13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

BATMIŞ ƏMANƏTLƏRİ PROBLEMSİZ QAYTARMAĞIN DAHA BİR YOLU

2010-09-04

Vüqar Bayramov: ““KapitalBank”ın arxivindəki məlumatlar elektronlaşdırılmalıdır”

Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması gələn il də baş tutmaya bilər. Maliyyə nazirinin müavini Azər Bayramov mətbuata açıqlamasında bildirib ki, bu məsələnin dövlət büdcəsinin layihəsinə salınması üçün əvvəlcə müvafiq qanunvericilik olmalıdır. Nazir müavini deyir ki, cari ilin dövlət büdcəsinin layihəsi üzərində işlər artıq yekunlaşma mərhələsindədir və qanuna müvafiq olaraq sentyabr ayının ortalarında Nazirlər Kabinetinə təqdim ediləcək.

Gələn ilin dövlət büdcəsindən sosial sahələrə əvvəlki illərlə müqayisədə əsaslı maliyyə ayırması olub-olmayacağına gəlincə, A.Bayramov bu barədə detallı danışmaqdan imtina edib.
Hər ilin büdcəsi hazırlananda vətəndaşları maraqlandıran, narahat edən problemlərdən biri də sovet dövründən banklarda batan əmanətlərlə bağlı olur. Qeyd etmək yerinə düşərdi ki, hökumət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildə üzərinə öhdəlik götürüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rubluna bərabərdir.
Onu da qeyd edək ki, iqtisadçı-ekspert Vüqar Bayramov hələ 2008-ci ildə batmış əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırlayıb hökumətə təqdim edib. Ekspertin sözlərinə görə, sözügedən qanun layihəsində yalnız indeksasiya məsələsi ilə bağlı deyil, əmanətlərin qaytarılması, çətinliklərin, risklərin aradan qaldırılması yönündə xüsusi təkliflər əksini tapmışdı: “Sovet dövründə hazırlanmış əmanət kitabçalarının təhlükəsizlik nişanları yoxdur və onlar yalnız adi kağız formasındadırlar. O baxımdan həmin kitabçaların saxtasının hazırlanması variantı mümkündür. Bununla belə, bu faktor əmanətlərin qaytarılmaması üçün əsas ola bilməz”.
V.Bayramov hesab edir ki, problemdən çıxış yolları var: “Xüsusən Ukraynada baş verən prosesləri nəzərə alsaq. Belə ki, bu ölkədə əmanətlərin verilməsinə 90-cı ilin sonlarında başlansa da, proses 5 dəfə təxirə salınıb. Ukrayna hökuməti hələ də əmanətlərin verilməsini başa çatdıra bilməyib. O baxımdan təklif edirik ki, əmanətlərin qaytarılması ilə bağlı elektron hökumətin elementlərindən istifadə olunsun. Maliyyə Nazirliyi elektron hökumətin elementlərindən istifadə edərsə, o zaman əmanətlərin qaytarılması ilə bağlı saxta əmanət kitabçalarının hazırlanması problemi gündəmdə olmaz”.
Bütün əmanətlərlə bağlı məlumatların “KapitalBank”ın arxivində olduğunu xatırladan iqtisadçı sözügedən bankdakı məlumatların elektronlaşdırılmasını təklif edir: “Elektron arxivdə əmanət kitabçasının nömrəsi, əmanətçinin adı, qoyulan əmanətin məbləği yerləşdirilməlidir. Nəticədə əmanətini almaq üçün müraciət edən vətəndaşın təqdim etdiyi əmanət kitabçasının nömrəsini elektron arxivə daxil edib saxta olub-olmadığını yoxlamaq olar. Əgər təqdim edilən əmanət kitabçasının nömrəsi elektron arxivdə yoxdursa, bu, həmin kitabçanın saxta olması deməkdir”. İqtisadçı bildirir ki, “KapitalBank”dakı arxivləri elektronlaşdırmaqla saxta əmanət kitabçaları problemini həll etmək olar: “Bütövlükdə prosesi asanlaşdırmaq, proses dövründə problemlərdən yayınmaq üçün ”KapitalBank" bütün arxivlərinin elektronlaşdırılması həyata keçirməlidir".

HƏBİBƏ

911 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008