12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
İqtisadiyyat

“ƏT MƏHSULLARININ QİYMƏTİ ARTACAQ”

2010-09-09

Vüqar Bayramov: “İllik inflyasiya 8 faizdən az olmayacaq”

Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Qeyd edək ki, Mərkəzi Bank ilin sonuna ölkədə 6 faizlik inflyasiya proqnozlaşdırır.

İqtisadçı-ekspert Vüqar Bayramov  bildirir ki, rəsmi elan edilən qiymət artımları reallığı tam əks etdirmir. Xüsusən avqust ayında ərzaq məhsullarının qiymətinin 1 faiz artması real rəqəm deyil: “Əslində qiymət artımları daha yüksəkdir. Bütün hallarda istər rəsmi, istərsə də müstəqil hesablamalarda avqust ayında qiymət artımlarının baş verdiyini müşahidə edirik”.
İqtisadçının rəyinə görə, bahalaşma bundan sonra da davam edəcək. İlin sonuna doğru bu artımlar daha da sürətlənəcək: “Bahalaşma yalnız idxal olunan ərzaq məhsullarının qiymətində deyil, o cümlədən kənd təsərrüfatı məhsullarının qiymətində də özünü göstərir. Güman edilir ki, idxal məhsullarında baş verən bahalaşma neftin dünya bazar qiymətinin artması nəticəsində dünya bazarındakı artımlarla bağlıdır. Eyni zamanda dolların möhkəmlənməsi fonunda dünya bazarında ərzaq və qeyri-ərzaq məhsullarında artımlar müşahidə edilməkdədir”.
Mütəxəssis bildirir ki, dünyada və Azərbaycanda ət məhsullarının istehsalının azalması, eləcə də dünya bazarında ət məhsullarının qiymətinin 4 faiz bahalaşması bizdə də bu istiqamətdə artım üçün əsas yarada bilər. Qeyd edək ki, Azərbaycan bazarlarında ətin qiyməti təxminən 1 manata yaxın bahalaşıb: “Bütün bunları nəzərə alaraq Mərkəzi Bank illik inflyasiyanı 6 faiz proqnozlaşdırsa da, 2010-cu ildə  illik inflyasiya 8 faizdən az olmayacaq.  Ümumiyyətlə ilin ikinci yarısında birinci yarısı ilə müqayisədə qiymət artımlarının daha yüksək olacağı proqnozlaşdırılır. Bu, həm də daxili faktorlarla bağlıdır. Kənd təsərrüfatı mövsümü başa çatdığı üçün bazara çıxarılan məhsulların qiymətində artımlar baş verib. Təklif tələbi üstələyə bilmir”. Ekspertin sözlərinə görə, cari ildə bir sıra ərzaq məhsullarının istehsalı baxımından qıtlıq olması, bundan əlavə, həm daxili, həm də xarici faktorlar ilin ikinci yarısında qiymət artımları tendensiyasının qalacağını, inflyasiyanın artacağını təsdiq edən amillər kimi dəyərləndirilməlidir.

HƏBİBƏ

908 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BAŞ NAZİRLİYƏ İDDİALI İKİ MƏMURUN QIZIL DAVASI

[11.02.2012] - HÖKUMƏTİN HESABATINDAKI RƏQƏMLƏR NAZİRİN PAXIRINI AÇDI

[11.02.2012] - ETİBAR PİRVERDİYEVİN SAXTA HESABATLARI

[11.02.2012] - NEFT FONDU SÜRƏTLƏ BOŞALDILIR

[11.02.2012] - 630 MİLYONLUQ BAKI-QUBA YOLU DA DAĞILIR

[10.02.2012] - ETİBAR PİRVERDİYEV XALQI SOYUQDAN QIRIR

[10.02.2012] - HÖKUMƏT İKİ RƏQƏMLİ İNFLYASİYANI GİZLƏDİR

[10.02.2012] - AZƏRBAYCANIN XƏZƏRDƏKİ NEFT PLATFORMALARI TƏHLÜKƏDƏ

[09.02.2012] - AZƏRBAYCAN BOSNİYAYA DA 408 MİN AVRO BAĞIŞLADI

[09.02.2012] - “EUROVİSİON-2012”dən TƏZƏ XƏBƏRLƏR

[09.02.2012] - HÜSNÜ MÜBARƏKİN “PUL YUYANI” BAKIYA NECƏ GƏLİB?

[08.02.2012] - NEFT FONDUNUN AKTİVLƏR AÇIQLANIB

[08.02.2012] - ARTUR RƏSİZADƏNİN İŞÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

[08.02.2012] - HACIBALA ABUTALIBOVUN TENDER KORRUPSİYASI

[08.02.2012] - AZƏRBAYCANLI MAQNAT HOLDİNQİNİN QİYMƏTİNİ AÇIQLADI

[07.02.2012] - CAVİD QURBANOVUN BANKI ÇÖKDÜRÜLÜR

[07.02.2012] - DÖVLƏT NEFT ŞİRKƏTİ 4,6 MİLYARD DOLLAR BORCA GİRİB

[07.02.2012] - ARİF ƏSGƏROVUN KORRUPSİYASI VAQONLARI RELSDƏN ÇIXARDI

[06.02.2012] - KƏRƏM HƏSƏNOVUN BANKINDA MÜDHİŞ OĞURLUQ

[05.02.2012] - “SERBİYAYA VERİLƏN 300 MİLYON AVROMUZ BATA BİLƏR”

ARXIV

Yeni MÜSAVAT © 2008