13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“YOL MAFİYASI” ÖLKƏNİ BORCLA YÜKLƏMƏKDƏ DAVAM EDİR

2010-08-29

Xaricdən nəqliyyat layihələrinin “bahalaşan” hissəsi üçün də kreditlər alınır; bu sektora ayrılan pulların dəqiq məbləği gizlədilir

Azərbaycanın xarici borcu durmadan artır. Bu ilin aprelinə olan məlumata görə, xarici dövlət borcumuzun məbləği 3 440,3 milyon dollar təşkil edir. Bu da ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 0,5 faiz çoxdur. Apreldən indiyədək bir neçə iri kredit sazişinin imzalanmasını da nəzərə alsaq, o zaman fərqin bir qədər də artdığı aydın olar. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 8 faizə bərabərdir.

İstifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 381,3 dollardır. Hökumət və dövlət qurumları tərəfindən investisiya layihələrinin həyata keçirilməsinə cəlb olunan kreditlərin həcmi 3 126,38 milyon dollardır və ümumi xarici borcun 90,88 faizini təşkil edir. Bu məbləğin 256,37 milyon dolları (7,45 faizi) Dünya Bankı (DB), 57,54 milyon dolları isə (1,67 faizi) Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən ayrılıb.
Borcların strukturuna nəzər saldıqda aydın olur ki, ən çox kredit elektrik enerjisi sektoruna ayrılıb - 1365,44 dollar və ya investisiya layihələri üçün cəlb edilən kreditin 39,69 faizi. İkinci yerdə 913,10 dollar və ya investisiya layihələri üçün cəlb edilən kreditin 26,54 faizi ilə yol tikintisi və nəqliyyat gəlir.
Xarici borcun həcmi qədər də kreditlərin yönəldildiyi layihələrin olduqca qeyri-şəffaf mühitdə həyata keçirilməsi təhlükə yaradır. Xüsusilə nəqliyyat layihələrinə həm büdcə vəsaitləri hesabına, həm də xaricdən alınan kreditlər hesabına çəkilən xərclər real dəyərindən qat-qat artıqdır. Qeyd edək ki, ötən ilin yekun hesabatına görə, yol-nəqliyyat layihələrinə yönəldilən xarici kreditlərin məbləği 792,7 milyon dollar, yaxud cəmi kreditlərin 23,8 faizini təşkil edib. Ötən ildən bu ilin aprelinə nəqliyyat sektoruna alınan kreditlərin məbləği 121 milyon manat artıb.
Təəssüf ki, hökumət nümayəndələri ölkənin xarici borclarının artmasının səbəblərini, ümumiyyətlə, bu borclara nə qədər ehtiyac olduğunu heç vaxt izah etmirlər. Mütəxəssislər bu fikirdədir ki, hazırda Azərbaycanın xarici borcunu təhlükəli hesab etməmək olar. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə ÜDM-lə bağlı rəqəm çox həssasdır. Hökumət rəsmiləri özləri də etiraf edir ki, ÜDM-in formalaşmasında 50 faiz neftin payına düşür. Neft isə həmişə bu həcmdə hasil olunmayacaq. Hətta BVF də həyəcan təbili çalır ki, 2014-cü ildən Azərbaycanda neft hasilatı aşağı düşməyə və bununla ÜDM-in həcmi azalmağa başlayacaq. Bu baxımdan 5-10 ildən sonra biz görəcəyik ki, xarici borcların ÜDM-də payı 7-8 faiz deyil, daha böyük rəqəmlərə çatıb. Üstəlik, bizim aldığımız xarici borclarda qaytarılma vaxtı 15-20 il sonra göstərilib. Deməli, bu borcların aktiv qaytarılma vaxtı 2020-2030-cu illərə təsadüf edəcək. Həmin vaxtlar isə Azərbaycanda neft hasilatının ən aşağı düşən illəri olacaq. Deməli, mütəxəssislərin narahatlığına əsas var.
