13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“QAZAXISTAN AZƏRBAYCANA TAXIL İXRACINI ARTIRMAĞA HAZIRDIR”

2010-08-31

Səfir təsəlli verir, amma ölkədə artıq ciddi bahalaşma müşahidə edilir

“Qazaxıstan Azərbaycanın taxıla olan tələbatını təmin etməyə hazırdır”. Bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov bəyan edib. O, Rusiyanın taxıl ixracına qadağa qoyduğunu xatırladaraq hazırda Qazaxıstanın postsovet məkanında əsas taxıl təchizatçısı olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycandan taxılla bağlı daxil olan bütün sifarişlər yerinə yetirilir. Səfir deyib ki, hazırda Azərbaycan Qazaxıstandan 500 min ton taxıl alır, ölkənin ümumi tələbatı isə 1 milyon tondur: “Bu il Qazaxıstanda 15 milyon ton məhsul toplanacağı, bunun 6-8 milyon tonunun ixrac olunacağı gözlənilir”. S.Primbetovun sözlərinə görə, Qazaxıstan Azərbaycana taxıl satmağa hazırdır: “Yalnız qiymətlə bağlı məsələ razılaşdırılmalıdır. Bu gün üçün taxılın qiyməti 230 dollardır”. (anspress.com)
Qazaxıstandan buğda idxal edən Azərbaycan şirkətlərindən isə deyirlər ki, sərhəddə buğdanın tonu 230 dollardan alınır. Bura gömrük rəsmiləşdirilməsi, 18 faizlik əlavə dəyər vergisi, ölkə daxili daşıma və boşaltma xərclərini də əlavə etsək, qiymətlər 290 dollara çatır.
Qeyd edək ki, son vaxtlar ölkədə taxıl qıtlığının yaranması, çörəyin qiymətinin bahalaşması ilə bağlı məlumatlar intensivləşib. Dünyada taxıl istehsalının azalması, Rusiyada baş verən yanğınlardan sonra bu ölkənin cari ilin sonunacan taxıl ixracına qadağa qoyması, əsas taxıl təminatçımız olan Qazaxıstanın ixracın həcmini azaltması, üstəlik də daxili istehsalın gözləniləndən xeyli az olması taxıl qıtlığını zəruri edir. Bütün bunlarla yanaşı, əvvəlki illərdən ölkənin taxıl ehtiyatının azlığı da qıtlıq təhlükəsini artıran amillərdəndir. Verilən rəsmi açıqlamalara görə, hazırda 500 min ton taxıl ehtiyatımız var, ilin sonunacan bu rəqəmin 900 min tona çatdırılması planlaşdırılır.
İqtisadi İnkişaf Nazirliyi isə verdiyi açıqlamalarda taxıl və çörək qıtlığının olmadığını, çörəyin qiymətinin artmadığını bəyan edir. Lakin həftənin şənbə günü ölkə televiziyalarının çörək sexlərindən və satış obyektlərindən hazırladığı reportajlardan aydın olur ki, taxıl qıtlığı var və bunun nəticəsi olaraq un bahalaşıb. Çörəyin qiymətində isə bir çox hallarda bahalaşma müşahidə edilməsə də çəkisində azalma var. Hətta bir çox sexlərdə 30 qəpiyə satılan və 600 qram olmalı olan çörəyin 380 qramdan istehsal olunması faktı da telekanallarda işıqlandırıldı. Bunu qeyd etməkdə məqsədimiz isə odur ki, qəzetlər yazdıqları faktları görüntülərlə sübut etmək imkanında olmadığından İİN və digər qurumlar asanlıqla təkzib mövqeyi seçə bilirlər. Telekanallarda hər şey çılpaqlığı ilə əks olunduqdan sonra isə aidiyyəti orqanlardan səs-soraq gəlmir...

HƏBİBƏ

415 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008