 |
İqtisadiyyat
ÖLKƏDƏ KREDİT BÖHRANI GÖZLƏNİLİR 2010-09-08 Samir Əliyev: “Beynəlxalq Bankın düşdüyü durum bütövlükdə bank sektoruna mənfi təsir göstərib”
|
Azərbaycanın bank sektorunda vəziyyət düzələnə oxşamır. Artıq ölkənin bir nömrəli bankı olan Beynəlxalq Bankın da problemlərinin olduğu sirr deyil. 2010-cu ildə səhmdarlarına divident verə bilməyən bank daxili qaydalarına dəyişiklik edərək dividentləri rüblük yox illik vermək barədə qərar qəbul etdi. Ölkədə fəaliyyət göstərən digər banklarda da vəziyyət ürəkaçan deyil. Mərkəzi Bankın məlumatlarına əsasən, fevral ayından etibarən ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmində müşahidə edilən artım tendensiyası yay aylarında azalma ilə əvəz olunub. Belə ki, iyul ayında kredit qoyuluşunun həcmi 184,5 milyon manat azalaraq 8,66 milyard manata düşüb. Bu müddətdə problemli kreditlərin həcmi 8,6 milyon manat azalsa da, cəmi kreditlərdə payı dəyişməz qalıb. Hesabat ayında vaxtı keçmiş kreditlərin payı 4,6 faiz həddində qalıb. Cəmi kreditlərin 61,9 faizi manatın, 38,1 faizi isə xarici valyutaların payına düşüb. Milli valyutada 5,4 milyard manat, xarici valyutada 3,3 milyard manat həcmində kredit yatırılıb. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında kredit qoyuluşunun azalmasını Beynəlxalq Bankın kredit yatırımını azaltması hesabına baş verdiyini bildirib: “Kredit qoyuluşlarında artım həmişə yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına baş verirdi. Təkcə bu bankın verdiyi kreditlərin həcmi ölkənin 46 bankının verdiyi kreditlər qədərdir. Ona görə də Beynəlxalq Bankın kredit yatırımındakı istənilən dəyişiklik ölkənin ümumi kredit bazarına təsir edir. İyul ayında bu bankın yatırımları əvvəlki aylardan fərqli olaraq 217,3 milyon manat azalıb. Çünki Beynəlxalq Bank kreditləri əsasən neft sənayesinə yönəldir. Bu dövrdə isə əsas həm neft emalı sənayesinə, həm də nəqliyyat sektoruna kredit qoyuluşu azalıb. Artım kommersiya banklarında qeydə alınıb ki, bu vəsaitlər də əsasən istehlak kreditləri olmaqla ticarət, kənd təsərrüfatı və tikinti sektoruna yönəldilib”. Ekspertə görə, Azərbaycanda kredit qoyuluşlarının azalmasına dünyada gedən proseslərin də təsiri yox deyil. Belə ki, dünya bazarlarında dollar və avronun qeyri-sabit məzənnə nümayiş etdirməsi ölkə banklarında kredit qoyuluşunun azalmasına gətirib çıxarıb: “Dünya bazarlarında dollar və avronun məzənnəsində müşahidə edilən qeyri-sabit rəqslər, növbəti qlobal böhran siqnalları yerli bankları bu valyutalarla ehtiyatlı siyasət nümayiş etdirməyə sövq edir. Elə bunun təsiridir ki, istər əmanət qoyuluşunda, istərsə də kredit verilişində xarici valyutalar mövqeyini itirməkdədir. Məsələn, iyul ayında xarici valyuta ilə kreditlərin həcmi 235,8 milyon manat azalıb. Bu azalma xüsusən uzun müddətə verilən kreditlərdə baş verib”. S.Əliyevin fikrincə, Mərkəzi Bankın milli valyutanın kursunun nəyin bahasına olursa olsun sabit saxlaması siyasəti manata etibarın artmasını və bununla da onun payının yüksəlməsini şərtləndirir. Ekspert hesab edir ki, kredit qoyuluşlarının azalmasını şərtləndirən əsas səbəblər qlobal böhran nəticəsində problemli kreditlərin artımı və bankların kifayət qədər vəsaitlərinin olmamasıdır: “Təkcə 2010-cu ildə problemli kreditlərin həcmi 30 faizdən çox artıb. Son bir ildə isə bu artım 2 dəfədən çoxdur. Banklar çıxış yolunu ya kredit verilişini dayandırmaqda, ya da kredit şərtlərini sərtləşdirməkdə görür. Bu isə müştəri üçün çox əlverişsizdir. Çünki onsuz da Azərbaycan banklarında təklif edilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. Vəsaitə ehtiyacı olan sahibkarlar və ya əhali yüksək faizə baxmayaraq kredit götürməli olur. Sonra isə həmin vəsaitlərin qaytarılması zamanı çatanda problemlər yaranır. Əgər qlobal böhrandan əvvəl müştərilər yüksək faizi ödəyə bilirdilərsə, indi bu mümkünsüzdür”. S.Əliyev ölkədə kredit böhranının gözlənildiyi qənaətindədir: “Artıq ilin əvvəlindən gözlənilirdi ki, banklar vəsait çatışmazlığı ilə üzləşəcək. Bankların sərbəst ehtiyatları kəskin azalıb. Təkcə cari ilin 7 ayında bu ehtiyatlar 2 dəfəyədək azalıb. Sərbəst ehtiyatların azalması bankların kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəgəl, Mərkəzi Bankın fəaliyyətdə olan bankların məcmu kapitalına qoyduğu 10 milyon manatlıq həddə riayət edilmir. Artıq 6 bankın məcmu kapitalı bu həddən azdır. Əgər əvvəllər onların sayı 4 idisə, hazırda 6-ya çıxıb. Göründüyü kimi, banklarda kapitallaşma problemi həllini tapa bilməyib”. Ekspert ilin sonunda keçiriləcək parlament seçkilərinin də kredit qoyuluşunun azalmasına təsir etdiyini istisna etməyib. HƏBİBƏ 2706 dəfə baxılıb
|
[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI [11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI [11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI [11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR [11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR [10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR [10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR [10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ [09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI [09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR [09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB? [08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB [08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI [08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI [08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI [07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR [07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB [07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI [06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ [05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR” ARXIV
|