Qayıdaq nəqliyyat sektoruna, xüsusilə də yol infrastrukturuna alınan kreditlərə. Məlum olduğu kimi, bu sahə həm də Azərbaycan dövlət büdcəsindən ən çox vəsait yönəldilən sahələrdən biridir. Təkcə bu ilin dövlət büdcəsindən yol layihələrinə 1 milyard manatdan çox vəsait ayrılıb. Buna baxmayaraq hökumət bu istiqamətə külli miqdarda  xarici kreditlər də cəlb edir. Vəziyyət hətta o həddə çatıb ki, “bahalaşan” layihələrə də xaricdən kreditlər cəlb edilir. Düzdür, bu istiqamətdə bilgilərimiz kifayət qədər məhduddur, Nəqliyyat Nazirliyinə ünvanladığımız suallar da cavabsız qalıb, lakin bircə faktı qeyd etməklə mənzərəni təsəvvür etməyinizdə yardımçı ola bilərik. Ötən ilin noyabrında yenidənqurmadan sonra istifadəyə verilən Bakı-Şamaxı magistralında baş verənlər yəqin ki, çoxlarının xatirindədir. İstifadəyə verilməsindən cəmi 20 gün keçəndən sonra həmin yolda çökmə baş verdi. Düzdür, layihəni həyata keçirən “Akkord” şirkəti bunu müxtəlif səbəblərlə izah etməyə və çökmənin keyfiyyətə dəxli olmadığını sübut etməyə çalışdı. Lakin son vaxtlar yolun bəzi hissələrində yaranan yeni problemlər hər şeyi ortaya qoyur.
Məsələnin ən acınacaqlı tərəfi isə budur ki, Bakı-Şamaxı magistralının ikizolaqlı köhnə variantının təmirdən sonra istifadəyə verilməsindən heç 10 ay ötməmiş yolun genişləndirilərək dördzolaqlı edilməsi layihəsi gündəmə gəldi. Artıq DB ilə Nəqliyyat Nazirliyi arasında bu məqsədlə 241,6 milyon dollar həcmində kreditin verilməsi haqqında saziş imzalanıb. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən ayrılan kredit 20 il ərzində ödəniləcək. Bunun 10 ili güzəştlidir. Yolun genişləndirilməsi layihəsinin ümumi dəyəri 356,15 milyon dollar təşkil edir. Bunun 50 milyonu Azərbaycan hökumətinin payına düşür.
Əsas beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən  Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi, Bakı-Quba-Rusiya dövlət sərhədi, Ələt-Astara və Bakı dairəvi avtomobil yollarında gedən yenidənqurma işlərin milyardlarla dollar həcmində kreditlər alınıb. O cümlədən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir  hissəsində (85,6 km) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Kürdəmir-Ucar hissəsində (46,2 km) Küveyt Fondunun, Ucar-Yevlax hissəsində (53,0 km) İslam İnkişaf Bankı və OPEK-in, Yevlax-Gəncə hissəsində (88,8 km) İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Bankı və Asiya İnkişaf Bankının, Gəncə-Qazax hissəsində (94 km) DB və TACİS (texniki nəzarət üçün), Tovuz dairəvi hissəsində (11,0 km) DB-nin, Qazax-Gürcüstan sərhədi hissəsində (38,0 km) Asiya İnkişaf Bankının kreditləri hesabına tikinti və təmir işləri həyata keçirilib. Bu layihələrdən bəzilərində işlər hələ davam edir.
Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun yenidən qurulmasına AYİB və Çexiya İxrac Bankı kredit ayırıb. Ələt-Astara - İranla dövlət sərhədi (196 km) yenidən qurulması DB və Asiya İnkişaf Bankı tərəfindən ayrılmış kreditlər hesabına həyata keçirilən layihələrdəndir. Lakin təəssüf ki, hər bir vətəndaşın ayağına yazılan xarici borclar hesabına baş tutmuş bu layihələr, onlara çəkilən xərclər barədə müfəssəl məlumat verilmir. Görünən yalnız odur ki, çəkilən yollar da, tikilən körpü və tunellər də keyfiyyətsizliyi və həddən artıq bahalığı ilə diqqət mərkəzindədir.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin ekspert qrupu

1293 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008