|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Taxıl Fondu üçün taxıl yığımının vaxtı uzadılıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünün müddətini artırıb. APA-nın xəbərinə görə, müddət oktyabrın 1-dək uzadılıb. Qeyd edək ki, yerli buğda istehsalçılarından Dövlət Taxıl Fonduna tədarük olunan taxılın qəbulu cari ilin iyulun 1-dən sentyabrın 1-dək nəzərdə tutulurdu. Taxılın tonu üçün əvvəlcə 160 manat təklif olunsa da, sonradan bu qiymət 180 manata qaldırılıb. Yerli fermerlər isə 18 manatın da az olduğunu bildirirlər. Onların qənaətincə, taxılın maya dəyəri ilə təklif olunan qiymət arasında onların ziyanına fərq var. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, məhsuldarlığın aşağı olması vəziyyəti daha da çətinləşdirir: “Məhsuldarlıq bu il hər hektara 20 sentnerdir. Belə olan halda, qeyd olunan qiymət yalnız və yalnız maya dəyəri deməkdir. Maya dəyərində isə fermerin özünün və ailəsinin əməkhaqqı oturmur. Yəni maya dəyəri yalnız aqrotexniki qaydalara əməl etmək üçün çəkilən xərclərdir. Üstəlik, məhsuldarlıq az olanda zibil çıxışı, qarışıq da çox olur. Deyək ki, fermer bir hektardan 20 sentner məhsul götürübsə, onun təxminən 13-14 sentneri satış üçün yararlıdır. Təbii ki, Taxıl Fondunun təklif etdiyi qiymət reallıqla uyğunlaşmır. Bu gün dünya bazarında taxılın bir kiloqramı 23-24 qəpikdir. Bununla müqayisədə də fondun qiyməti çox aşağıdır və stimul vermir ki, kəndli gələcəkdə taxılçılığın inkişafı ilə məşğul ola bilsin”. HƏBİBƏ 673 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|