|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Bazar öz ümidinə qalıb. Ölü vəziyyətdir. Çekin yarısı camaatın əlində qalıb. Çeki gətirirlər, ancaq qiyməti öyrənib, satmırlar. Deyirlər 5 manata heç 1 kiloqram ət almaq olmur. Ümid edirik ki, çeklərin vaxtı uzadılacaq. Çünki hələ özəlləşdirmə tam başa çatmayıb” , - bu sözləri 10 ildir çek alveri ilə məşğul olan Əhməd Məmmədov deyir. Paytaxt Bakıda özəlləşdirmə payları əsasən “28 May” metrostansiyasının ətrafındakı qara bazarda alınıb satılır. Bazarda 1 özəlləşdirmə payının - yəni çekin qiyməti son 10 ilin ən aşağı həddinə düşüb. 1 özəlləşdirmə payı 5 manata alınıb, 5 manat 50 qəpiyə səhmdar olmaq istəyənlərə satılır. Çek alverçiləri deyir ki, çekə tələbat azalıb və qiymət aşağı düşüb. Özəlləşdirmə payları ucuzlaşdıqca isə alverçilər yoxa çıxır. Çek alqı-satqısı ilə məşğul olan Asif Məmmədovun fikrincə, çekin ucuzlaşmasına səbəb hərraca “ölü” müəssisələrin çıxarılmasıdır: “Vaxt uzadılanda sevindik ki, aldığımız çeklər əlimizdə qalmayacaq. Lakin sevinməyimiz özümüzə qaldı. Özəlləşdirmə payının müddəti uzadılandan bu günədək çekin qiymətində çox az artım olub. Gərək bazara istehsal qabiliyyətli olan müəssisələr çıxarılsın ki, çekin də qiyməti artsın”. *** 1996-cı ildən Azərbaycanda özəlləşdirmə siyasətinə başlanıb. 1997-ci ildə əhaliyə çeklər paylanmağa başlayıb. Çeklərin müddətinin artırılması barədə indiyə qədər dörd fərman verilib. 2009-cu ildə verilən sonuncu fərman əsasında onların istifadə müddəti 2011-ci ilin yanvar ayına qədər uzadılıb. Bu ilin sonunda çeklərin istifadə müddəti başa çatır. Günay MUSAYEVA 908 dəfə baxılıb
|
[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|