|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu il baş verən daşqınlar hələ də gündəmdədir. Güman ki, hələ bir neçə il belə də olacaq. Çünki baş verən fəlakət nəticəsində həm vətəndaşlara, həm də dövlətə kifayət qədər zərər dəyib. Həmin zərərin aradan qaldırılması üçün bu ilin büdcəsindən 300 milyon manat ayrılıb. Yəqin ki, sonrakı bir neçə ilin büdcəsindən də vəsait ayrılacaq. Qeyd edək ki, 2010- cu il may ayının əvvəlindən başlayaraq Kür çayının daşqınları nəticəsində Azərbaycanın 40-a yaxın rayonunda 30 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara və infrastruktura ciddi ziyan vurdu. Minlərlə insan məcburi şəkildə öz yaşayış yerlərini tərk edərək inzibati binalara, çadırlara üz tutdu. Rəsmi strukturlar fəlakətin baş verməsini təbiətin fəsadları ilə əlaqələndirsələr də vətəndaş cəmiyyəti institutları tərəfindən aparılan ilkin araşdırmalar və monitorinqlər göstərir ki, problemin yaranması daha çox onunla bağlıdır ki, son illər Kür-Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə işlərinin həyata keçirilməsi, ehtiyat su anbarlarının təmir olunması və s. işlər vaxtında həyata keçirilməyib, bu istiqamətdə ayrılan vəsaitlər səmərəli istifadə olunmayıb. Araşdırmalar göstərir ki, təkcə 2005-2010- cu illər ərzində su təsərrüfatı sisteminin qurulması və idarə olunması ilə bağlı 1 milyard manata yaxın (750 milyon manat dövlət büdcəsindən, 200 milyon manat xarici kredit şəkilində) vəsait xərclənib. Nəticə isə demək olar ki, yoxdur... İndiyədək yüz milyonlarla vəsaitin səmərəsiz xərclənməsi haqda çox şərhlər olub. İndi əsas narahatçılıq dəyən zərərin ödənməsi məqsədilə ayrılan büdcə vəsaitlərinin necə xərclənməsi və xərclənəcəyi ilə bağlıdır. Ekspertlər bu istiqamətdə hələ fəlakət bölgəsinə pul ayrılması ideyası gündəmə gələndən narahatlıq ifadə ediblər. Təəssüf doğuran haldır ki, rəsmi strukturlar fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan siyasətdə öncədən buraxılan səhvləri müxtəlif formalarda indi də davam etdirir və ya təkrarlayırlar. Belə ki fəlakətlə bağlı yaradılan hökumət komissiyasına mütəxəssislər cəlb etməyən rəsmi strukturlar, ekoloqlarla, qeyri-hökumət təşkilatları ilə məsləhətləşmədən, ictimai müzakirə açmadan, “Ətraf mühitin qiymətləndirilməsi” sənədini hazırlamadan kortəbii şəkildə Arazın yeni qolunun açılması, böyük vəsaitlər tələb edən fəlakət zonasından kənarda yeni yaşayış məntəqələrinin salınması kimi qərarlar qəbul etdi ki, qısa zaman ərzində bu qərarların bir qismi fiaskoya uğradı. Hazırda Milli Məclisin qərarı ilə fəlakətin nəticələrinin aradan qaldırılması üçün ilkin addım kimi dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb ki, bu vəsaitlərin xərclənməsi ilə bağlı hökumət komissiyasının hələ ki, konkret proqramı və problemə yanaşma metodologiyası yoxdur. Digər narahatlıq doğuran məqamlardan biri də odur ki, fəlakətin təsirlərinə məruz qalmış insanların əvvəlki durumlarına reabilitasiya olunması, onların sosial, psixoloji, maddi və mənəvi problemlərinin həll olunması, yerli infrastrukturun bərpa olunması istiqamətində görülən işlər və ictimaiyyətin bununla bağlı vaxtında operativ məlumatlandırılması işi yetərli səviyyədə deyil. Eləcə də hökumət Kür-Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə və layihələrdə şüurlu şəkildə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqdan qaçır. Bu yaxınlarda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Nazirlər Kabinetinin ictimaiyyətdən gizlədilən bir sərəncamını üzə çıxartdı. Bu ilin 9 iyulunda baş nazir Artur Rəsizadə tərəfindən imzalanmış 197 s saylı Sərəncam Kür- Araz çaylarının daşqınları nəticəsində yaranan problemlər, problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlər, bununla bağlı ayrılan vəsaitlərin idarə olunması və xərclənməsi, eləcə də gələcəkdə bu cür halların baş verməməsi üçün həyata keçiriləcək tədbirlər barədədir. Sənədlə bağlı diqqət çəkən ən maraqlı məqamlardan birincisi odur ki, Nazirlər Kabinetinin sözü gedən sərəncamı indiyə qədər məxfi saxlanılıb, hətta aparıcı KİV-in, informasiya agentliklərinin, fəal vətəndaş cəmiyyəti