|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
QOÇ - Bu günlərdə insanlarla əlaqələrinizi genişləndirməyə çalışın. Çünki ulduzlar münasibətlərin yüksək səviyyədə olacağından xəbər verir. Bu axşam qonaq qəbul etmək üçün səmərəlidir. BUĞA - Martın 8-i müəyyən mənada gərgin gündür. Proseslərin inkişafı iradənizin ziddinə gedə bilər. Odur ki, özünüzü ələ almalısınız. Sabahsa perspektivli görüşlərdə iştirakınız mümkündür. ƏKİZLƏR - Şəxsi həyatınızda müsbət dönüş gözlənilir. Amma gərək qarşıya qoyduğunuz planları axşama qədər reallaşdırasınız. Əks təqdirdə sonrakı müddətdə buna imkanınız olmayacaq. XƏRÇƏNG - Ətrafınızda olan bədxah adamların sayı xeyli artıb. Elə güman etməyin ki, onların öhdəsinidən gəlmək mümkün deyil. Sadəcə, ədalət prinsiplərinə söykənməklə onlara qalib gəlmək olar. ŞİR - Əgər dinə zidd addımlardan uzaq ola bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Heç kimə yalan vəd verməyin. Sabah vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin. QIZ - Əmin olmadığınız şeylər barədə verdiyiniz vədlərə görə indi başınız ağrıyır. Bu səbəbdən də incikliklər artmaqdadır. Maksimum tədbirli olun. Tələsik qərar çıxarmayın. TƏRƏZİ - Ulduzlar şəxsi büdcənizi artırmaq üçün sizə yardımçı olacaq. Bu baxımdan bütün alacaqlarınızı əldə etmək üçün boş durmamalısınız. Martın 9-da doğma ünvanlara qonaq gedin. ƏQRƏB - İxtiyarınızda olan bu bayram günləri kifayət qədər uğurlu olacaq. İstər yeni sövdələşmələrdə, istərsə də şəxsi büdcənizi tənzimləməkdə Göy qübbəsi sizə yardımçı olacaq. OXATAN - Sağlıq durumunuzun qayğısına qala bilsəniz, hər iki gündə heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, bu gün nahardan sonra bir-birinin ardınca yaxşı xəbərlər eşidəcəksiniz. OĞLAQ - Maraqlı ərəfə yaşayacaqsınız. Hətta martın bu günlərində hədsiz sevincinizə səbəb olan bir neçə xəbər də eşidə bilərsiniz. Bununla yanaşı, varlanmaq ehtimalınız da var. SUTÖKƏN - Daha çox sevgi istiqamətində uğurlarınız mümkündür. Fəaliyyət və pul məsələlərində isə hələlik gözləmə mövqeyi seçin. Heç kimə əmin olmadığınız cavabı verməyin. Riskdən qaçın. BALIQLAR - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.
2784 dəfə baxılıb
|
| Yeni MÜSAVAT © 2008 |
|