 |
İqtisadiyyat
AZƏRBAYCANDAN KƏNARA PUL ÇIXARTMAĞIN YOLLARI 2010-09-08 Milli valyutanın ixracına heç bir məhdudiyyət yoxdur, xarici valyuta isə pulladır...
|
Məmurların öz varidatlarını xarici ölkələrin banklarında saxlamaları haqda zaman-zaman yazılıb. Lakin onların ölkə daxilində qaranlıq yollarla qazandıqları pulları o banklara necə yerləşdirmələri hər zaman müzakirə mövzusu olub. Azərbaycandan kənara hansı valyutanı, necə və nə qədər çıxarmaq olar? “Media forum” saytı kiçik araşdırma apararaq bu suala cavab tapmağa çalışıb. Sayt aydınlaşdırıb ki, valyutanın hava və ya quru yolla, yəni nağd şəkildə ölkə hüdudlarından çıxarılması Mərkəzi Bankın İdarə Heyətinin 2002-ci ildə təsdiqlədiyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırdığı “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” qaydaları ilə (2008-ci il 18 fevral və 2010-cu il 15 aprel tarixli dəyişikliklərlə) müəyyənləşir. “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytında yerləşdirilən məlumatda göstərilir ki, Azərbaycan vətəndaşları ölkədən çıxan zaman gömrük bəyannaməsində elan etdikləri yerli valyutanı yenidən ölkəyə idxal edə bilərlər. Bu bəyannaməyə Bakıda gömrük təşkilatının ştampı vurulmalıdır. Bəyannamədə göstərmək şərti ilə, vətəndaşların və qeyri-vətəndaşların (rezidentlərin və qeyri-rezidentlərin) xarici valyuta idxalına məhdudiyyət yoxdur. Xaricə gedən Azərbaycan vətəndaşları üçün yerli valyutanın ixracına da məhdudiyyət yoxdur, ancaq aparılan pulun məbləği mütləq bəyannamədə göstərilməlidir. Xarici valyutanın ixracı zamanı isə Azərbaycan vətəndaşlarından 10 min dollardan artıq hər bir məbləğ (və ya həmin məbləğə bərabər (ekvivalent) digər valyuta) üçün 1 faiz həcmində vergi tutulur, üstəlik, bunun üçün Azərbaycanın Mərkəzi Bankının rəsmi razılığı da təqdim olunmalıdır. Adambaşına 10 min ABŞ dolları ekvivalenti məbləğində valyuta (fond sərvətləri istisna olmaqla) hər hansı sənəd təqdim edilmədən, sadəcə gömrük orqanlarına bəyan edilməklə Azərbaycandan nağd şəkildə çıxarıla bilər. Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş valyutanın məbləği 10 min ABŞ dollarının ekvivalentindən çox olduqda bu pulun nağd olaraq ölkədən çıxarılması zamanı gömrük orqanlarına “Sərnişinin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” təqdim edilməlidir. Rezidentlər Azərbaycana əvvəllər nağd şəkildə gətirdikləri 50 min ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarına bəyan etməklə ölkədən nağd şəkildə çıxara bilərlər. Azərbaycan Respublikasının valyuta tənzimlənməsi qaydalarına əsasən, hesab açmadan ölkədən kənara pul köçürmələri bir əməliyyat günü ərzində 1000 dollara qədər məbləğdə həyata keçirilə bilər. Rezidentlər əvvəllər Azərbaycan banklarına köçürdükləri 50 min ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil bankların verdiyi “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışını gömrük orqanlarına bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Bu məbləğ 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda isə rezidentlər həmin valyutanı köçürmə yolu ilə çıxardıqları ölkənin bank və ya digər kredit təşkilatlarının təsdiqedici arayışını təqdim etməklə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada, müvəkkil banklar vasitəsilə ölkədən kənara köçürə bilərlər. Qeyri-rezidentlərə gəlincə, onlar Azərbaycana əvvəllər nağd şəkildə gətirdikləri valyutadan 50 min ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə ölkədən nağd şəkildə çıxara bilərlər. Onlar Azərbaycana nağd olaraq gətirdikləri 50 min ABŞ dolları ekvivalentindən artıq valyutanı həmin vəsaitin çıxdığı ölkənin bank və ya digər kredit təşkilatlarının təsdiqedici arayışını təqdim etməklə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada, müvəkkil banklar vasitəsilə ölkədən kənara köçürə bilərlər. Qeyi-rezidentlər əvvəllər Azərbaycan banklarına köçürdükləri valyuta sərvətlərindən 50 min ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş “Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında” bank arayışını gömrük orqanlarında bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Qeyi-rezidentlər onları ezamiyyətə göndərən təşkilatın təsdiqedici sənədlərində (ezam olunma barədə əmrdən çıxarış və ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa-məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyutanı Azərbaycandan nağd şəkildə çıxara bilərlər. “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” qaydalarının 3.3-cü, 3.4-cü, 3.5-ci və 3.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, onlar sənəd təqdim etmədən 1000 ABŞ dolları ekvivalentinədək valyutanı Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Bu qaydaları pozan şəxslər Azərbaycanın müvafiq qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar. HƏBİBƏ 1474 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” ARXIV
|