|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
QOÇ - Müəyyən gərginlik müşahidə olunsa da, özünüzü ələ almaqla gözlənilən xoşagəlməzliyi dəf edə bilərsiniz. Yaxşı olar ki, bu təqvimdə işlə bağlı heç bir danışıq və sövdələşmədə iştirak etməyəsiniz. BUĞA - Səhhətinizdə passivlik hökm sürdüyündən dincəlməyiniz daha məqsədəuyğundur. Ağır fiziki işlərdən, səfərə çıxmaqdan yayının. Axşamsa təmiz havada gəzinməyə, tay-tuşlarınızla dərdləşməyə çalışın. ƏKİZLƏR - İşgüzar sövdələşmələr, pulla bağlı danışıqlar üçün münasib gün olmadığından bu kimi məsələləri təxirə salın. İndi sizə hər şeydən əvvəl orqanizminizi, xüsusən də əsəblərinizi qorumaq lazımdır. XƏRÇƏNG - Qarşınızda əlamətdar bir bazar günü durur. Vaxtınızın əsas hissəsini əyləncə və qonaqlıqlara həsr etməklə səmərəli anlar yaşaya bilərsiniz. İmkan daxilində səfərə də çıxmaq da olar. ŞİR - Nəhayət ki, budəfəki bazarı ürəyiniz istəyən tərzdə keçirə biləcəksiniz. Ətrafınızda baş verən bütün olaylar ruh yüksəkliyinizə səbəb olacaq. Qazanmaq ehtimalınız da böyükdür. QIZ - Hiss olunur ki, gələn həftə üçün böyük bir sınaq meydanına çəkiləcəksiniz. Elə isə bəri başdan buna hazır olun. Dua oxuyun, ziyarət edin və Tanrının varlığını başınız üstündə hiss edin. TƏRƏZİ - Darıxdırıcı məqamlarınız artıq arxada qalmaqdadır. Ruh düşkünlüyünə son qoyun. Çünki ulduzlar bu gündən başlayaraq taleyinizə müsbət məqamlar paylayacaq. Axşam maraqlı görüşləriniz mümkündür. ƏQRƏB - Yaxşı olar ki, saat 16-ya qədər vaxtınızı ev şəraitində keçirəsiniz. Əks təqdirdə əsəbi situasiyalarla üzləşəcəksiniz. Sonrakı müddətdə isə maraqlı adamlarla rastlaşacaqsınız. OXATAN - Bazar günü olsa da, Göy qübbəsi şəxsi büdcənizdə artım olacağını bəyan edir. Deməli, ev şəraitində az olmağınız lazım gələcək. Sizə ehtiyac duyanları sevindirməyə çalışın. OĞLAQ - “Oxatan”larda olduğu kimi sizin də bəxtinizdə gəlir var. Ola bilsin ki, sizə borclu olanlarla rastlaşasınız. Saat 18-20 arası xoş bir təsadüflə rastlaşma ehtimalınız var. SUTÖKƏN - Ailə-sevgi münasibətlərində uğurlarınız gözlənilir. Bütün umu-küsüləri bir kənara atın. Taleyinizdə dönüş yarandığı indiki məqamda yalnız əzmkarlığınızı artırmalısınız. BALIQLAR - Gələn həftə üçün nəzərdə tutduğunuz işləri reallaşdırmaq istəyirsinizsə, bu təqvimdən səmərəli şəkildə yararlanın. Gün ərzində mühüm şəxslərlə sövdələşmələr aparın.
678 dəfə baxılıb
|
| Yeni MÜSAVAT © 2008 |
|