ölkədə fəaliyyət göstərən iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı var və bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir”. Bölgələrdən isə bunun əksini sübut edən xəbərlər gəlir. Lənkərandan APA-ya daxil olan məlumata görə, on günə yaxındır ki, rayonda taxıl və taxıl məhsullarının, o cümədən unun qiyməti artıb. Belə ki, rayon bazarında və ərzaq mağazalarında buğdanın qiyməti 20-30 qəpikdən 38-40 qəpiyə, arpanın qiyməti isə 18-20 qəpikdən 24-30 qəpiyə qalxıb: “Taxılın qiymətindəki artım unun da bahalaşmasına səbəb olub. Belə ki, ”Karmen" markalı, əla növ unun kisəsi (50 kq) əvvəllər 14,5 manata satıldığı halda indi 18-20 manatadır. Yerli sahibkarlar isə bahalaşmanı ölkədə taxıl istehsalının azalması, eləcə də Rusiya və Qazaxıstandan gətirilən taxılın qiymətinin artması ilə əlaqələndirir". “Karmen”ın istehsalçısı olan “Karat” firmasından APA-ya hazırda müəssisədə un olmadığını, sonuncu dəfə unun bir kisəsinin burada 18 manata satıldığı bildirilib. Onu da qeyd edək ki, bahalaşma xəbərləri cənub bölgəsindən daha intensiv gəlir. Bunun səbəbi isə onunla bağlıdır ki, ölkənin əsas taxıl istehsalçısı olan cənub rayonlarında bu il məhsuldarlıq çox aşağı olub. Burada həm taxıl əkininin zəif, həm də hava şəraitinin əlverişsizliyi məhsulun gözləniləndən də az olmasına səbəb olub. Hər şeydən pisi isə odur ki, ticarət obyektlərinin sahibləri taxılın bahalaşmasının davam edəcəyini deyirlər. Bir çox ərzaq mağazaları taxıl əldə edə bilmədiklərini bildirirlər. Daha maraqlı məqam isə mövsüm məsələsidir. Qeyd edək ki, adətən ilin bu vaxtında taxılın qiyməti düşür. İndi isə bu istiqamətdə artım qeydə alınır. Bu da o deməkdir ki, taxılın qiyməti hələ bundan sonra da artacaq. Dünya bazarında da taxıl bahalaşıb. Səbəb isə Rusiyada baş verən yanğınlar, eyni zamanda hava şəraitinin əlverişsiz olmasıdır. Xatırladaq ki, artıq Rusiya bu ilin sonuna kimi taxıl ixracına qadağa qoyub. Azərbaycanın taxıl idxal etdiyi əsas ölkə olan Qazaxıstan isə ixracın həcmini azaltmaq barədə qərar verib. Rəsmi məlumatlara görə, bu ilin sonunadək Azərbaycanda 900 min ton taxıl ehtiyatının toplanması gözlənilir. Ölkənin illik taxıl tələbatı isə 3 milyon tondur. Ərzaq buğdasına olan tələbat isə 1,65 milyon ton təşkil edir. HƏBİBƏ 492 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” ARXIV
|