13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ GƏNCƏDƏ VƏ QAZAXDA SEMİNAR KEÇİRİB

2010-09-01

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Qazax və Gəncə şəhərlərində “İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri” mövzusunda seminar keçirib. Seminar mərkəzin ATƏT-in Bakı ofisinin icra etdiyi, “Statoil” və Avstriya hökumətinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində “İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması” layihəsi çərçivəsində baş tutub. İTM-in ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, seminarlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional mərkəzlərinin, Gəncə Məşğulluq Mərkəzi, “Aqrolizinq” ASC, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə şöbəsi, yerli statistika idarələri və QHT nümayəndələri, Qazax rayonunda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri və rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə məsul əməkdaşları, həmçinin ATƏT-in Bakı ofisinin nümayəndəsi iştirak ediblər.

Hər iki tədbirdə çıxış edən İTM İdarə Heyətinin sədr müavini Rasim Hüseynov Azərbaycan iqtisadiyyatının müasir durumu, qlobal iqlim dəyişikliklərinin ona təsirlərindən danışıb. Daha sonra Mərkəzin eksperti Vahid Məhərrəmov seminar iştirakçılarına qlobal iqlim dəyişikliklərinin aqrar bölməyə yaratdığı təhlükələr və risklərin idarə olunması ilə bağlı təqdimat edib, son dövrlər ölkədə iqlim dəyişikliklərinin yaratdığı fəsadlardan ziyan çəkən aqrar bölmənin müxtəlif sahələrindən nümunələri iştirakçıların nəzərinə çatdırıb. Seminarlar zamanı həmçinin iştirakçıların fikirləri öyrənilib, onların səsləndirdikləri təkliflər ətrafında müzakirələr aparılıb.

Xəbər xidməti

307 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008