12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

ƏRZAQ BAZARINDA HƏR GÜN BAHALAŞMA GEDİR

2010-09-07

Qiymətlər artımı geriyədönməz istiqamət alıb
Rövşən Ağayev: “Proses ilin sonunadək davam edəcək”

“Onsuz da qiymətlər arta-arta gedirdi, əməkhaqqı və pensiyaların artım qərarından sonra bahalaşma daha da vüsət aldı. Bütün malların qiymətində artım var, qiymətlər durmadan artır. Firmalar hər gün bir qiymətə verir malı, hər dəfə də 5, 10, hətta 15 qəpik bahasına. Artıq unun kiloqramı 45 qəpiyə gəlib çıxıb. Halbuki əvvəllər 35 qəpiyə idi. Yağlar onu kimi, kiloqramında 70-80 qəpik bahalaşma var. Qarabaşaq, düyü, sıyıq hər bağlamasında 50-60 qəpik bahalaşıb”. Bunu şəhərdəki mağazalardan birinin mühasibi bizimlə söhbətində dedi. Onun sözlərinə görə, firmalar dost mağazalara xəbərdarlıq ediblər.

“Əməkdaşlıq etdiyimiz firmalardan bizə bildiriblər ki, qiymətlər lap bahalaşacaq, ona görə də bəribaşdan bacardığımız qədər çox mal almağı tövsiyə edirlər”. Bahalaşmanın səbəbi kimi daha çox gömrükdə qeyri-rəsmi ödənişlərin artırılması göstərilir. Elə mühasib həmsöhbətimiz də bunu təsdiqləyir. Onun sözlərinə görə, daxildə istehsal olunan məhsulların qiymətində inhisarçı mövqe “Azərsun-Holdinq”ə məxsus olduğundan bu sahədə də qiymətləri o diktə edir: “Bu firma hətta idxal məhsullarının qiymətinə də təsir göstərə bilir”.
Hər şeydən pisi odur ki, belə bir şəraitdə vergi orqanları da ayaqlarını geri qoymurlar. Həmsöhbətimiz bildirir ki, bahalaşma satışı azaldıb: “İnsanların alıcılıq qabiliyyəti də günü-gündən azalır. Buna baxmayaraq, vergi işçiləri yenə bizi təntidir, üzərimizə ”haqq" qoyurlar. Artıq fəaliyyət göstərmək müşkülə çevrilib".
Göründüyü kimi, vəziyyət kritikləşməyə doğru gedir. Belə məlum olur ki, pensiya və əməkhaqlarına edilən artımları bahalaşma “yeyəcək”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, artım hələ baxara daxil olmayıb, üstəlik, artımlar çox cüzidir: “Maaşlar üzrə hesablanma aparılmayıb, amma Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun sözlərinə görə, artımdan sonra hər ay fonda 10-12 milyon manat əlavə pul kütləsi daxil olacaq. Çox primitiv hesablamalar göstərir ki, artımlar hər ay təxminən 20 milyon əlavə pul kütləsi gətirə bilər. Əvvəla, bu, çox böyük miqdar deyil, ikincisi də, nəzərə alaq ki, bunun hamısı heç də ərzaq bazarına getməyəcək. Ona görə də bu vəsaitin istehlak bazarında inflyasiyaya təsir göstərməsi iqtisadi baxımdan məntiqi görünmür. Amma prinsipcə, bizim ölkədə inhisarçı iqtisadiyyat mövcuddur. Bazar tam şəkildə inhisarçılar tərəfindən idarə olunduğuna görə monopolistlər hətta az pul kütləsinin də iyini hiss edəndə müəyyən qiymət artımına gedirlər. Artımların bazara inflyasiya nöqteyi-nəzərindən təzyiq etməyi fikri ilə o halda razılaşardım ki, bir-iki ay əvvəldən qiymət artımı müşahidə olunmayaydı. Heç artım məsələsi yox idi, artıq yağın və digər ərzaq məhsullarının gömrükdə bahalaşması baş vermişdi. Üstəlik, taxılın qiyməti bilirsiniz ki, bütün dünyada qalxıb. Çörək bütün ərzaq məhsulları səbətində ən aparıcı, sistem