institutlarının bu sənəddən xəbəri olmayıb. Əhali üçün həm də məlumatlandırma missiyasını yerinə yetirməli olan bu sənəd rəsmi KİV-də, TV- lərdə şərh olunmamış, yalnız sərəncamın bəzi bəndləri müxtəlif aşağı səviyyəli məmurlar tərəfindən qeyri-rəsmi formada, fikirlər kontekstdən çıxarılmaqla “sözgəlişi” kimi deyilib. Sərəncamın ən diqqət çəkən məqamlarından biri 6- cı bəndlə bağlıdır. Həmin bənddə qeyd olunur ki, baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılması üçün 2010-cu ilin dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 252,14 milyon manat məbləğində vəsait ayrılır. Ziyan çəkmiş, bərpası mümkün olmayan fərdi evlərin tikintisindən tutmuş məktəb, uşaq bağçası, tibb və poçt məntəqəsi, elektrik, su və təbii qaz təchizatı, avtomobil yollarının, məişət- iaşə obyektlərinin və s. tikintisinə qədər geniş masştablı işlərin həyata keçirilməsi üçün 202, 3 milyon manat vəsait ayrılır ki, bütün bu işlərin məsuliyyəti və səlahiyyəti Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-ə verilir. Təbii ki, adı çəkilən şəxsə və nazirliyə bu məsələdə bu qədər “etimadın” göstərilməsi işin profili və uyğunluğu ilə bağlı deyil, daha çox sözü gedən şəxsin və nazirliyin güc və təsir imkanları faktoru ilə bağlıdır. Sərəncamın 6- cı bəndində qeyd olunur ki, yeni evlərə köçürüləcək əhaliyə yeni evlərin tikintisi başa çatanadək ərzaq təminatının ödənilməsi üçün 2,6 milyon manat pul ayrılıb ki, yeni evlərin tikintisi başa çatmasa və əhali həmin evlərə köçürülməsə də onlara verilən ərzaq təminatı müxtəlif icmalarda 1 aya yaxındır ki, dayandırılıb. Sual olunur; bəs ayrılan vəsaitlər hara xərclənir? Bütün ölkə boyu ərazilərdə sel sularından dağılmış torpaq bəndlərinin bərpası və yenidən qurulması üçün 9, 2 milyon manat ayrıldığı halda Sarısu gölü ətrafında bəndlərin yenidən bərpası üçün 17, 7 milyon manatın ayrılması da bir sıra suallar doğurur. Sərəncam 6- cı bəndində qeyd olunur ki, bərpası mümkün olmayan evlərdən yeni tikiləcək evlərə köçürüləcək ailələrə maddi yardım üçün 3,2 milyon manat pul ayrılır - adambaşına 200 manat hesabı ilə 1000 manatadək. Evlərindən köçürülməyən, evləri təmir olunacaq ailələr üçünsə bir dəfəlik yardım üçün 6,9 milyon manat vəsait ayrılır ki, hər ailə üzvlərinin sayından asılı olaraq adambaşına 300 manat hesabı ilə 1600 manatadək pul ödəniləcək. Dəyən ziyanla bağlı hər iki növ kateqoriyada ayrılan vəsaitlərin azlığından şikayət edən vətəndaşlar bu pulun onlara dəyən ziyanın aradan qaldırılması üçün adekvat olmadığını bildirirlər. Digər bir narahatlıq isə kompensasiyaların verilməsi zamanı sənədləşmənin qeyri-şəffaf aparılması, bəzi hallarda məmurlar tərəfindən mənimsənilməsi və bəzi hallarda isə insanlar arasında ayrı-seçkilik qoyulması ilə bağlıdır. Belə ki, kompensasiyaların plastik kartla veriləcəyi öncədən elan olunsa da hazırda heç bir sənəd və ya qəbz verilmədən, eyni zamanda səbəbi və hesablanma metodologiyası göstərilmədən bir çox insanlara kompensasiyalar verilir. Bəzi hallarda isə daha çox ziyan çəkmiş, evləri uçub dağılmış insanlar “get-gəl”lərə salınır, amma evləri yüngül ziyan görmüş vətəndaşlar isə hətta ziyanın təsiri ilə müqayisədən yüksək kompensasiyalar alır. Sərəncamda diqqət çəkən məqamlardan biri də Arazın yeni qolunun açılması üçün ayrılan maliyyə vəsaitinin həcmi ilə bağlı hər hansı maddənin və ya istiqamətin olmaması ilə bağlıdır. Çox maraqlıdır ki, hökumət ilk gündən bu istiqamətdə ayrılan vəsaitlə bağlı çox saylı müraciət və sorğulara baxmayaraq ictimaiyyət üçün heç bir rəsmi açıqlama və ya məlumat verməyib. Arazın yeni qolunun açılması üçün xərclənən vəsaitin gizlədilməsi vaxtilə bu ideyanın əsaslandırılması və sonradan fiaskoya uğraması qədər təəccüblü və maraqlıdır. Amma məsələnin tək görünən tərəfi o oldu ki, həmin vaxt Arazın yeni qolunun açılması daha çox “Azərsun-Holdinq” şirkətinin İmişli-Biləsuvar ərazilərində olan əkin sahələrinin suvarılmasına xidməti nəzərdə tuturdu... Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin ekspert qrupu
852 dəfə baxılıb
|
[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|