13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

HÖKUMƏT TAXILLA BAĞLI MƏSƏLƏYƏ REAKSİYA VERDİ

2010-09-03

Unun qiyməti bahalaşmayıb; idxal taxılına ƏDV ləğv olunmayacaq

Dünya bazarında buğdanın qiymətinin artması Azərbaycanda çörəyin qiymətinin artmasına təsir etməyib. APA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib. Onun sözlərinə görə, dünya bazarında buğdanın qiymətində baş vermiş artımla əlaqədar Dövlət Xidməti tərəfindən bunun una və çörəyə olan təsirinə dair təhlillər aparılıb və müəyyən olub ki, buğdanın qiymətinin ölkədə çörəyin qiymətinin artmasına təsiri yoxdur: “Dövlət Xidməti buğdanın qiymətinə daim nəzarət edir və gələcəkdə ola biləcək artımlar unun və çörəyin qiymətinə təsir edərsə, müvafiq orqanlar tərəfindən çörəyin qiymətinin artmasının qarşısını almaq üçün tədbirlər görüləcək”.

Z.İsayev həmçinin bildirib ki, Dövlət Xidməti çörəyin və unun qiymətinin artmasının qarşısını almaq məqsədilə monitorinq aparıb və müəyyən olunub ki, Azərbaycan bazarında çörək və unun qiymətində heç bir artım yoxdur: “Ölkə ərazisində yüzlərlə çörək istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir, həmin obyektlər tərəfindən ən müxtəlif çəkidə və qiymətdə çörək istehsal olunub bazara çıxarılır. Qiymət artımı əsasən xırda müəssisələrdə baş verə bilər. Bu obyektlər kiçik olduğundan və onların istehsal etdiyi məhsullar geniş olmayan ərazilərdə satışa çıxarıldığından, həmin müəssisələrin ümumi bazarda xüsusi çəkisi böyük deyil. Dövlət Xidməti iri müəssisələr tərəfindən istehsal olunan çörək və unun monitorinqini aparıb və nəticədə heç bir qiymət artımı müşahidə olunmayıb”. Dövlət Xidmətinin rəhbəri onu da bildirib ki, qurum tərəfindən həmçinin Azərbaycanın tikinti məhsulları bazarında da monitorinq aparılıb və müəyyən edilib ki, sözügedən məhsulların qiymət artımı cüzidir və heç bir təhlükə yaratmır.
Hökumət inkar etməyə çalışsa da, unun bahalaşmasını taxıl tədarükü şirkətlərində də təsdiqləyirlər. Qazaxıstandan taxıl idxalını bu yaxınlarda bərpa edən “Fatoğlu” şirkətinin rəhbərliyi idxal buğdasının kəskin bahalaşdığını bildirib. Qeyd edək ki, son 1 ayda Qazaxıstan taxılı 35-40 faiz bahalaşıb. Gəncədəki taxıl tədarükü müəssisəsinin direktoru Bəkir Zərə bildirir ki, indi Qazaxıstandan taxılı 250 manata alırlar. Daşıma və gömrük xərcləri də daxil olmaqla, buğdanın tonunun anbarda satış qiyməti 300 manata başa gəlir. Şirkət rəhbəri anspress.com-a deyib ki, buğdanın bahalaşması unun da qiymətinə təsir edib. Avqustun əvvəli ilə müqayisədə 50 kiloqramlıq un kisəsinin qiyməti 15 faiz artaraq 17 manat 50 qəpiyə çatıb: “Bundan sonra buğdanın qiymətində ciddi artım olacağı gözlənilmir. Belə olan halda unun qiymətinin sabit olacağını düşünürəm. Çünki tədarük etdiyimiz buğdanın qiyməti artıq dünya bazarı qiymətlərinə çatıb”.
Şirkət rəhbəri yerli fermerlərdən indiyədək cəmi 3 min ton taxıl alındığını bildirib. Tədarükün az olmasına səbəb fermerlərin məhsullarını baha qiymətə təklif etməsidir. Belə ki, yerli fermerlər buğdanın kiloqramını 26-30 qəpiyə təklif etdiyindən sahibkarlar taxılı xaricdən gətirməyə üstünlük verirlər.
Bu arada idxal olunan taxıla aDV-nin ləğvi ilə bağlı təkliflərə Gömrük Komitəsinin sədri Aydın Əliyev reaksiya verib. “Azərbaycanda bu il taxıl idxalı ilə bağlı heç bir problem gözlənilmir” deyən komitə sədri bildirib ki, hazırda ölkəyə taxıl idxalı davam edir və onun qiymətində böyük bir fərq müşahidə olunmur: “Hesab edirəm ki, idxal olunan taxılın ƏDV-dən azad olunmasına zərurət yoxdur”. A.Əliyevin sözlərinə görə, təkcə avqust ayı ərzində ölkəyə 140 min tondan artıq taxıl idxal olunub: “İdxalın həcmi Azərbaycanda bu il taxıl ilə bağlı heç bir problemin olmayacağından xəbər verir”.
Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də ölkədə bu il taxıl qıtlığının olmayacağını bildirir, bununla yanaşı, taxıl idxalının ƏDV-dən azad edilməsini təklif edir. Əsas taxıl təminatçımız olan Qazaxıstan hökuməti isə ixracın həcmini azaldıb. Bununla belə, Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanın taxıla olan tələbatını təmin etməyə hazırdır. Lakin səfir qiymət məsələsində anlaşmanın olmasının əsas şərt olduğunu önə çəkib.

HƏBİBƏ

731 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008