13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

KƏND TƏSƏRRÜFATI NAZİRİ MƏHKƏMƏYƏ VERİLDİ

2010-09-04

Sabiq işçisi İsmət Abbasovdan şikayətçidir

Bərdə Rayon Baytarlıq İdarəsinin sabiq baş həkimi onu işdən çıxardığına görə kənd təsərrüfatı naziri İsmət Abbasovu məhkəməyə verib. Bərdə Baytarlıq İdarəsinin sabiq baş həkimi Mehman İsmayılov APA-nın Qarabağ bürosuna bildirib ki, Yevlax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunduğu vaxt ona nazir İsmət Abbasov tərəfindən tutduğu vəzifədən uzaqlaşdırıldığı barədə məlumat verilib. İdarənin möhür və ştampını da elə xəstəxanada tərtib olunan akt əsasında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ondan təhvil alıblar.

Mehman İsmayılov bildirib ki, nazirə qarşı işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əməkhaqqının ödənilməsinə dair Bakının Səbail rayon Məhkəməsində iddia qaldırıb. O, işdən uzaqlaşdırılmasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanı da ittiham edib. M.İsmayılovun qənaətinə görə, S.Rüstəmova ona qarşı qərəzli mövqe tutub, onun rəhbərlik etdiyi rayon şöbəsinə bir ayda iki dəfə yoxlama göndərib və nazirə əsassız şəkildə qərəzli məlumatlarla dolu məruzə təqdim edib: “Bundan sonra İsmət Abbasov məruzədə göstərilən məlumatların dəqiqliyini yoxlamadan mənim işdən çıxarılmağım haqda əmr imzalayıb”.
Onun sözlərinə görə, məhkəmə prosesi sentyabrın 13-də başlayacaq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya bu barədə məlumatının olmadığını bildirib.

Xəbər xidməti

1643 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “EUROVİSON-2012” BÜDCƏSİNƏ İQTİSADÇILAR RƏY VERDİLƏR

[13.02.2012] - SAXTA SEMENT İSTEHSALINA KİMLƏR HİMAYƏDARLIQ EDİR?

[13.02.2012] - ETİBAR PİRVERDİYEVİN İŞIQ OĞURLUĞUNUN PƏRDƏARXASI

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

ARXIV

Yeni MÜSAVAT © 2008