|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
QOÇ - İxtiyarınızda olan bu təqvimin ümumi görüntüsü daha çox gərginliyə yaxındır. Odur ki, əsəblərinizi cilovlamağa ehtiyac duyulur. Nahardan sonra isə qazanmaq ehtimalınız var. BUĞA - Təxminən saat 15-ə qədər ümumi ovqatınız aşağı səviyyədə olacaq. Həmin ərəfədə neytral və təmkinli olun. Sonrakı müddətdə isə bir neçə sürprizlə rastlaşacaqsınız. ƏKİZLƏR - Səhər saatları müəyyən qədər gərginliklə başlasa da, bu, heç də qazanacağınız uğurlara sipər çəkməyəcək. Odur ki, narahat olmayın və bəxtinizə inanın. Gecəni mütləq öz evinizdə keçirin. XƏRÇƏNG - Bəri başdan əmin olun ki, gün ərzində heç bir qanqaraçılığı və ya uğursuzluqla rastlaşmayacaqsınız. Əksinə, ətrafınızda olanların əksəriyyəti sizə xoş ovqat bəxş edəcək. ŞİR - Ailə-sevgi münasibətlərində, eləcə də fəaliyyət zəminində bəzi qalmaqallar gözlənilir. Özünüzü ələ alın. Tələsik qərar çıxarmayın. Lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşin. QIZ - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağa ehtiyac var. Sevindirici bir yeniliklə rastlaşma ehtimalınız böyükdyr. Axşamsa yaxın ünvanlara qonaq getmək məsləhətdir. TƏRƏZİ - Ulduzlar göstərir ki, həftənin uğurlu gününü yaşayacaqsınız. Sürprizlər də öz yerində. Göy qübbəsi saat 17-dən sonra təmiz havada gəzinməyi, qonaq getməyi məsləhət görür. ƏQRƏB - İxtiyarınızda olan bu təqvimdə səhhətinizlə bağlı problemlər, həmkarlarınızla mübahisələr, həmçinin iştahasızlıq daxili sabitliyinizi poza bilər. Buna baxmayaraq, tədbirli olun. OXATAN - “Hakimiyyətdə” olan Yupiterin sizin bürcə də himayədarlıq etdiyini bilirsiniz. Deməli, indi sizin də uğurlu ərəfənizdir. Bütün vacib planlarınızı həyata keçirməyə çalışın. OĞLAQ - Ağlabatmayan, riskli işlərdən uzaq olmaqla qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra bilərsiniz. Saat 13-16 arası perspektivli təkliflər, təzə xəbərlər mümkündür. SUTÖKƏN - Səhər saat 09:43-dən Ayın bürcünüzdə qərar tutması sizin üçün süstlük yaradacaq. Bu səbəbdən də qeyri-ənənəvi addımlar atmayın. Daha çox gözləmə mövqeyində durun. Səhhətinizi də qoruyun. BALIQLAR - Böyük bir layihəni həyata keçirmək fikrindəsiniz. Amma nədən və necə başlamağı bilmirsiniz. Tərəddüd etməyin. Çünki indi hakim bürc sizsiniz və risk sizi müvəffəqiyyətə qovuşduracaq.
1177 dəfə baxılıb
|
| Yeni MÜSAVAT © 2008 |
|