əmələgətirici qidadır. Onun qiymətindəki dəyişiklik digər məhsulların qiymətinə təsir edir. O baxımdan dünya ərzaq təşkilatı da məlumat yayıb ki, 2008-ci ildən başlayan ərzağın ucuzlaşması prosesi dayanıb və əksinə, bahalaşma başlayıb. Yəni burada kompleks məsələlər var. Bir sözlə, pensiya və əməkhaqları ilə bağlı verilən qərarın bahalaşmaya təsirini o qədər də yüksək qiymətləndirmirəm”. Ekspertin sözlərinə görə, bütün dünyada ərzaq məhsullarının qiymətində müəyyən artımlar var. Lakin Azərbaycanda bu artım daha çoxdur. R.Ağayev onu da qeyd etdi ki, ölkənin ərzaq təminatı idxaldan çox ciddi surətdə asılıdır. Azərbaycanda gömrük statistikasının olmaması vəziyyəti bir qədər də qəlizləşdirir: “Şəffaf gömrük statistikası olsaydı, inhisarçıların bazarda bu cür qiymət diktə etmələri çətin olardı. İndiki halda gömrükdə çox qapalı bir sistem var, ona görə də biz tapa bilmirik ki, hansı məhsullar hansı həcmdə gəlir”.
Hökumət artım qərarları haqda danışanda inflyasiyanın güclənəcəyini bəhanə gətirir. Təəssüf ki, həqiqətən də artım qərarları psixoloji də olsa qiymətlərə təsir edir. Bu təsirlərin olmaması üçün nə etmək lazımdır? Hökumətin arqumentini normal arqument adlandıran ekspert qeyd etdi ki, inhisar və idxaldan asılılıq olmasa, normal iqtisadi proseslər olsa indiki pul kütləsini ciddi inflyasiya yaratmadan iki dəfə artırmaq olardı: “İqtisadiyyatda indikindən iki dəfə çox pul dövr edərdi, insanların tələbatı daha dolğun ödənərdi, amma inflyasiyanın səviyyəsi qorxulu həddə yüksəlməzdi. Amma bir halda ki, bütün orqanları xəstə olan iqtisadiyyat mövcuddur, hökumətin arqumenti keçərlidir. O ki qaldı bunun qarşısını necə almaq olar sualına, ilk növbədə azad sahibkarlıq mühiti yaradılmalıdır. Mən sizi inandırıram, hətta idxaldan asılı iqtisadiyyatın özü inhisardan azad olsaydı, bir məhsulu bazara 20 firma gətirsəydi, heç vaxt mümkün deyildi ki, qiymətlər bu cür spekulyasiya ilə artırılsın. Bilirsiniz ki, ərzaq məhsullarını uzun müddət saxlamaq mümkün deyil, onu 20 şirkət gətirirsə, məcburdur ki, rəqabət mühitində daha tez satmaq üçün daha ucuz satsın”.
Bahalaşma nə vaxta qədər davam edəcək? İqtisadçı-ekspertin sözlərinə görə, bu il üçün vəziyyət ürəkaçan deyil: “Beynəlxalq şərtlər də optimist olmağa imkan vermir. Özünüz də bilirsiniz ki, ərzaq məhsullarının 85-90 faizi bilavasitə aqrar-sənaye kompleksi ilə bağlıdır. Bu il hava şəraiti baxımından aqrar sektor üçün uğursuz il oldu. Dünya Ərzaq Təşkilatının açıqlamalarına görə, kənd təsərrüfatı məhsulları əhəmiyyətli dərəcədə azalıb. Neftin qiyməti də pik həddə bahalaşmadan sonra qəfil düşdü və aşağı qiymət çox da davam etmədi, əvvəlki böhranlarla müqayisədə daha tez artım baş verdi neftin qiymətində. Üstəlik, hava şəraiti də yaxşı deyil və bunlar ilin sonuna qədər qiymət artımlarının davam edəcəyini söyləməyə əsas verir. Ola bilər ki, hökumətlərin müəyyən addımları bahalaşmanı səngitsin, amma prosesin dayanması, yaxud qiymətlərin düşməsi gözlənilmir”.

HƏBİBƏ

2238 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008