|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İlin əvvəlindən Rusiyada benzinin qiyməti 3.3 faiz bahalaşıb. Orta hesabla ilin 7 ayında benzinin hər litrə qiyməti 1.1 rubl artıb. Rusiya mətbuatının məlumatına görə, iyulda ölkədə yanacaqdoldurma məntəqələrində bir litr avtomobil yanacağının qiyməti 22.2 rubl olub. Baxmayaraq ki, ötən il bu qiymət 20.68 rubl təşkil edib. Bir il ərzində benzinin qiyməti 7.11 faiz bahalaşıb. Ekspertlərin fikrincə, yay aylarında yanacağa tələbat artdığından, onun qiymətində cüzi artım hiss olunur. Bəzi analitiklər isə hesab edirlər ki, artımın psixoloji səbəbləri var. Hansı ki, bunda neftin dünya bazar qiyməti mühüm paya malikdir. Qonşu ölkədə yanacağın qiymətinin artımının Azərbaycana təsirlərinə və analoji bahalaşmanın bizdə də baş verib-verməyəcəyinə gəlincə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycanda benzinin qiymətinin artması xarici faktorlarla müəyyənləşdirilmir: “Ölkədə benzinin qiymətinin artması daha çox daxili faktorlarla bağlıdır. Belə ki, Azərbaycan benzinə olan tələbatını daxili istehsal hesabına ödəyir. Qeyd edim ki, hazırda Azərbaycanda benzinin qiymətinin artırılması gündəmdə deyil. O cümlədən Dövlət Neft Şirkəti də bu barədə Tarif Şurasına hər hansı müraciət ünvanlamayıb. Cari ilin növbəti aylarında da Neft Şirkətinin Tarif Şurasına müraciət ünvanlayacağı güman edilmir. Bununla belə, 2011-ci ilin əvvəllərində benzinin qiymətinin artırılmasının gündəmə gətirilməsi ehtimalı böyükdür. Dövlət Neft Şirkəti Tarif Şurasına benzinin qiymətinin artırılması ilə bağlı müraciət ünvanlamasa da, bu məsələ hökumətdə zaman-zaman müzakirə edilib. Hazırda benzinin qiymətinin artırılması üçün iqtisadi, siyasi zəmin olmasa da, 2011-ci ilin əvvəllərində belə bir addım atıla bilər”. HƏBİBƏ 1984 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İKİ İDDİALI MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|