12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

PAYIZDA EVLƏR BAHALAŞACAQ?

2010-09-01

Ekspertlər müxtəlif proqnozlar verir

Bu ilin sonuna doğru daşınmaz əmlak bazarında ucuzlaşma səngiyəcək. Artıq sentyabr ayından etibarən qiymətlərin artımı müşahidə olunacaq. Ekspertlər evlərin qiymətində müşahidə olunacaq bahalaşmanı mövsümi amillərlə izah edirlər.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, mənzillərin satış qiyməti ilə yanaşı, kirayə bazarında da artım müşahidə olunacaq: “Nəzərə alsaq ki, kirayə qiymətləri də satış bazarı ilə bağlıdır, ona görə də qiymətlərin stabilləşməsi qaçılmaz olacaq”.
Qeyd edək ki, hazırda ölkənin daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşması prosesi gedir. Ekspertin fikrincə, qiymət azalması bu il bir qədər sürətlənib və ilin sonuna doğru prosesin dayanacağı proqnozlaşdırılır: “Ümumən ilin əvvəlindən qiymətləri müqayisə etsək, yəni 8 ay içərisində 7,7 faiz yaşayış mənzil bazarında qiymətlər düşüb. Ancaq bu enmənin böyük hissəsi ilin ilk iki ayına təsadüf edir. Hər ilin ilk aylarında qiymət düşməsi qaçılmaz olub”.
Bu arada qeyd edək ki, torpağın qiyməti də qalxıb. Belə ki, böhrandan sonra iki ildə ilk dəfə olaraq iyul ayında Bakıda torpaq sahələrinin qiymətində artım olub. Ay ərzində bazara çıxarılan torpağın 1 sotunun orta qiyməti 0,5 faiz artaraq 14026 dollardan 14136 dollara qalxıb. İqtisadi Sosial İnkişaf Mərkəzinin ekspertləri hesab edirlər ki, torpağın qiymətindəki bahalaşma həmin ayda Rusiyadan Azərbaycana pul köçürmələrinin artması ilə bağlıdır: “Eyni zamanda bahalaşmaya bir sıra kiçik və orta bizneslə məşğul olanların torpaq alışına maraqlarının artması da təsir göstərib. Nəzərə alsaq ki, artım cüzidir və bu artımda yalnız Rusiyadan köçürmələrin çoxalması deyil, həmçinin ötən müddətdə dövlət büdcəsindən maliyyələşən bir sıra layihələr üzrə torpaqların alınması da təsir edib, torpağın qiymətindəki bahalaşmanın uzun müddət davam edəcəyi gözlənilmir”.
Ekspertlər bildirirlər ki, torpağın qiymətindəki artımın yaxın aylarda davam edəcəyi gözlənilmir. Çünki bunun üçün ciddi iqtisadi zəmin yoxdur. Torpağın qiymətindəki artımların evlərin bahalaşmasına səbəb olacağına gəlincə, mərkəz mütəxəssisləri qeyd edirlər ki, yaxın aylarda evlərin qiymətinin artması gözlənilmir: “Bu da evlərə tələbatın artmayacağı ilə bağlıdır. Ümumiyyətlə mənzil bazarında, tikinti sektorunda hər hansı canlanma proqnozlaşdırılmır. Hətta Rusiyadan pul köçürmələri artsa da, həmin vəsaitlər mənzillərin alışına yönəldilməyəcək. Monitorinqlər göstərir ki, böhrandan əvvəl Bakıda satılan mənzillərin 60 faizindən artığı Rusiyada yaşayan vətəndaşlar tərəfindən alınırdı. Yeri gəlmişkən, böhrandan əvvəl Rusiyadan köçürülən vəsaitlərin həcmi sözügedən ölkənin mətbuatında 4 milyard dollar göstərilirdi. Azərbaycanın Dövlət Statistika Komitəsi isə həmin vəsaitin 1 milyard dollardan artıq olduğunu bildirirdi. Statistika Komitəsinin məlumatı Rusiya mətbuatının yazdıqları ilə üst-üstə düşməsə də, söhbət milyard dollarlıq köçürmədən gedir. Hansı ki, bu da böhrandan əvvəl mənzil bazarına təsirsiz ötüşmürdü. Eyni zamanda əhalinin gəlirləri də bazarda canlanmaya iqtisadi əsas yaratmır. Rəsmi statistikada əhalinin gəlirlərinin artımına baxmayaraq, gəlirlərin 68 faizi istehlak mallarının alınmasına yönəldildiyi məlumdur. Bu, vətəndaşların digər məqsədlərə vəsait yönəltməsi imkanlarını məhdudlaşdırır”.
Ekspertlərin qənaətinə görə, ölkədə reallaşdırılan ipoteka proqramı da bazarda canlanma yaratmaq imkanına malik deyil. Çünki proqrama ayrılan vəsaitlərin həcmi böyük deyil.

HƏBİBƏ

1295 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

[05.02.2012] - “AZƏRİQAZ”IN NÖVBƏTİ YALANI

ARXIV

Yeni MÜSAVAT © 2008