|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycandan “Azərsun Holdinq” şirkəti Rusiyanın Krasnodar vilayətində çay fabriki açıb. Fabrik vilayətin ermənilərin və kürdlərin də sıx yaşadığı Beloreçensk şəhərində işə başlayıb. Vilayətin yerli KİV-lərində yer alan xəbərlərdə 2.5 milyon dollara başa gələn fabrikin “Anadolu İnvestment” şirkəti tərəfindən açıldığı qeyd edilirdi. Məlum oldu ki, bu şirkət “Azərsun Holdinq”in tərkibinə daxil olan Azərbaycan Sənaye Bankının əsas səhmdarlarından biridir. Bankın səhmlərinin 97 faizi bu şirkətə, 2 faizi “Sübhan Trans” nəqliyyat şirkətinə, 1 faizi isə “Azərsun Holdinq”in prezidenti Abdolbori Goozalın qardaşı Tahir Goozala məxsusdur. Krasnodar vilayətinin yerli KİV-lərində Beloreçensk şəhərinin administrasiyasına istinadən yayılan xəbərlərdə deyilirdi ki, yeni açılan çay fabrikində 100 nəfər işləyəcək. Tikintisi başlayan və 350 milyon rubla başa gələcək konserv zavodunda isə yerli xammaldan bir çox adda konserv məhsullarının istehsalı nəzərdə tutulur. Hər iki layihə Azərbaycan şirkəti ilə vilayətin qubernatoru arasında ötənilki Soçi investisiya forumunda razılaşdırılıb. F.MƏMMƏDOV 866 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” |
| Yeni MÜSAVAT © 2008 |
|