 |
Analitika
İNTİHAR YAŞI NİYƏ GƏNCLƏŞİR? 2009-10-06 Psixoloq Samir Əhmədov: “Əsas səbəblərdən biri valideynlə uşaq arasında qarşılıqlı anlaşmanın olmamasıdır”
|
İntihar insanların şüurlu şəkildə özünə qəsd etməsi deməkdir. Son dövrlər intihar hallarının sayı müqayisə olunmayacaq dərəcədə artıb. Demək olar ki, hər gün faktlara söykənən bir və ya bir neçə insan özünə qəsd edir. İnsanların artımı və təbii ölüm halları ilə bağlı hesablamalar aparılır. Amma təəssüf ki, bu sözləri intihar hallarının statistikası ilə bağlı demək mümkün deyil. Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğundan statistik məlumatlar əldə etmək mümkün deyil. Bunun isə iki səbəbi ola bilər. Ya intihar halları ilə bağlı statistika aparılmır, ya da bu rəqəm gizlədilir. Belə olan halda mətbuat orqanlarının özləri intihar faktlarını toplayaraq müəyyən müddət ərzində neçə intihar halının baş verdiyini aydınlaşdırmağa çalışırlar. Xatırladaq ki, bir neçə gün öncə modern.az saytı 2009-cu ilin sentyabr ayı ərzində mətbuata çıxan və hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənən intihar faktları əsasında hesablama aparmışdı. Məlum olmuşdu ki, bir ay ərzində ölkənin müxtəlif bölgələrində 31 nəfər özünə qəsd edib. İntihar edənlərin 21-i kişi, 7-si qadın, 3-ü isə uşaq olub. İntihar edən kişilərin 3-nün yaşı 60-dan yuxarı olub. Sentyabrda 13 və 16 yaşlı iki məktəbli də intihar edib. On nəfərin intihar cəhdinin qarşısı isə alınıb. 2009-cu ilin yanvar ayından oktyabradək 204 intihar faktı qeydə alınıb. Sentyabrda isə bu rəqəm 235-ə çatıb. Onu da qeyd edək ki, 2008-ci ildə özünə qəsd edən 221 nəfərin 20-si azyaşlı və yeniyetmə olub. Bu il 23-ü azyaşlı və yeniyetmələr olub. Müqayisə edilən rəqəm azyaşlılar arasında intiharların artdığını göstərir. Bəs intihar yaşının gəncləşməsinin səbəbi nədir? “Təmiz Dünya” İctimai Birliyinin psixoloqu Samir Əhmədov gənclər arasında intihar hallarının artmasının müxtəlif səbəbləri olduğunu dedi: “ İlk növbədə intihar hallarına zəmin yaradan televiziyalarda cinayət işi ilə bağlı xəbərlərin yayımlanmasıdır. Gənclər qəzet oxumağa az meyllidir. Görüb-götürdükləri telekanallarda yayımlanan mənasız proqramlardır. Televiziyalar səhərdən axşama qədər serial nümayiş etdirirlər. Seriallarda göstərilən intihar səhnələri bu prosesdə bir növ nümunə rolunu oynayır. Təbliğat düzgün qurulsa, bu kimi halların sayı azalar. Sosial vəziyyət də intihar halları ilə əlaqədardır. Əsas səbəblərdən biri də valideynlə uşaq arasında qarşılıqlı anlaşmanın olmamasıdır”. Leyla İLQAR 2952 dəfə baxılıb
|
[19.04.2010] - BAKİYEVI KIM YIXDI: "QIRĞIZ PROLETARİATI", YOXSA "ŞİMAL KÜLƏYİ"? [01.12.2009] - CƏNUBİ QAFQAZ AÇILIMI [06.10.2009] - İNTİHAR YAŞI NİYƏ GƏNCLƏŞİR? [19.08.2009] - “BU DÜNYADA QATARLAR GEDƏR” [16.08.2009] - “CƏNUB AXINI”nı AVROPA DA İSTƏYİR [23.05.2009] - AZƏRBAYCAN TERROR DALĞASI ILƏ ÜZ-ÜZƏ'DIR [04.03.2009] - MASONLUQ - DÜNYANIN QARANLIQ DÜYÜNÜ (II YAZI) [03.03.2009] - MASONLUQ - DÜNYANIN QARANLIQ DÜYÜNÜ (I YAZI) [14.02.2009] - GENERAL ÜÇÜN SNAYPER [22.12.2008] - SOSİALİZMDƏN FEODALİZMƏ [14.12.2008] - AFİNADAKI İĞTİŞAŞLAR BAKIDA TƏKRARLANA BİLƏRMİ? [25.11.2008] - MƏHKUMLAR DOĞMALARININ YASINDA NECƏ İŞTİRAK EDƏ BİLƏR? ARXIV
|