13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

AZƏRBAYCANDA 68 ADDA MƏHSULUN İSTEHSAL VƏ SATIŞINA QADAĞA QOYULUB

2010-08-30

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmisi: “Dövlət qurumunun tələblərindən yayınan, komitədən öz ünvanlarını belə gizlədənlər var...”

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə 68 adda məhsulun istehsal və satışına qadağa qoyub. Komitənin mətbuat katibi Fazil Talıblının bildirdiyinə görə, həmin məhsulların sırasında çörək, şəkərli un məmulatları, dondurma, yodlaşdırılmamış duzlar, sərinləşdirici içkilər, toyuq məhsulları, konserv məmulatları, Azərbaycana idxal edilən ərzaqlar var.

“Normativ tələblərə cavab verməyən məhsulların əhaliyə satılması qadağan olunmalıdır. Araşdırmalardan məlum olub ki, həmin məhsulların istehsalı zamanı metroloji normalara riayət olunmayıb. Məsələn, 500 qram kimi qablaşdırılan məhsulu araşdıran zaman məlum olub ki, 450-400 qram qablaşdırılıb”.
Satışı və istehsalı qadağan olunan məhsulların tək paytaxtda deyil, Azərbaycanın bölgələrində də olduğunu bildirən komitə rəsmisi onlardan bir neçəsinin adını da çəkdi: “Məsələn, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istehsal olunan ”İSR-Duz" məhsulunun üzərində “ekoloji təmiz” yazılsa da, məhsulun tərkibi heç bir ekoloji təmizliyə uyğun gəlmir. Xətai rayonunda yerləşən, müxtəlif ərzaq məhsullarının idxalı ilə məşğul olan “Fərid-müstəqil” şirkəti çəkidə aldatmaya görə cərimə edilib. Novxanıda yerləşən və duz istehsal edən “Kristal-M” firması da istehsal normativlərini pozub. “Azəri-şah” MMC-də insan orqanizmi üçün təhlükəli olan duz istehsal edildiyi müəyyənləşib. Yasamal rayonunda normativ tələblərə cavab verməyən çörək istehsalı aşkarlanıb. Çörək sexlərində ən çox rast gəlinən neqativ hal mənşəyi məlum olmayan duzlardan istifadədir. Çörək istehsalında istifadə edilən ümumi çəkisi 300 kq mənşəyi məlum olmayan çörək duzu müəyyən olunub. Ümumi antisanitariya halları da çoxdur. Yaxud xammalın - duz, un, mayanın istehsal prosesinin düz yaxınlığında qoyulması mövcuddur ki, bu da normativlərə ziddir. Demək olar ki, hər müəssisədə aşkar edilən nöqsanlar bir-birinin oxşarıdır".
Qeyd edək ki, əksər ərzaq məhsullarının üzərindəki markalanma olduqca kiçik şriftlə verildiyindən istehlakçı aldığı məhsul barədə çox hallarda məlumatlı olmur. Belə halları təqdir etməyən F.Talıblı isə məhsul barədə məlumatın hədsiz kiçik ölçüdə verilməsinin səbəbini məlumatın çox verilməsi ilə əlaqələndirdi: “Əlbəttə ki, istehlakçının aldığı məhsul barədə geniş məlumat əldə etmək hüququ var və bu, nəzərə alınmalıdır”.
Onu da bildirək ki, hazırda ölkəmizə xaricdən daxil olan məhsulların əksəriyyəti barədə Azərbaycan dilində heç bir məlumat verilmir. Məsələn, xaricdən idxal olunan enerji suları, Fransadan, Rusiyadan ölkəyə gətirilən bütün növ içkilər, müxtəlif cür ərzaq məhsullarının üzərində Azərbaycan dilində məlumata rast gəlinmir. Hətta məhsulların üzərində əcnəbi dildə yazılmış olsa da, faydası ilə yanaşı, əks göstərici barədə heç bir məlumat yazılmır. Halbuki, Avropa Birliyinin 34/95 saylı direktivinə əsasən, 4 yaşınadək uşaqlara şirin, qazlı içki vermək qadağandır. Lakin bu haqda ölkəyə idxal olunan suların da, yerli istehsal sularının üzərində məlumat verilmir.
F.Talıblı bildirdi ki, ölkəyə idxal olunan məhsulların komitə tərəfindən məcburi sertifikatlaşdırma tələbindən yayınanlar az deyil: “Dövlət qurumunun tələblərindən yayınan, ümumiyyətlə komitədən öz ünvanlarını belə gizlədənlər var. Bu qanun pozuntuları barədə komitəyə qaynar xətt vasitəsilə, vətəndaşların şikayətləri əsasında məlumatlar daxil olur. ”İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanun var. Hər bir qanunda açıq-aydın göstərilib ki, respublika daxilində realizə edilən, satılan, istehsal olunan və istehlak edilən bütün malların markalanması Azərbaycan dilində həyata keçirilməlidir. Hətta idxal olunan məişət avadanlıqlarının texniki pasportları Azərbaycan dilində olmalıdır. Məhsulları sertifikatlaşdırarkən biz bunları tələb edirik. Yalnız bunlara əməl edildikdən sonra onlara uyğunluq və tanıma sertifikatları verilməlidir".
F.Talıblı istehsalı və satışı qadağan olunan məhsulların siyahısının gələcəkdə tam şəkildə mətbuata təqdim olunacağını da istisna etmədi: “Bu günlərdə komitənin azstand.gov.az saytında yenilənmə olacaq və orada təhlükəli qidalar barədə əhaliyə məlumat veriləcək”.

Sevil HİLALQIZI

943 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008