13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

NEFT ŞİRKƏTİ İLƏ BAĞLI YENİ SENSASİON MƏLUMATLAR

2010-09-04

ARDNŞ-in yeni bank yaradacağı və özəlləşdiriləcəyi deyilir

Dövlət Neft Şirkətinin (ARDNŞ) özəlləşdiriləcəyi barədə xəbərlər yayılıb. Bu barədə bizi məlumatlandıran mənbənin sözlərinə görə, hazırda bu istiqamətdə ciddi proseslər gedir. Məsələn, quruda və dənizdə olan bir sıra neft yataqlarının işlənməsini birgə yaradılmış müəssisələr həyata keçirir. Hansı ki, həmin birgə müəssisələrdə ofşor şirkətlərin və holdinqlərin payı çoxluq təşkil edir. Mənbə bildirir ki, ARDNŞ-nin birbaşa özəlləşdirilməsi hələlik gündəmdə deyil: “Amma xatırlayırsınızsa Kojenı məsələsində hökumət söz vermişdi ki, şirkət özəlləşməyə açılacaq. Sonradan bu məsələ təxirə salındı.

Ola bilər ki, bir müddətdən sonra yenidən gündəmə gəlsin, lakin hələlik proses başqa istiqamətdə gedir. Məsələn, şirkətdəki yüksək vəzifələrdən bir neçəsinə hakimiyyətin ikinci familiyası olan Paşayevlərə yaxın şəxslər yerləşdirilib”.
Qeyd edək ki, bu günlərdə ARDNS-nin öz hesablarını Beynəlxalq Bankdan “KapitalBank”a köçürməsi haqda məlumat da qəzetimizdə dərc edilib. Mənbə bildirir ki, bu da həmin prosesin tərkib hissəsidir. Belə ki, artıq ötən ildən “KapitalBank”ın səhmlərinin əsas hissəsi - 97,5 faizi “Paşa Holdinq”ə məxsusdur: “ARDNŞ-nin hesablarını həmin banka köçürməsi də şirkətin Paşayevlərə tabe etdirilməsindən xəbər verir. Məndə olan məlumata görə, proseslərin yekununda ARDNŞ "KapitalBank"ı özünün korporativ bankı edəcək. Bankın adı da gələcəkdə dəyişdirilib “Neftbank” olacaq".

Təbriz CƏFƏR

1485 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008